şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanlıların Ermənistandakı əzəli torpaqlarına qayıdışı üçün tarixi fürsət yaranır...

Image


Bu gün Ermənistanda siyasi gündəmin ən aktual mövzularından biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Xüsusən də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsələndirdiyi fikirlər Ermənistanda böyük rezonans yaradıb.

Xatırladaq ki, prezident Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verdiyini bildirib: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Böyük qayıdışın başlanğıcı...

Ermənistanda belə hesab edilir ki, əslində Azərbaycan Prezidentinin dedikləri təsadüfi xarakter daşımır. İndi erməni ekspertlər bildirir ki, azərbaycanlılar ilk olaraq Zəngəzura, daha sonra Ermənistanda yaşadıqları bütün ərazilərə qayıdacaqlar. Zəngəzura qayıdış həm də İrəvana qayıdışın başlanğıcı hesab edilməlidir. Burada xatırladaq ki, ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldzun sualına cavabında da Prezident İlham Əliyev bu xüsusda konkret fikirlər səsləndirib: “Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız, Sevan deyil, Göyçəni taparsınız. İrəvanla da bağlı məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”.

Erməni şərqşünas ekspert Varujan Qeqamyan bunlar fonunda Azərbaycanın mütləq Zəngəzura qayıdacağını bildirir: “Zəngəzur bu anda regionun geosiyasi mərkəzidir, burada regional güclü dövlətlərin maraqları kəsişir. Bu maraqlar arasında hələlik balans qurulmayıb, bütün tərəflər bu anda aktiv şəkildə öz maraqlarını və tələblərini irəli sürürlər ki, regionda status-kvo təsdiq olunsun. Status-kvo olmadığı müddətcə bütün platformalarda dəqiqəbədəqiqə mübarizə böyüməyə davam edəcək. Ermənistandan başqa, iki əsas tərəf bu anda Zəngəzur üçün mübarizə aparır. Birincisi (Türkiyə, Azərbaycan və onların müttəfiqləri) dəhlizlərin Zəngəzurdan keçməsini tələb edir, ikinci tərəf isə (bəzi Avropa dövlətləri) dəhlizə qarşıdır. Amma dəhlizə qarşı olanların mövqeyi əhəmiyyət kəsb etmir. Azərbaycan dəhlizin işə salınmasını təmin edəcək”. Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorqyan özünün “Telegram” kanalında bildirir: “İlham Əliyevin Zəngəzur barədə son bəyanatları Nikolun Zəngəzura doğru gizli səfəri fonunda dönməz prosesin başlanğıcıdır”. O qeyd edib ki, söhbət milli suverenliyin itirilməsinin başlanğıcından gedir: “Axı suverenlik təkcə fiziki cəhətdən yox, Ermənistanın rəqiblərin aqressiv bəyanatlarına adekvat cavab vermədiyi zaman da tapdalana bilər. Bəlli ki, Ermənistan XİN-in Zəngəzurla bağlı  bəyanatından sonra özümüzü daha əmin hiss etmədik, Zəngəzur sakinlərinin həyatı isə daha təhlükəsiz olmadı”. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə bildirib ki, İlham Əliyevin Zəngəzur açıqlamaları təsadüfi xarakter daşımır. Baqratyanın sözlərinə görə, dünya İlham Əliyevi qınamır və hətta belə bir təəssürat var ki, dünya “Zəngəzuru da verin, qoy sakitləşsin” deyir: “Zəif tərəf ermənilərdir, qoy məsələ ermənilərin hesabına həll edilsin”. Baqratyan vurğulayıb ki, Ermənistan prezidentinin və baş nazirinin Zəngəzuru Azərbaycana verəcəyini düşünür.

Ermənistan müxaliflərinin birləşdiyi “Vətənin xilası uğrunda hərəkat”ın baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan da maraqlı fikirlər səsləndirib. O bildirib ki, Qarabağ məsələsi Azərbaycan üçün prestij məsələsi idisə, Zəngəzur məsələsi strateji məsələdir. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə qeyd edir: “Əminəm ki, əsasən Zəngəzuru, Mehrini, Sisianı əhatə edən yolların blokadadan çıxarılması gələcəkdə Ermənistanın və Qarabağın dərin blokadasına gətirib çıxaracaq”. Onun sözlərinə görə, Ermənistana iqtisadi cəhətdən təzyiq göstəriləcək:  “İqtisadi cəhətdən bizə təzyiq göstərəcəklər, bu ərazinin demoqrafik mənzərəsi də dəyişəcək, sadə desək, türklər Zəngəzuru doldurmağa gələcəklər və ölkəmiz üçün çox pis vəziyyət yaranacaq”.  

İrəvan Bakıya əngəl olmaq gücündə deyil

Hazırda Ermənistanda müəyyən qüvvələr Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır. Lakin Ermənistanın istəyindən asılı olamayaraq, Azərbaycan Zəngəzur dəhlizinin fəaliyyətini təmin edəcək. 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlar da bunu özündə ehtiva edir. Bu bəyanatların əsas şərtlərindən biri regonda kommunikasiya əlaqələrinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınmasıdır.

Zəngəzur dəhlizinin işə düşməsi təkcə yeni nəqliyyat marşrutunun və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında  quru əlaqəsinin yaradılması baxımından əhəmiyyət kəsb etmir. Bunun ən önəmli tərəflərindən biri də, Preizdent İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının 101 il bundan əvvəl əlimizdən alınmış Zəngəzura qayıtmaq imkanı əldə etməsidir. Artıq Zəngəzur dəhlizinin inşası istiqamətində əməli işlərə start verilib. Bununla bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyə jurnalistlərinə açıqlamasında mühüm açıqlamalar verib. Nazir Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolunun tikintisinin getdiyini, ilin sonuna kimi tikintinin başa çatacağı və bundan sonra dəmir yolunun inşasının başlanacağını bildirib. Azərbaycan avtomobil yolu ilə yanaşı, artıq öz ərazisində Zəngəzurdan keçəcək dəmir yoluna birləşəcək xəttin inşasına start verib. Bu il Prezident ilham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin davamı məhz Zəngəzurdan keçəcək. Azərbaycan təxminən iki il ərzində Horadiz-Ağbənd dəmir yolunin inşasını başa çatdıracaq. Bu xətt Zəngəzurdan keçəcək 40 kolimetrlik dəmir yolu xəttinə birləşəcək. Zəngəzur ərazisində dəmir yolu xətti “Rusiya Dəmir Yolları” ASC  tərəfindən inşa ediləcək. Çünki Ermənistan dəmir yollarının sahibi “Rusiya Dəmir Yolları” ASC-dir. Artıq Zəngəzur dəmir yolu xəttinin çəkilməsi məqsədilə “Rusiya Dəmir Yolları” ASC  tərəfindən müvafiq işlərə start verilib. Bu da o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizinin inşasına əngəl olmaq iqtidarında deyil. Ermənistanda nəzərə alınmalıdır ki, Azərbaycan münaqişə səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib, bu məqsədlə bütün qonşu ölkələrin iştirakı ilə bölgədə inkişaf və əməkdaşlığı təmin edən gələcəyə baxışlarını ortaya qoyub. Elə bu kontekstdə Azərbaycan tərəfindən bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əməli addımlar atılır. Bu, Ermənistanda da düzgün qiymətləndirilməli, əməkdaşlıq üçün adekvat addım atılmalıdır. Əks təqdirdə ən çox uduzan və zərər görən tərəf elə Ermənistan özü olacaq.

Türkiyədən Ermənistana göndərilən mühüm mesajlar...

İndilikdə belə görünür ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizi Ermənistanda siyasi müstəvidə daha böyük çəkişmə predmetinə çevriləcək. Bu, Nikol Paşinyanın Zəngəzur vilayətinə son səfərindən sonra özünü daha qabarıq formada büruzə verir. Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorqyan bildirir ki, Zəngəzur dəhlizi sənədlərinin imzalanmasına hazırlıq gedir və İrəvan üzərinə müvafiq öhdəliklər götürüb: “Niyə Nikol bu qədər qəfil şəkildə Zəngəzura getdi? Kim deyə bilər? Orada ondan nə eşitdik? Təhdidlərdən və yerli sakinləri cəzalandırmaqla bağlı qanunsuz tələblərindən başqa heç nə. Nikol Zəngəzur fəallarını zərərsizləşdirməyə çalışaraq vəziyyəti süni şəkildə ağırlaşdırır. Bu da Zəngəzur dəhlizinin maneəsiz həyata keçəcəyi deməkdir”.

Artıq dəfələrlə deyildiyi kimi, dəhlzin işə düşməsi Ermənistan üçün böyük iqtisadi faydalar vəd edir. Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vacib addımlardan biridir. İki ölkə arasında əlaqələrin normallaşması Ankara-İrəvan münasibətlərində də yeni səhifə aça bilər. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ABŞ-ın “RealClearDefense” jurnalında dərc olunan məqaləsində yer alan fikirlər də təsdiq edir. Məqaləsində nazir bildirir ki, keçən il Ermənistanla Azərbaycan arasında elan olunan atəşkəs yeni bir səhifə açmaq üçün önəmli fürsət yaradır: “Bundan əlavə, Türkiyə 2021-ci ilin fevralında Ermənistandakı çevriliş cəhdini ilk qınayan ölkələrdən biri oldu. Təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsəti təkcə Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün vacibdir. Ermənistan rəhbərliyi sülhə investisiya qoymağı seçsə, Türkiyənin Ermənistana göndərdiyi mesajı dinləsələr, bütün bölgə üçün yüksək səviyyədə siyasi və iqtisadi mənfəətlər olacaq”. İndi bütün bunlar fonunda seçim Ermənistanındır. O, ya Azərbaycan və Türkiyə ilə əməkdaşlıq şərraitində inkişaf edəcək, ya da məhvə doğru gedəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

 

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ