Yeni tərkibdə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərin siyashısı müəyyənləşib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır.
Məzahir Pənahov Rövzət Qasımov Hüseyn Paşayev Şaitdin Əliyev Ramiz İbrahimov Validə Kazımova Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədlər: Arifə Muxtarova İlham Məmmədov Nizami Nadirxanlı Fuad Cavadov Qabil Orucov Nailə Əsgərova Aydın Muradov (ehtiyat üzv)
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.
Digər iki namizəd isə yaxın vaxtlarda müəyyənləşəcək.
Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.