şənbə günü, 03 oktyabr 2026
     

Levon Ter-Petrosyanla Paşinyanın arası dəydi, sabiq prezident baş nazirə qarşı yeni cəbhə açdı

Image


Məlum olduğu kimi, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Bu xüsusda o, xalqa müraciəti zamanı bildirib: “İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vəzifəmdən istefa verirəm”.

Ermənistan prezidenti Armen Sarkisyan da artıq Nikol Paşinyanın baş nazir postundan texniki istefasını qəbul edib. Erməni dövlət başçısının saytında dərc edilmiş fərmanda bununla bağlı bildirilir: “Konstitusiyanın 130-cu maddəsinə əsasən hökumətin istefasını qəbul edirəm”. Bunun ardınca Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb. Paşinyan hökumət başçısı vəzifəsini müvəqqəti olaraq yerinə yetirməkdə davam edəcək. O bildirib ki, rəhbərlik etdiyi "Vətəndaş razılığı" partiyası seçkilərdə iştirak edəcək: "Xalq mənim baş nazir vəzifəsindən getməyimə qərar verərsə, mən onun iradəsini yerinə yetirəcəyəm. İnsanlar mənim baş nazir vəzifəsində qalmağıma qərar versələr, o zaman bu qərarı yerinə yetirəcəyəm".

Onu da qeyd edək ki, Ermənistanda seçkilər yeni məcəllə əsasında həyata keçiriləcək. Ermənistan parlamenti aprelin 1-də Seçki Məcəlləsinə müvafiq düzəlişləri qəbul etmişdi. Bu düzəlişlərə görə,  Ermənistanda qismən majoritar seçki sistemi ləğv olunur və ölkə tam proporsional seçki sisteminə keçir. Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan da artıq “Seçki Məcəlləsinə dəyişiklik və düzəlişlər” haqqında qanunu imzalayıb. Ermənistan prezidenti Armen Sarkisyan bu qanunu imzalamayacağını demişdi. Lakin o, qanunla bağlı Konstitusiya Məhkəməsinə də müraciət etməyib. Bu səbəbdən düzəlişlər avtomatik qüvvəyə minib. Bu arada Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin bütün siyasi qüvvələrini Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryanın arqumentlərinə tam ciddiliyi ilə yanaşmağa çağırıb. Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri bildirib ki, konstitusiyaya görə, baş nazir istefadan sonra bu vəzifəni tuta bilməz. Bu fonda  Ter-Petrosyanın çağırışında deyilir ki, onun sözü ilk növbədə faktiki olaraq Nikol Paşinyanla qeyri-konstitusion sövdələşməyə getmiş müxalif “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” parlament fraksiyalarına aiddir. Ter-Petrosyan bildirir ki, bu məqam nəzərə alınmasa, adıçəkilən partiyalar qanunsuz seçkinin keçirilməsinə görə məsuliyyət daşıyacaq. Sabiq prezident hesab edir ki, xalqın ruh yüksəkliyi şəraitində keçirilmiş və Paşinyanı hakimiyyətə gətirmiş 9 dekabr 2018-ci il seçkisi də qanunsuz olub.

Onu da bildirək ki, Robert Köçəryan və Serj Sarkisyanın prezidentlikləri dövründə müxalifət sıralarında yaxın müttəfiq olmuş Paşinyan və Ter-Petrosyanın arası ötən həftə baş nazirin parlamentdə etdiyi nitqdən sonra dəyib. Həmin çıxışında Paşinyan iddia etmişdi ki, Ter-Petrosyan 2018-ci ildə onunla görüşəndə ərazilərin Azərbaycana qaytarılmasını məsləhət görüb. Levon Ter-Petrosyanın ofisi bu iddianı rədd edib və baş naziri yalançı adlandırıb. Levon Ter-Petrosyan onu da bildirir ki, baş nazir Zəngəzurda da qanun pozuntularının yaşanmasına görə cavab verməlidir. O xatırladır ki, Zəngəzurda baş nazirin səfəri zamanı zorakı etirazlarla bağlı 27 nəfər barəsində “xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq” maddələri ilə cinayət işləri açılıb. Levon Ter-Petrosyan bununla yanaşı bildirir: “Mənim üçün Paşinyanın “Zəngəzur səfəri”nin ən iyrənc epizodu axşam saatlarında icazəsiz şurnuxlu bir qadının evinə soxulması idi. Ölkəmin baş nazirini daha alçaldıcı bir vəziyyətdə görmək istəməzdim”. Qeyd edək ki, Paşinyan Zəngəzura səfəri zamanı Şurnux kəndində sakinlərdən birinin evində gecələmək istəyib. Ev sahibəsi baş naziri evinə buraxmaq istəməsə də, o və yanındakı nümayəndə heyəti evə daxil olub. 

Ümumiyyətlə, ötən həftəsonu Zəngəzur vilayətində baş vermiş hadisələr Ermənistan cəmiyyətində geniş müzakirə olunur. Hüquq müdafiəçisi Vardan Arutyunyan qeyd edir ki, ölkədə hələ indiyədək belə vəziyyət, iqtidar və müxalifət arasında bu qədər zorakılıq və qarşıdurma olmayıb: “Həm iqtidar, həm də, belə demək mümkünsə, müxalifət bu gün qarşı-qarşıyadır və bu bizim üçün təhqiramizdir. Mən müxalifət tərəfindən əvvəllər belə bir münasibətin olmasını xatırlamıram. Əgər bir jurnalist məndən soruşsa ki, Ermənistanda son 20-25 ildə müxlifət tərəfindən zorakılıq olduğunu xatırlayırammı, yadıma gəlməz. Amma hakimiyyət tərəfindən 1 mart 2008-ci ildən bəri çoxsaylı zorakılıq hallarını sadalaya bilərəm. 2004 və 2003-cü illəri xatırlaya bilərəm”.

Yaranmış vəziyyətdə müxalifət partiyaları Paşinyanı yenə hakimiyyətdən uzaqlaşmağa çağırır. Lakin Rusiyanın “Valday” klubunun eksperti Stanislav Pritçin bildirir ki, müxalifətin mövqeyinə baxmayaraq, Nikol Paşinyan Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar seçkilərdə qalib gələcək. Onun sözlərinə görə, sorğulara əsasən, ölkədə Paşinyana dəstək qalıb və onu müəyyən siyasi güc qoruyur: “Əgər fövqəladə bir şey baş verməzsə, Paşinyan qalib gələcək. Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, özündən əvvəlki liderlərin reytinqinin olmaması da onun lehinə işləyir. Üçüncü qüvvə yoxdur, buna görə də o, böyük ölçüdə mübahisəsiz lider olaraq qalır”.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ