Tarixi saxtalaşdırmaqda davam etmək erməni radikallarını daha da cəsarətləndirir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, bu şəxslər ABŞ-da azərbaycanlılara qarşı təhdidlər səsləndirir: "Biz bu gərginlikdən narahatlığımızı ifadə edirik və Azərbaycanın yanında olduğumuzu bildiririk. Səlahiyyətli orqanları tədbir görməyə çağırırıq".