şənbə günü, 03 oktyabr 2026
     

Qarabağda məşhur Amaras məbədi - erməni mifi və real tariximiz...

Image


Xalqımızın milli mədəniyyət tarixi olduqca qədim və zəngindir. Heç şübhəsiz ki, Azərbaycan ərazisində mövcud olan bütün qədim dinlərin, mədəniyyətlərin izlərini özündə yaşadan abidələr var və bu abidələr xalqımızın tarixinin ayrılmaz bir parçasıdır.

Qafqaz Albaniyasının özəyi olan Azərbaycanda erkən xristianlıq dövrünə aid kifayət qədər abidə var ki, onların da hər biri mədəni irsimizin qiymətli örnəkləridir. Azərbaycan mədəniyyətinin ana ocaqlarından biri olan Qarabağda da həm xristianlıq, həm də ondan əvvəlki və sonrakı dövrləri özündə ehtiva edən abidələrimiz, məbədlərimiz, monastırlarımız var. Doğrudur, qədim abidələrimizin böyük əksəriyyəti işğal dövründə erməniləşdirilib, amma bu o demək deyil ki, o abidələr bizim deyil. O abidələr bizimdir və xalqımızın xristian keçmişinin zəngin irsidir.

Çox təəssüflər olsun ki, ermənilər son 30 ildə xristian-alban mədəniyyətinin ayrılmaz parçası olan alban-xristian məbədlərini erməniləşdirməyə cəhdlər ediblər və onları “erməni abidəsi” kimi qələmə verməyə çalışırlar. O da gizlin deyil ki, ermənilər xarici ölkələrdə nəşr edilən jurnallarda da bu barədə silsilə cəfəngiyyatlar yazırlar.   

  • Amaras monastırı “erməni mədəni irsi” deyil…

Hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Amaras monastırı kompleksi də son zamanlar ermənilər tərəfindən saxtalaşdırmaya məruz qalan abidələrdən biridir ki, ermənilər onu da “qədim erməni monastırı” olaraq tanıtmaq istəyirlər.

Məsələ burasındadır ki, Azərbaycan qələbə qazandıqdan sonra ermənilər Amaras məbədi haqqında dünyaya daha çox miflər, nağıllar danışmaqda davam edirlər. Amaras monastırının ermənilərlə, erməniliklə, qriqoriyanlıqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, amma ermənilər reallıq hissini çoxdan unutduqları üçün mifik düşüncələrini hələ də sərgiləyirlər.

Qarabağda, Xocavənddə yerləşən Amaras monastırı xristian alban irsinin ən real nümunələrindən biridir, o “erməni mədəni irsi” deyil. Tarixən bu ərazilərdə ermənilər yaşamayıblar və Amarasın da onlarla bağlılığı yoxdur. 

Tarixçilərin qeyd etdiyinə görə, Amaras Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib. Həmçinin, Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olub. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.

Tarixi mənbələr həm monastırı, həm də onun əsas məbədini Qafqaz Albaniyasının birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirirlər. Vatnan çölündə öldürülməsindən sonra onun cəsədi hələ Maarifçi Qriqori tərəfindən inşa edilmiş monastır kilsəsinə gətirilib və burada sərdabədə (və ya altar altında) dəfn edilib.

  • Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən biri - Amaras…

Xocavənd Rayon İcra hakimiyyətinin rəsmi saytında Amaras məbədi haqqında belə yazılır: “Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində Cütcü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə, IV əsrdə Amarasda ilk xristian məbədi tikilmiş və burada Alban yepiskoplarından biri dəfn edildiyindən, ziyarətgaha çevrilib. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə qalıb. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar etmişlər. Amaras monastır kompleksi IX əsrdə tikilmiş və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilib. Bu kompleks indiki görkəmini XIX əsrdə alıb. Amaras monastırı düzbucaq planlı olub, küncləri dairəvi bürclərlə möhkəmləndirilib. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilib. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılıb. Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilib. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altısütunlu zəng rotondası qoyulub. Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənib. Sadə və aydın memarlıq obrazı olan Amaras monastır kompleksi Qafqaz Albaniyasının - Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılır”.

  • Amaras məbədi erməni qriqoriyan kilsəsinin cənginə necə keçdi?

Ermənilərin Qarabağ torpaqlarına köçürülməsi və onların Azərbaycan torpaqlarında məskunlaşdırılması, sözün əsl mənasında, xalqımızın başına bəlalar gəlməsinə səbəb oldu. Ermənilər özləri ilə Azərbaycan torpaqlarına, xalqına böyük faciələr gətirdilər.

Xristianlığın ilk beşiklərindən olan Qafqaz Albaniyasında xristianlıq yarananda, təşəkkül tapanda bu coğrafiyada hay-erməni deyilən bir toplumun olmadığı bütün dünyaya məlumdur. Tarixi saxtalaşdırmaya rəvac verənlər, erməniləri qara yara kimi Qafqazın canına salanlar, əlbəttə, çox böyük cinayət işləyiblər.    

Məlum olduğu kimi, XIX əsrin II yarısından etibarən Amaras monastırında Şərq ölkələrindən Rusiyaya gedən ticarət karvanları yerləşdirilirdi. Həmin dövrdə monastır geniş torpaq sahələrinə, bağlara, dəyirmanlara və mülklərə sahib idi.

1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsindən sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı erməni qriqoriyan kilsəsinə tabe edilib. Bundan sonra, 1858-ci ildə Şuşa ermənilərinin təşəbbüsü ilə monastırda yenidənqurma və inşaat işləri aparılıb. Bu yenidənqurma-inşaat işləri zamanı abidənin qədim kitabələri məhv edilib. Monastır ərazisindəki stellalardan birinin üzərindəki kitabədən onun 925-ci ilə aid olması müəyyən edilib. 1898-ci ildə kilsənin şimal nefində Müqəddəs Qriqorisin şərəfinə Mikel Ter-İsraelyan tərəfindən hazırlanmış məzar daşı yerləşdirilib.

  • “Erməni tərəfin konkret olaraq Amaras monastırına iddiaları...”

Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilərin Amaras məbədinə qarşı iddiası əsassızdır və Amaras alban xristian mədəniyyətinin ayrılmaz parçasıdır. “Erməni tərəfin konkret olaraq Amaras monastırına iddiaları nəyə görə bu qədər güclüdür? Ona görə ki, Amaras alban patriarxiası ən qədimlərdən biridir. Ehtimallara görə, məbədən ilk binaları 4-cü, 5-ci əsrlərdə inşa edilib. Düzdür, tam olaraq müasir dövrümüzə çatmayıb. Çünki sonradan dəfələrlə kiçildilib, rekonstruksiya olunub. Bizim dildə Amarasa Ağoğlan deyirlər. Nəyə görə? Bu da səbəbsiz deyil, bizim əfsanələrdə də, folklorumuzda da ağ atlı oğlan, ağ oğlan obrazları əks olunub. Ermənilərin “Qriqori” dediyi (Qriqorinin nəvəsi müqəddəs Qriqorisdir) Pəhləvi nəslindən olan Qriqori (ermənilər ona maarifçi Qriqori deyirlər) xristianlığı bizim regiona gətirib. Ermənilərin də iddia etdiyinə görə, onlar xristianlığı Qriqoridən alıb. Bu həmin maarifçi Qriqorinin nəvəsi Qriqoris xristianlığı yaymaq məqsədilə Azərbaycan ərazisinə, Xəzəryanı bölgələrə gəlib və yerli xalqları xristian dininə dəvət edib, burada işləri uğurlu olub. Sonra Dərbəndə gedib və Dərbənd ətrafında azərbaycanlıların kəndi olan indiki Nuqdi kəndində oraya yeni din gətirdiyi və dinlərinə zərər vurduğu üçün yerli hökmdar tərəfindən edam edilib... Həmin Ağoğlanın - müqəddəs Qriqorisin cəsədi Xocavənd rayonunda yerləşən Amaras kilsəsinə gətirilib və burada dəfn olunub. Bu hadisə birbaşa bizim xalqımızın tarixi ilə bağlıdır, bizim mədəniyyət tariximizin bir parçasıdır. Hətta erməni iddialarını dağıtmaq üçün biz rus mənbələrinə istinad edə bilərik. Çar Rusiyası Qafqaza gələndən sonra rəsmi sənədlərdə, təhvil-təslim aktlarında kilsələr haqqında dolğun məlumat verilib”.

  • “Həmin sənədlərdə çox dəqiq qeyd edilib ki, Amaras qədim alban kilsəsidir”

R.Hüseynovun sözlərinə görə, həmin sənədlərdə Azərbaycanın Xocavənd rayonunda yerləşən Amaras kilsəsi haqqında da ətraflı məlumat əksini tapıb: “Həmin sənədlərdə çox dəqiq qeyd edilib ki, Amaras qədim alban kilsəsidir, albanlarındır və bu monastırın ermənilərə heç bir aidiyyəti yoxdur”.

R.Hüseynovun sözlərinə görə, XIX əsrdə İran, Türkiyə və digər ölkələrdən ərazilərimizə köçürülən ermənilər xristianlıq dini baxımından o abidəyə də sahiblənməyə çalışıblar: “Amma nə tarix, nə də mədəniyyət baxımından Amarasın - Ağoğlan kilsəsinin ermənilərə heç bir adiyyəti yoxdur. İndi də Amaras kilsəsi ya neytral əraziyə düşür, ya da birbaşa ona nəzarət Azərbaycan tərəfdədir. Təbii, həmin yer həm Rusiya sülhməramlıları, həm də Azərbaycan tərəfdən nəzarətdədir. Mən özüm də şəxsən belə təkliflə çıxış etmişəm ki, Azərbaycan o əraziyə tam olaraq nəzarəti bərpa etsin, yoxsa bu gedişlə erməni tərəfi hər dəfə rus sülhməramlılarının dəstəyilə o kilsəyə gedir və yavaş-yavaş onu özlərininki kimi qələmə verməyə başlayır. Dediyim kimi, baxmayaraq ki, belədir, amma ermənilərə bundan sonra qətiyyən imkan vermək olmaz” - deyə R.Hüseynov qeyd etdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ