şənbə günü, 03 oktyabr 2026
     

İrəvan, Zəngəzur və Göyçə məsələsi milli dövlətçilik tariximizin əbədi aktual mövzusudur...

Image


Azərbaycanın tarixi torpaqları müasir dövlət sərhədlərimiz çərçivəsi ilə məhdudlaşmır. Son 200-300 ildə yadellilər tərəfindən tarixi Azərbaycan ərazilərinin parçalanması, ayrı-ayrı xalqlara verilməsi prosesi gedib.

Azərbaycan əraziləri yalnız Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri əsasında bölünməyib, ondan kənarda da ərazilərimiz qanunsuz olaraq başqa xalqlara verilib. Borçalını, Dərbəndi, İrəvanı, Göyçəni, Zəngəzuru və digər ərazilərimizi bizə düşmən olanların məkrli siyasətləri nəticəsində itirmişik. Bütün dünya yaxşı bilir ki, Qafqazda ilk erməni dövləti 1918-ci ildə Azərbaycan ərazilərində qurulub, tarixi Azərbaycan, türk-müsəlman şəhəri İrəvan ermənilərin yeni yaranan dövlətinə paytaxt olaraq güzəştə gedilib.

Bu gün İrəvanın, Göyçənin, Zəngəzurun və başqa ərazilərin tarixi Azərbaycan torpağı olduğunu və onların hansı şəraitdə xalqımızdan qoparıldığını ölkə başçısı İlham Əliyev dönə-dönə vurğulayıb.

  • Göyçə, Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır

“...Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən, mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm, bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq...”. Bu fikirləri aprelin 13-də Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bildirib.

Ümumiyyətlə, Prezident İlham Əliyev dəfələrlə Zəngəzurun, İrəvanın, Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu bildirib. Prezident İlham Əliyevin son zamanlar çıxışlarında İrəvan, Zəngəzur, Göyçə və digər ərazilərin tarixi Azərbaycan yurdu olduğunu tez-tez vurğulaması bizi, xüsusən də gənc nəsli öz tariximizə sayğı duymağa, onu araşdırıb öyrənməyə sövq edir. Ölkə başçısı bununla bu ərazilərin ermənilərin deyil, Azərbaycanın tarixi torpağı olduğunu dünyaya bir daha xatırladır. Söz yox, dünya bu torpaqların tarixi Azərbaycan torpaqları olduğunu çox yaxşı bilir, amma Prezident bunu dəfələrlə vurğulamaqla bu tarixi yenidən dünyanın yadına salır ki, Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır.

  • “Gerçək tarixi yada salmağa məcburuq”

AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının Göyçə, Zəngəzur, İrəvanın Azərbaycanın tarixi torpaqları olduğunu dönə-dönə vurğulaması bizi öz tariximizə bağlayır və xalqımızı tarixi keçmişindən qopmağa qoymur. M.Zülfüqarlının sözlərinə görə, Azərbaycanın tarixi ərazilərinin təbliğ edilməsi, onların tarixşünaslığımızda özlərinə layiqli yer tutması vacibdir. “Azərbayan dövlət müstəqilliyini bərpa etdikdən sonra BMT tərəfindən tanınmış ərazisi daxilində, heç bir dövlətə qarşı ərazi iddiası etmədən sülh şəraitində yaşamağa üstünlük verərək, quruculuq işlərinə başlayıb. Lakin görürük ki, Azərbaycanın qonşuları zaman-zaman ölkəmizə qarşı işğalçılıq siyasəti yeritməklə, əsassız ərazi iddiaları irəli sürməklə təhdidlərini davam etdiriblər. Biz də müasir dövrdə Qafqazda ən güclü dövlət olaraq bu işğalçı, separatçı  qonşulara və onların havadarlarına gerçək tarixi yada salmağa məcburuq. Azərbaycan keçən əsrin 90-cı illərində bu məsələlərə qayıtmırdısa, bu da səbəbsiz deyildi. Çünki o zamanlar dövlətimiz zəif idi, elə də güclü deyildi, eyni zamanda, beynəlxalq təşkilatların bizə verdiyi yalan vədlərə inanırdıq. Amma sonra biz gördük ki, dünyada hər şeyi güc həll edir, ədaləti yalnız güclə bərpa etmək mümkündür”.

  • “Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiası etməsə də, ancaq məlum ölkələrdə tarixi ərazilərimiz var” 

M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan Prezidenti Zəngəzurun, Göyçənin, İrəvanın tarixi Azərbaycan torpağı olduğunu vurğulamaqla qonşularına bir daha tarixə baxmağı diqtə edir, bildirir: “Bu nədən qaynaqlanır? Bilirsiniz ki, dünyada tarixi müharibələr  olub. Ta qədimlərdən indiyə kimi müxtəlif ərazilərdə işğalçı yürüşlər olub, ərazilər zəbt edilib, qanunsuz olaraq mənimsənilib. O cümlədən də Azərbaycana qarşı belə işğalçı yürüşlər olub. Dünya üçün strateji əhəmiyyət daşıyan Azərbaycanın sərvətlərinə göz dikən qonşular, yaxud dünyanın güclü dövlətləri zaman-zaman bizə qarşı işğalçı müharibələr aparıblar. Azərbaycan xalqının böyüklüyü ondadır ki, bu cür yürüşlərə, müharibələrə, işğallara, ölkəmizə qarşı yürüdülən iyrənc və məkrli siyasətlərə baxmayaraq, özündə güc tapdı və XX əsrin sonlarına yaxın müstəqil dövlətini bərpa etdi və BMT-də üçrəngli bayrağını dalğalandırdı.

Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiası etməsə də, ancaq məlum ölkələrdə tarixi ərazilərimiz var. Həmin tarixi ərazilərdə Azərbaycan əhalisi yaşayıb və o ərazilərin bəzilərində indi də yaşayır, amma bəzilərindən deportasiya ediliblər. Məsələn, indi Ermənistan adlandırılan Qərbi Azərbaycandan soydaşlarımız deportasiya olunublar”.

  • “Prezidentimiz çox düzgün olaraq bəyan etdi ki, biz İrəvana qayıdacağıq”

M.Zülfüqarlı dedi ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılar XX əsrin müxtəlif illərində, sonuncu dəfə isə 1988-ci ildə öz doğma ocaqlarından qovulublar. Professorun sözlərinə görə, tariximizdə baş verənləri yada salmayanda, xatırlamayanda bunlar yaddan çıxıb unudulur, yeni nəsillər dünyaya başqa gözlə baxırlar. “Bu baxımdan, ölkə başçısının Zəngəzurun, İrəvanın, Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu həm qonşularımızın, həm də dünya ictimaiyyətinin yadına salması çox mühümdür. Bu məsələnin ölkə başçısı tərəfindən vurğulanması olduqca vacibdir, bunu da biz duyuruq. Məsələn, Azərbaycanın tarixi ərazilərinə gələndə Prezidentimizin də qeyd etdiyi kimi, Zəngəzur, İrəvan, Göyçə və başqa ərazilər tarixi Azərbaycan torpağıdır. Bilirik ki, Dağıstanda Dərbənd, Gürcüstanda Borçalı və digər ərazilər də tarixi ərazimizdir. Başqa yerlərin də adlarını qeyd edə bilərik. Bizim coğrafi ərazilərimiz indiki Suriya, İraq ərazisinə qədər gedir. Məsələn, Kərkük də tarixi ərazimizdir. Prezidentimiz çox düzgün olaraq bəyan etdi ki, biz İrəvana qayıdacağıq, amma demirəm ki, tank üzərində qayıdacağıq. Cənab Prezident doğru dedi ki, bizim ərazi iddiamız yoxdur, amma oralar bizim tarixi yurdumuzdur” - deyə M.Zülfüqarlı qeyd etdi.   

  • “Azərbaycan Prezidentinin məhz bu fikirləri gələcəkdə bu cür modelin qurulmasına...”

M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan dünyada sülhməramlı ölkə kimi tanınır və hər zaman sülhməramlı, sülh tərəfdarı olan ölkə kimi bütün dünyaya bildirməliyik ki, İrəvan, Zəngəzur, Göyçə tarixi Azərbaycan əraziləri olmasına baxmayaraq, biz onların ilhaqı, Azərbaycana birləşdirilməsi haqqında iddia irəli sürmürük: “Amma xatırladırıq ki, bizim böyük və şərəfli tariximiz var, böyük dövlətlərimiz olub, adları çəkilən ərazilər də bizim tarixi torpaqlarımızdır. Amma Prezidentimizin təklif etdiyi yol nədir? Məsələn, indi Avropa Şurası, Avropa Birliyi və onlara daxil olan ölkələr var, tarixən bu ölkələr arasında müharibələr olub. Məsələn, İngiltərə və Fransa arasında yüzillik müharibə olub. İki dünya müharibəsində Almaniya bu müharibələri əsas başladan dövlət idi. Hətta indinin özündə də Fransa bəzi ərazilərinin Almaniyada olması ilə barışmır. Amma bu o demək deyil ki, Almaniya ilə Fransa düşməndir, yaxud müharibəyə hazırlaşır. Demək istəyirəm ki, biz bir azərbaycanlı olaraq Qafqazda sülhün tərəfdarıyıq. Hətta bilirsiniz ki, “Qafqaz evi” ideyası da var. Bunu da XX əsrin əvvəllərində Azərbaycan mütəfəkkirləri irəli sürüblər. Bu barədə hətta Üzeyir Hacıbəyovun fikirləri ilə bağlı məqalə də yazmışam. “Qafqaz evi” nə deməkdir? Azərbaycan ziyalıları, mütəfəkkirləri XX əsrin əvvəllərində Qafqazda da indiki Avropa Birliyi kimi bir birliyin yaradılmasına təşəbbüs göstəriblər. Onlar burada yaşayan xalqların mehriban, sülh şəraitində yaşamasının tərəfdarı olublar. Bir anlığa təsəvvür edək ki, Avropa Birliyində XX əsrin əvvəllərində bir-birinə düşmən olmuş ölkələr indi tərəfdaş kimi Avropa Birliyində yaşayırlarsa, biz də bunu yarada, “Qafqaz evi” ideyasını gerçəkləşdirə bilərik. Bu, həyata keçirilərsə, bölgədə yaşayan insanların hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bu ərazilərə sərbəst çıxışı olacaq. Yəni İrəvana da, Göyçəyə də gedəcəyik. Fərq olmayacaq ki, sən Qafqazın hansı respublikasında yaşayırsan, hər yerə sərbəst getmək imkanımız olacaq. Bu, bir bəşəri həqiqətdir ki, insanlar bunu yarada bilərlər. Mənə belə gəlir ki, Azərbaycan Prezidentinin məhz bu fikirləri gələcəkdə bu cür modelin qurulmasına, “Qafqaz evi” ideyasının həyata keçirilməsinə yönəlib. Yəni bu ideyanı bizim babalarımız XX əsrin əvvəllərində irəli sürüblər, “Qafqaz evi” ideyası Azərbaycan Prezidentinin “biz İrəvana da, Zəngəzura da, Göyçəyə də qayıdacağıq” fikri ilə gələcəkdə reallaşacaq. Bəli, biz İrəvana da, Göyçəyə də, Zəngəzura da qayıdacağıq, amma top-tüfənglə deyil, sülh şəraitində qayıdacağıq”.

M.Zülfüqarlının sözlərinə görə, adları qeyd edilən ərazilər Azərbaycanın tarixi əraziləridir, xalqımız o torpaqlara sülh şəraitində qayıdacaq.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ