şənbə günü, 03 oktyabr 2026
     

Ermənistanda revanşist qüvvələrin güclənməsi erməni xalqının özünə də yeni fəlakət hazırlayır...

Image


44 günlük müharibədən sonra onsuz da ağır durumda olan Ermənistanda ictimai-siyasi vəziyyət daha da kəskinləşib, fəlakət həddinə gəlib çatıb.

Məğlub ölkədə siyasi vəziyyətin idarəedilməz vəziyyətə gəlib çıxması, xalq və hakimiyyət arasında yaranan dərin yarğan, habelə inamsızlıq kimi amillər Ermənistanda yeni - daha qəddar, daha qisasçı, daha faşist təmayüllü qüvvələrin meydana çıxmasına, yaxud da aktivləşməsinə səbəb oldu. Söhbət revanşistlərin üzə çıxmasından gedir. Revanşistlərin hərəkətləri, çağırışları, hakimiyyətə yönəlik təhdidləri, eləcə də Ermənistan cəmiyyətini, hakimiyyətini Azərbaycanla yeni müharibəyə, yeni işğalçılıq planlarını həyata keçirməyə, qisas almağa çağırması Ermənistanın özü üçün yeni böyük fəlakət vəd etməyə bilməz.

Ermənistanda revanşist qüvvələrin fəallaşması Ermənistan dövlətinin özünə və xalqına hansı təhlükələr gətirə bilər?

  • “Ermənistandakı revanşist qüvvələr kənardan onları idarə edənlərin sifarişlərini yerinə yetirməklə...”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, revanşizm, ilk növbədə, Ermənistanın bir dövlət kimi gələcəyini şübhə altına alır, bu ölkənin özü və erməni toplumu üçün təhlükələr vəd edir. M.Zülfüqarlının sözlərinə görə, məğlub ölkədə faşizmin tüğyan etməsi, revanşizmin meydana çıxması, revanşistlərin qisasçı davranışlarının gələcəkdə verəcəyi nəticələrlə bağlı həm tarixçilər, həm politoloqlar, həm də fikir adamları açıq münasibət bildiriblər ki, revanşistlər Ermənistanı məhv edəcəklər. “Sadə insanlar da bilirlər ki, ermənilər tarixən heç bir vətəni, dövləti, dövlətçiliyi olmayan, uydurmalarla, saxta, mif tarixlə beyinləri xarab edilmiş bir toplumdur. Onlar tarixən hara gediblər, harada sığınacaq tapıblarsa, oranı özlərinə vətən hesab ediblər, olduqları, hətta keçib getdikləri bütün ölkələrə qarşı da ərazi iddiaları irəli sürüblər. Ermənilərin sahib olduqları xəstə, şikəst faşizm ideologiyası, revanşizm hansı ölkədə baş qaldırıbsa, orada xalq əziyyət çəkib. Ermənilər, Ermənistan zaman-zaman revanşizmdən, faşizmdən əziyyət çəksələr də, yenə də onu şüurlarında saxlayırlar. Bu da ondan irəli gəlir ki, Ermənistanda mövcud olan revanşizmə, revanşist hərəkətlərinə kənardan dəstək verən qüvvələr var. Beynəlxalq təcrübədə milli münaqişələr sülh yolu ilə o zaman həll olunur ki, kənardan onun sponsoru olmasın. Yəni millətlər arasında baş verən münaqişələri belə şərtləndirmək olar: sponsoru olan münaqişələr, sponsoru olmayan münaqişələr. Məsələn, sponsoru olmayan münaqişələrə İsveç və Finlandiya arasında olan Aland problemini misal göstərə bilərik, o, sülhlə nizama salınıb. Çünki Aland Finlandiya ərazisi olsa da, orada isveçlilər çoxluq təşkil edib, lakin orada elə şərait yaradılıb ki, isveçlər Finlandiya ərazisində yaşamağa üstünlük veriblər. Rəy sorğusu keçiriblər və bununla da problem həll olunub. Çünki kənardan dəstək verən, yaxud qızışdıran qüvvə olmayıb. İndi erməni faşizminə, revanşistlərinə gələk. Bunlar kənardan köçürülüblər, vətəni olmayan xalqdırlar, müasir dövrü saxtalaşdıra bilmədikləri üçün daim miladdan əvvələ gedirlər, ona görə ki, o dövrü saxtalaşdırmaq daha asandır. Cılız, kiçik toplum olan ermənilər “Böyük Ermənistan” xülyası ilə yaşayaraq və saxta xəritələr çəkərək, ora başqa dövlətlərə aid olan əraziləri daxil edirlər. Türkiyəyə, Azərbaycana, Gürcüstana, İrana, Rusiyaya qarşı ərazi iddiası edən ermənilərin bu iddiaları xəstə təxəyyülün məhsuludur”.

M.Zülfüqarlı qeyd etdi ki, onların təqdim etdikləri əfsanələrdə ərazi iddiaları Qafqazdan, Anadoludan tutmuş, düz Misirə qədər gedir. Ermənistan cəmiyyətində baş qaldıran revanşizmə kənardan dəstək verildiyini deyən M.Zülfüqarlı hesab edir ki, bu revanşist qüvvələrdən həm Azərbaycana qarşı, həm də Ermənistanın özünə qarşı istifadə edilir. “Ermənistanda baş qaldıran, hökm sürən, cəmiyyəti öz caynağına alan revanşizmə qarşı ermənilərin özləri arasında da müqavimət göstərmək istəyənlər var. Ermənilər arasında da Karen Şahnazarov kimi insanlar var ki, onlar revanşizmin, revanşistlərin Ermənistanı, erməniləri fəlakətə sürüklədiklərini, gələcəyini təhlükə altında qoyduqlarını düşünürlər. Ermənilər arasında da belə düşünənlər var ki, revanşizm, revanşistlər qonşu xalqlara fəlakət gətirməklə yanaşı, Ermənistanın özünə də müsbət heç nə vəd etmir. Bu mənfur hərəkatın genişlənməsi ermənilərin və Ermənistanın gələcəyini sual altında qoyur. Amma bu düşüncədə olanların sayı azdır.

Gerçəklik odur ki, Ermənistanda mövcud olan faşizm, revanşizm, qatı millətçilik davranışları, qisasçılıq çağırışları kənardan ciddi şəkildə dəstəklənir və onlar buna davam etməyə sövq edilirlər. Erməniləri, Ermənistanı Qərb ölkələri hər zaman təzyiq altında saxlamaqla öz istəklərini onların əlləri ilə həyata keçirirlər. Təsəvvür edin ki,  ermənilərin ideoloqları, irəlidə gedən adamları, siyasətçiləri ağıllı siyasət yürütsəydilər, Gürcüstan kimi, Azərbaycanla dinc qonşuluq münasibətləri aparsaydılar, indi Bakı-Ceyhan kəməri Gürcüstandan yox, Ermənistan ərazisindən keçə bilərdi. Eyni zamanda, Zəngəzur dəhlizi çoxdan açılardı və bundan Ermənistan da xeyir görə bilərdi. Ermənistanda revanşizmin “çiçəklənməsi” həm Ermənistanı pis vəziyyətdə qoyur, həm də bütün regional layihələrdən təcrid edir. Ermənistandakı revanşist qüvvələr kənardan onları idarə edənlərin sifarişlərini yerinə yetirməklə Ermənistanı təhlükə altında qoyurlar, qonşu ölkələrin də inkişafına mane olurlar. Amma mənə belə gəlir ki, 44 günlük müharibədən sonra yəqin Ermənistanda da bundan nəticə çıxaran insanlar var və onlar revanşizmin, faşizmin onlara faciələr gətirdiyini anlayaraq, ondan  imtina etməyə başlayacaqlar. Necə ki, indi məğlub dövlətdir, Paşinyanın dövründə onlar ağır məğlubiyyətə uğradılar, amma xalq əvvəlki prezidentlərin revanşizmə, faşizmə dəstək verdiyini görərək, “iki pisdən daha yaxşını” seçərək Paşinyana dəstək verməyə başlayıblar. Hesab edirəm ki, qarşıdakı seçkilərdə revanşistlər hakimiyyətə gələ bilməsə, dediyimiz yumşalmalar ola bilər və gələcəkdə o cür əfsanələrdən, revanşist, faşist ideologiyalarından ermənilər yaxa qurtarıb düzgün yol seçə bilərlər. Onlara bu istiqamətdə yaxın qonşular - Azərbaycan, Türkiyə kömək etməyə hazırdırlar” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ