Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun erməni terror təşkilatlarının türklərə qarşı törətdiyi qırğınlarla bağlı video paylaşıb.
Baki-xeber.com xəbər verir ki, Altun sosial media hesabında ASALA və JCAG kimi erməni terror təşkilatlarının qətliamlarından bəhs edən video paylaşaraq bunları yazıb: "Erməni terror təşkilatları bir sıra sui-qəsdlər, silahlı hücumlar və bombalı hücumlar təşkil edərək Türkiyə vətəndaşları, eləcə də aralarında Azərbaycan, Fransa, İsveç və ABŞ vətəndaşlarının da daxil olduğu onlarla mülki şəxsi qətlə yetirib…"
Altunun paylaşdığı videoda ermənilərin Qarabağ və Bakıda törətdiyi terror hücumlarından da bəhs olunur.