"Dağlıq Qarabağda baş verdiyi kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmadığı zamanı qanunlar tətbiq edilməlidir". "Report"un Fransa bürosu xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında videokonfrans vasitəsilə çıxışı zamanı bildirib.
"Birlikdə qəbul edilmiş qanunlara riayət edilməsi vacibdir. Bu qanunlar sülhə təhlükə yarandığı zaman tətbiq edilməlidir. Bu qanunlara dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilmədiyi zaman tətbiq edilməldir. Dağlıq Qarabağı misal göstərmək olar. Bu zaman Avropa Şurası vacib rol oynamalıdır. Avropa Şurasının bütün İnstitutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər", - o bildirib.