Rusiya Qarabağdakı silahlı münaqişənin dayandırılmasında əsas rolu oynayıb. Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şuraya müraciəti zamanı deyib.
O bildirib ki, Rusiya regional münaqişələrin tənzimlənməsində kömək göstərməyə çalışır: "Biz artıq Suriyada vəziyyətin sabitləşməsi, Liviyada dialoqun qurulması üçün çox iş görmüşük. Bildiyiniz kimi, Rusiya Qarabağdakı silahlı münaqişənin dayandırılmasında əsas rolu oynayıb".