şənbə günü, 03 oktyabr 2026
     

Paşinyanın Zəngəzur səfəri Ermənistanda yeni siyasi qalmaqala səbəb oldu

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur vilayətinə səfəri ciddi qalmaqallarla yadda qalıb. Eyni zamanda, vilayətdə baş verənlər ölkədə yeni siyasi qalmaqalın da əsasını qoyub.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Zəngəzur vilayəti istisna olmaqla, Ermənistanın digər ərazilərində Paşinyana dəstək yüksəkdir. Zəngəzurda isə vəziyyət fərqlidir. Xüsusən də sərhədyanı ərazilərdə Paşinyana münasibət birmənalı deyil. Belə bir vaxtda Nikol Paşinyanın bir neçə saat onu gözləyən sərhədyanı Şurnux kəndinin sakinlərinə məhəl qoymadan yoluna davam etməsi kənddə qalmaqala səbəb olub. Qəzəblənən şurnuxlular onun kortejini yumurta atəşinə tutublar. Şurnux kəndinin rəhbəri Akop Arşakyan deyib ki, sakinlər onları narahat edən məsələləri çatdırmaq üçün səhərdən Qafan-Gorus yolunda Paşinyanı gözləyiblər: “O isə Gorusa getdi, sakinlərlə görüşmədi. İnsanlar onun gizlicə gəlib-getməyinə görə özlərini təhqir olunmuş hesab etdilər”. Zəngəzur vilayətinə daxil olan Qafanda keçirilən müşavirə zamanı isə Nikol Paşinyan güc strukturlarının rəhbərlərinə onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırıb: “Mehridəki insidentə toxunmaq istərdim. Aydın məsələdir ki, qanun pozulub. Respublikanın hüquq-mühafizə orqanlarının aydın və sərt reaksiya verəcəyini gözləyirəm, çünki Ermənistanda cəzasızlıq ab-havasının yaranmasına yol vermək olmaz”. İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını, eyni zamanda İstintaq Komitəsinə göndərilən cinayət işlərinin də olduğunu bildirib.

Xatırladaq ki, Nikol Paşinyanın Mehriyə səfəri qalamaqallı olub. Şəhər sakinləri baş nazirin vilayətə səfərinə etiraz ediblər. Onlar “Nikol satqındır!” şüarını söyləyərək, Paşinyanın Zəngəzuru tərk etməsini tələb ediblər. Hadisə zamanı Paşinyanın mühafizəçisinin paltarı cırılıb. Məlumata görə, etirazçılar Paşinyanı müşayiət edənlərə və baş nazirin avtomobilinə hücum ediblər. Nikol Paşinyanın təhlükəsizliyini təmin edən Milli Təhlükəsizlik Xidməti və polisin 500 maskalı xüsusi təyinatlısı hücuma müqavimət göstərməyərək avtomobilə minib, Paşinyanla birlikdə şəhəri tərk ediblər. Bildirilib ki, hadisə nəticəsində dövlət mühafizə xidmətinin başçısı Sarkis Ohanesyanın paltarı cırılıb. Beləliklə, baş nazirin regiona planlaşdırdığı səfər baş tutmayıb. Qeyd edək ki, Nikol Paşinyan aprelin 20-də Sünik vilayətinin polis rəisini, Gorus və Qafanın polis rəisi müavinlərini gözlənilmədən işdən azad edib. Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan isə bildirir: “Qafanda sakinlər baş naziri hərarətlə salamlayırlar. Amma Aqarak və Mehridə baş verənlər Şurnux və Mehri sakinləri ilə heç bir bağlılığı olmayan məlum dairələr tərəfindən təşkil edilib”. “Azatutyun” radiosu bildirir  ki, Zəngəzur sakinlərinin hiddət və tələblərinə rəğmən, Paşinyan xüsusi təyinatlı polislərin əhatəsində Mehri küçələri ilə gəzintini davam etdirib: “Qafanda vilayət administrasiyasının qarşısına toplaşmış kütlə baş naziri “Nikol satqındır!” sədaları ilə qarşılayıb. Amma kütlənin arasında Paşinyanın tərəfdarları da olub. Onlar baş naziri əl çalaraq alqışlayıblar. Qafanda sakinlər baş nazirlə söhbət edib və onun səfərinə şad olduqlarını deyiblər. Bu görüşlərdən birinin videosunu Paşinyanı bu səfərdə müşayiət edən vitse-spiker Alen Simonyan öz “Facebook” səhifəsində yerləşdirib. O, videoya bu sözləri əlavə edib: “Qafanda, təxribatlarsız”. Şurnux kəndinin icra nümayəndəsi Akop Arşakyan isə baş nazirin kəndə gəlməsindən o gedəndən sonra xəbər tutub. Arşakyan təəssüflənib ki, Paşinyana təhlükəsizliklə bağlı verəcəyi mühüm suallar vardı: “Gecə vaxtı niyə gəlib? Azərbaycanlılar onu görməsinlər deyə, yoxsa o, azərbaycanlıları görməsin deyə? Bizim sakinlər hələ də gözləyirlər. Deyirlər, qoy baş nazir gəlsin, hər şeyi onun üzünə deyək”. Bu, Paşinyanın müharibədən sonra Zəngəzura ikinci səfər cəhdidir. Birinci cəhdi o, ötən ilin dekabrında etmişdi. Onda Paşinyan Sisyandan o yana keçə bilməmişdi. Sisyan kilsəsində isə keşiş baş nazirin uzana qalan əlini sıxmaqdan imtina etmişdi. Zəngəzurlılar isə Gorusa gedən yolu bağlamış və Paşinyan İrəvana qayıtmağa məcbur olmuşdu. Hazırda Paşinyan etirazların təşkilatçılarına qarşı sərt tədbirlər görülməsinə göstəriş verib. Eə bu da siyasi qalmaqal və yeni siyasi qarşıdurma deməkdir. Zəngəzurda baş vermiş insidentlə bağlı xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq maddələri üzrə cinayət işlərinə başlanıb. Bu maddələr üzrə pul cərimələri ilə yanaşı, 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Müxalifət hakimiyyətin bu addımını etirazla qarşılayır və bunu inzibati metodlardan əhaliyə qarşı istifadə hesab edir. Bu da Ermənistanda seçki ərəfəsində yeni siyasi qarşıdurma deməkdir”.

“Dejavü” teleqram kanalı isə bildirir ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana zəng edərək, aqressiv şəkildə ondan Paşinyanın Zəngəzur səfərini məhv edən aktivistlərin həbsini tələb edib. O, Abazyanı MTX-nın baş verənləri səssiz şəkildə izləməsinə görə tənqid edib. Akopyan, həmçinin Abazyanın, əmri icra etməyəcəyi təqdirdə, işdən qovulacağını bildirib. Ermənistanın birinci xanımı, belə davam edəcəyi halda, bölgələrdə seçkiqabağı kampaniyanın aparılmasının mümkünsüz olacağını və narazılığın hər yerə yayılacağını bildirib. Kanal Abazyanın artıq əmrin icrasına başladığını və Zəngəzurda geniş həbslər olacağını bildirib.

Nahid SALAYEV

 

 

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ