şənbə günü, 03 oktyabr 2026
     

“Hacıqabul rayonunun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır” - Vüqar Rəhimzadə

Image


“2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu.

Bu yolda ilk addım kimi bölgələrin malik olduğu potensial imkanlardan istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramını təsdiqlədi və 2004-cü ildən icrasına başlanıldı. Hər bir sənəd özündə hədəfləri və onların icra mexanizmlərini ehtiva edir. Son 17 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramının icrası və dördüncünün icrasının davam etdirilməsi bir daha bu reallığı ortaya qoyur ki, hər bir sənəd növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın tərkibi, əsasən, yerlərdən gələn təkliflər əsasında formalaşıb.

Möhtərəm Prezidentimiz daim bu məqamı xüsusi qeyd edir ki, mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla görüşlərim bu sahədə çox gözəl bir ünsiyyət forması yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz insanların təklifləri əsasında reallaşıb. Bu çağırış indi də öz aktuallığını saxlayır: Daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər reallaşsın. Bu məqsəd əsas götürülür ki, xalqın arzularına əsasən müəyyənləşdirilən vəzifələrin icra olunması Azərbaycanı daha da qüdrətləndirəcək, əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışında iştirakı, həmçinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir rayonun timsalında bölgələrimizin bu günü və gələcəyi ilə bağlı söylədiyi fikirlər bir daha bu reallığı təsdiqləyir ki, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, yeni sosial obyektlərin istifadəyə verilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir: «Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas yer tutur. Cənab İlham Əliyev ilk gündən bu tezisi irəli sürüb ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Həmçinin ölkə ictimaiyyətinin irəli sürülən təşəbbüsləri, atılan addımları dəstəkləməsi böyük ruh yüksəkliyi yaradır. Bu gün bölgələr arasında sağlam rəqabətin mövcudluğu rayonların inkişafına, onların simasının tamamilə dəyişməsinə, malik olduqları resurslardan səmərəli istifadəyə geniş imkanlar yaradır. Azərbaycan brendi kimi dünyaya səs salan ABAD mərkəzləri kiçik və orta sahibkarlığın inkişafına böyük dəstəkdir. Ailə təsərrüfatlarına asan dəstək funksiyasını uğurla yerinə yetirən ABAD mərkəzlərinin coğrafiyasının genişlənməsi də günümüzün reallıqları sırasındandır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri infrastruktur layihələrinin beynəlxalq standartlara uyğun yenilənməsidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Hacıqabul rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərək bildirmişdir ki, təəssüratım çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələri görünür. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Rayonda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb. Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilib. Bir sözlə, biznes üçün şərait yaxşılaşıb. Dövlətimizin başçısı əminliklə bildirib ki, bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək”.

Baş redaktor bildirib ki, bölgələrin sosial-iqtisadi inkişafının prioritetliyi pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda belə dövlətimizin başçısının rayonlara səfərlərində özünün aydın ifadəsini tapır: «Cənab İlham Əliyev ölkə ictimaiyyəti ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. O da məlumdur ki, cənab İlham Əliyevin bölgələrə hər bir səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Pandemiya şəraitində, eyni zamanda, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə ölkə ictimaiyyəti cənab İlham Əliyevin həmişə olduğu kimi, yenə də fəaliyyətinin əsas tərkib hissəsi olan rayonlara səfərlərinin şahidi oldu və hər bir səfər yeni sosial obyektlərin açılışı ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərimizə də mütəmadi səfərlərini gerçəkləşdirən cənab İlham Əliyev bildirir ki, məqsəd buraya qayıdan insanların yüksək həyat şəraitini təmin etmək, quruculuq və abadlıq işlərini daha müasir şəkildə həyata keçirərək, bu əraziləri cənnətməkana çevirməkdir.»

 «Möhtərəm Prezidentimiz Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda da kənd təsərrüfatının inkişafında əsas amillərdən olan aqroparkların yaradılması məsələsinə diqqət yönəltdi» söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda bu ərazilərdə minalardan təmizlənmə işləri ilə yanaşı, infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı, həmçinin regionlarda yol infrastrukturunun yenilənməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə də toxunub: «Əsas məsələ yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara cavab verməsidir. Hacıqabul-Muğan avtomobil yolunun əvvəlki vəziyyəti ilə bugününü müqayisə edən əhali yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Son illərdə nəinki əsas, eləcə də kəndlərarası yollar yüksək səviyyədə tikilir, bərpa olunur. Bütün bu tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır. Nəticədə bu gün beynəlxalq maliyyə və iqtisadi qurumların hesabatlarında Azərbaycanın müasir yol-nəqliyyat infrastrukturuna malik olması təqdir edilir.»

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, artıq son illərdə regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir: «Prezident İlham Əliyevin Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləməsi də pambıqçılığın inkişafına diqqətin bariz nümunəsidir. O da məlumdur ki, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonlar arasında ixtisaslaşmalar həyata keçirilərək, hər bir bölgə malik olduğu resurslara uyğun ənənəvi kənd təsərrüfatı sahəsinin inkişafına diqqət göstərir. Həmin sahələrin inkişafını daha da sürətləndirmək üçün müvafiq Dövlət proqramları təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində pambıqçılıq sahəsində mühüm irəliləyişə nail olunub. Fermerlərə dövlət dəstəyi davamlılığı ilə diqqət çəkir”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, bu gün biz əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda sənayenin, kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın yüksəldilməsi, insanların işlə təmin edilməsi fonunda digər regionların sürətli inkişafını aydın görürük: “Bu fikri böyük inamla qeyd edirik ki, hazırda nəinki paytaxt Bakı, eləcə də bölgələrimiz dünyanın diqqətindədir, onların malik olduqları potensial imkanlar əməkdaşlıq üçün əlverişli şərait yaradır”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ