şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanda multikultural mühitin yaranmasında siyasi partiya və vətəndaş cəmiyyətinin də böyük payı var...

Image


Əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əminamanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı müstəqil Azərbaycan Respublikası müxtəlif sivilizasiyaların qovuşduğu ölkə olaraq tanınır.

Tarixə ekskursiya etsək görərik ki, multikulturalizm və tolerantlıq tarixən soydaşlarımızın həyat tərzi olub. Fəxrlə deyə bilərik ki, bu gün multikulturalizm milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

  • İstənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəslənməlidir

Demokratiya cəmiyyətdə siyasi təşkilatların xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Daha doğrusu, demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli cəmiyyətdə, demokratik sosial mühitdə isə plüralizm yaranır. Təsadüfi deyil ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalq hesab olunur və siyasi təşkilatlar onun idarə olunmasında iştirak edir. Nəzərə almaq lazımdır ki, demokratik cəmiyyət əsas partiya və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir. Etiraf edilməlidir ki, Azərbaycanda siyasi plüralizm daha çox  müstəqillik dövrünə təsadüf edir. Yeri gəlmişkən qeyd edək ki, siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət  bəsləməlidir. Tolerantlığın əlifbası məhz bu yanaşmadan başlayır.

  • Siyasi institutlar dövlətimizin sahib çıxdığı dəyərlərə uyğun fəaliyyəti daha məqsədəuyğun hesab edir

Totalitar cəmiyyət isə bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyil. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.  Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir. Onun formalaşmasında ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük rolu var. Çünki siyasi institutlar dövlətimizin sahib çıxdığı dəyərlərə uyğun fəaliyyəti daha məqəsədəuyğun hesab edir.

  • Vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu gedişində totalitarizm ləğv olunub, siyasi plüralizm, çoxpartiyalılıq, demokratik hüquq və azadlıqlar bərqərar olub, dövlət idarəçilik sistemində ciddi dəyişikliklər baş verib. Həqiqi vətəndaş cəmiyyəti dəyərlərinin kütləvi şəkildə ənənəvi-etik normalarla əvəzlənməsi və bazar iqtisadiyyatı haqqında primitiv təsəvvürlər özünü göstərməkdədir. Bu baxımdan hazırda cəmiyyət, dövlət və fərdlərin qarşılıqlı münasibətlərini öyrənən etik nəzəriyyələr elm və ideologiyanın məcmusu şəklində çıxış edir. Vaxtilə sosialist ideologiyası sovet cəmiyyətində dövlət ideologiyası hesab olunurdu. Müasir dövrdə cəmiyyətin müxtəlif sosial qrup və təbəqələrinin müxtəlif siyasi partiya, hərəkat, cəbhələrin spesifik maraqlarını əks etdirən proqram və modellər kimi irəli sürülən etik nəzəriyyələrə də təsadüf olunur. Buradan da cəmiyyət və onun həyatı haqqında müxtəlif qrup və təbəqələrin təsəvvürünü əks etdirən ideoloji, nəzəri plüralizm meydana gəlir.

Qeyd edək ki, tədqiqatçılar vətəndaş cəmiyyətini demokratiya forması kimi təqdim edirlər. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur. Vətəndaş cəmiyyətinin formalaşması və mövcudluğu milli xarakterdən asılıdır. Bəzən fəlsəfi ədəbiyyatda vətəndaş cəmiyyətini qeyri-siyasi münasibətlər sahəsinə aid edirlər. Vətəndaş cəmiyyətini "xüsusi həyat", xüsusi həyat sahəsi və insanların maraq sahəsi, insanların müstəqil olduqları sahə kimi təqdim ediblər.

Müstəqil, demokratik prinsiplərə söykənən hüquqi dövlət və vətəndaş cəmiyyətinin təşəkkül prosesində mədəniyyətdə mədəni-milli identiklik, mədəni özünəməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir dinamikası qüvvətlənir.

Multikulturalizmlə bağlı siyasət bu və ya digər nəzəri modelin seçilməsini nəzərdə tutmalıdır ki, yalnız bu zaman mədəni müxtəlifliklə əlaqəli vətəndaş cəmiyyətindən bəhs etmək olsun. Çünki qloballaşmanı qəbul etməyən mədəniyyətlər üçün qloballaşma daha dağıdıcı, mədəni rəngarəngliyin şərti ola bilər. Multikulturalizm müxtəlif elmlər qovşağında və yaxud konkret bir elm kontekstində araşdırıla bilər. Şübhəsiz ki, fenomen ideologiya və siyasətdir.

  • Ölkədəki tolerant və multikultural mühitin formalaşması üçün əllərindən gələni əsirgəmirlər

Burada ümummilli dəyərlər irqi və etnik kültürlərə qarşı dövlət siyasətində müqavimət yox, əksinə, mülayimlik və ya dözümlülük göstərməyi tələb edir. Multikulturalizm demək siyasət elminin də obyektidir. Bu politoloji yanaşmada dövlət-hakimiyyət siyasətində vətəndaş cəmiyyətinin tərəfdaş kimi problemin çözülməsində yaxından iştirakını da məqbul edir. İctimai iştirakçılıqla siyasi proseslərin tənzimlənməsi də rəngarəng mədəniyyətlərin siyasiləşməməsi, yalnız mədəni konturlarla nizamlanmasına da kömək etməlidir. Demək bu fenomen sosiumun vacib elementi kimi qorunmalıdır ki, siyasiləşib müxtəlif fəsadlar törətməsin. Bu da bəllidir ki, mədəni birlik və mədəni qurumlar mədəniyyətin sosial həyatının bütün tərəflərini əhatə etməklə bahəm, bəzən siyasi proseslərə də təsir göstərir. Bu baxımdan da Azərbaycanda həm siyasi partiyalar, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri və institutları ölkədə tolerant və multikultural mühitin formalaşması üçün əllərindən gələni əsirgəmirlər.

  • Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir

Azərbaycan Respublikası Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda Azərbaycan multikulturalizminin siyasi əsasları öz əksini tapıb. Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib. Amma bununla yanaşı, öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir.

Ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilib. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Ölkəmizdə multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində möhtəşəm layihələr reallaşdırılıb.

Multikultural dəyərlər ümumbəşəri xarakter daşıdığı üçün hər birimiz ölkəmizdə bu dəyərləri qorumalı və təbliğ etməliyik. Ölkəmizin milli marağına, milli və dini birliyimizə xələl gətirmək istəyənlərə qarşı mübariz olmalıyıq. Xalqımızın tarixdən gələn milli-mənəvi dəyərlərini biz gənclər yaşadaraq gələcək nəsillərə ötürməliyik. Məhz bu səbəbdən də biz dövlətimizin sahib çıxdığı mültikulturalizm və tolerantlıq kimi bəşəri dəyərlərin inkişafında, təbliğində milli mövqeyilə seçilən QHT və siyasi partiyaların fəallığını görürük.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ