şənbə günü, 03 oktyabr 2026
     

AŞPA yenə də ikili standartların əsirliyində... Qurum bəlli qüvvələr üzündən iflasa sürüklənir...

Image


Azərbaycanın hər zaman əleyhinə çıxış etdiyi hallardan biri də ikili standartlarla bağlıdır. Çünki məhz ikili standartlar dünya təhlükəsizliyini ciddi təhdid altına atır və artıq bunun real təsdiqi olan misalların sayı kifayət qədərdir. Amma belə görünür ki, dünya hələ də ikili standartlar bəlasından xilas ola bilməyib. Bunun ən real təsdiqlərindən biri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası oldu.

Bu sessiya sözügedən qurumun hələ də Azərbaycana münasibətdə ikili standartlar mövqeyindən çıxış etdiyini təsdiq edir. Belə vəziyyət AŞPA-nın gələcəyini, onun nüfuzunu sual altına alır ki, sonda bu, qurumun dağılmasını belə istisna etmir. Qurumun son sessiyasında sərgilənən ikili standartlar erməni terrorçulara münasibətdə özünü tam şəkildə büruzə verdi. Əvvəldən sessiyanın gündəliyində nəzərdə tutulmamış, amma erməni tərəfinin müxtəlif təsir imkanlarından istifadə edərək AŞPA-nın plenar iclasına çıxarılacaq məruzələr sırasına sərbəst müzakirələr xəttilə daxil edilməsinə nail olduğu hesabat da bunun real sübutu oldu. Hesabat “erməni hərbi əsirlər, digər əsirlər və köçkünlər” adlanırdı. AŞPA-da ermənipərəst, xüsusən də Soros Fondu tərəfindən maliyyələşdirilən bəzi deputatlar sayəsində sərbəst müzakirələr zamanı hesabat ətrafında fikir mübadiləsi aparıldı. Amma bu heç nəyi dəyişmədi. Əvəzində AŞPA öz nüfuzuna zərbə vurdu, ikili standartlardan xilas ola bilmədiyini göstərdi. Belə standartlar həm də onda özünü qabarıq nümayiş etdirdi ki, AŞPA-da məsələnin mahiyyətinə varılmadan hesabatın müzakirəyə çıxarılmasına razılıq verildi. Belə ki, Azərbaycanda saxlananların ermənilərin iddia etdiyi kimi hərbi əsir deyil, cinayətkarlar olmasını, əslində, AŞPA da daxil olmaqla, bütün beynəlxalq qurumlar bilir. 44 günlük müharibədə əsir düşən bütün şəxslər üçtərəfli müqavilə imzalanandan dərhal sonra qaytarılıb. Azərbaycan Ermənistana 70, Ermənistan Azərbaycana 14 nəfər əsir qaytarıb. Bağlanmış müqaviləyə əsasən, əsirlər “hamının hamıya” prinsipi ilə dəyişdirilib. Son Qarabağ müharibəsində Azərbaycan Ermənistana 1500 əsgərin cəsədini qaytarıb. Halbuki, Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən itkin düşmüş sayılan 4000-dən artıq əsir və girovların bir nəfərini belə Ermənistan Azərbaycana qaytarmayıb.  

Müharibə bitəndən sonra isə Azərbaycan ərazisinə silahlı müdaxilə edən, təxribatlar törədən cinayətkarlar artıq heç bir halda hərbi əsir sayıla bilməz. Ermənilərin “hərbi əsir” dediklərinin hamısı Ermənistanın Şirak vilayətindən silahlı qüvvələrdə hərbi xidmət keçmək üçün çağırılıb. Onlar məhz müharibə bitəndən sonra  Azərbaycanın Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya, terror aktları törətmək məqsədilə ərazilərimizə yeridilib. Tutulan şəxslərin hamısı 2020-ci il 26 noyabr tarixindən, yəni Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra ölkəmizə göndərilib. Amma nədənsə, bu reallıq AŞPA-da nəzərə alınmır. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov bu fonda maraqlı məqamlara toxunur. Deputat bildirib ki, Assambleyanın debatlar üçün mövzuları birtərəfli qaydada seçməsi məyusluq doğurur: “Biz hər zaman və istənilən formatda mövqeyimizi qorumağa hazırıq. AŞPA Birinci Qarabağ müharibəsindən sonra 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarına, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş faciələrə göz yumdu. İndi daha aktual bir mövzu olan azad olunmuş ərazilərin minalardan təmizlənməsi barədə danışılmalı olmasına baxmayaraq, ərazilərimizdə saxlanılan cinayətkarlardan bəhs edir. Ermənistan tərəfindən ərazilərin minalanması səbəbindən üçtərəfli bəyanat imzalanandan sonra 20 mülki azərbaycanlı həyatını itirib. Bu, müharibə cinayətidir. Ermənistan minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir”.

O qeyd edib ki, Ermənistan nümayəndə heyətinin “hərbi əsirlər” mövzusunu sərbəst debata salmaq səyləri siyasi motiv daşıyır: “Tezliklə Ermənistanda seçkilər olacaq. Erməni deputatlar əhaliyə hələ də faydalı olduqlarını göstərmək və ailələrin ağrılarından istifadə edərək xal qazanmağa çalışırlar. Onlar şəxsi maraqları üçün bu platformadan sui-istifadə etməkdən çəkinməlidirlər. Bəzi səyləriniz qəsdən ola da bilər, olmaya da bilər, ancaq belə davranışlar Azərbaycanla Ermənistan arasındakı dövlətlərarası münasibətlərə zərbə vurur, kömək etmir. Erməni nümayəndə heyətinin çıxışlarını dinlədikdən sonra görürük ki, onlar sülhə deyil, revanşizmə hazırlaşır”. Yekun nəticə həm də onu gəstərdi ki, AŞPA-da erməni terrorçularla bağlı Azərbaycana qarşı növbəti hücum cəhdinin də arxasında Soros Fondu və qurumda bu fonda bağlı olan şəbəkə dayanır. Kampaniya isə iflasa uğradı və artıq nəzərə alınmalıdır ki, AŞPA-nın çıxaracağı hansısa qərarın heç bir əhəmiyyəti olmayacaq.
Qurum artıq əhəmiyyətsiz müzakirələr aparması, yalnız kağız üzərində qalan qərarların çıxarılması ilə tanınır. İndi də ikili standartlara yol verməklə isə AŞPA özünü daha sürətlə iflasa sürükləyir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ