şənbə günü, 03 oktyabr 2026
     

A MOLLALAR, MƏNİ NİYƏ DÖYÜRSÜNÜZ? – Yaxud sosial medianın “Yarməmməd”ləri

Image


Adətən bunu fəxrlə, bəzən isə nə gizlədək, qəribə bir təəccüblə söyləyirik ki, bizim üçün böyük Mirzə Cəlil, Üzeyir bəy, Sabir, o biri Kişilər həmişə klassik olduqları qədər də müasirdirlər. Niyə? Çünki onların bir əsr əvvəl yazdıqları, söylədikləri bu gün də aktualdır, günümüzün obyektiv gerçəklikləri, sərt reallıqları ilə qibtəediləcək dəqiqliklə, daha doğrusu, təəssüf ediləcək dəqiqliklə, yüzdə-yüz üst-üstə düşür. Bəlkə də burada bir qəribəlik axtarmağa lüzum da yoxdur, çünki dəyişən yalnızca zəmanədir, bizsə elə həminkiyik, həmişəkiyik, nə idiksə, oyuq. Çuxanı kostyuma, çarığı ayaqqabıya, börkü “panama”ya dəyişsək də, onillər öncə necə varıydıqsa, eləcə də qalmışıq.

Niyə durduğumuz yerdə keçmişi yada saldıq?! Günümüzün istər ənənəvi, istərsə də internet mediasını “vərəqləyəndə” adını çəkdiyim və çəkmədiyim Kişilərin yazdıqları yada düşür, yaratdıqları tiplər göz önündə cərgələnir.

Mirzə Cəlil nə istəyirdi? Onu “döyənləri” heç məhkəməyə, pristava da şikayət eləmirdi. Eləcə deyirdi ki, a mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? ... Hərçənd ki, siz də mollasınız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var.

Bəli, Mirzə Cəlil də, Sabir də, o birilər də bu millətə irfan, maarif işığı bəxş etdiklərinə, sözləri ilə dümsükləyib qəflət yuxusundan ayıltmağa çalışdıqlarına görə nadan və cahillərin tənqidinə tuş gəlirdilər.

Günümüzdə belələri yoxdurmu? Var, özü də bir ambar – işbilməzlər, qəlbiqaralar, içixıltlılar, özgə gözündə tir axtaranlar, ətrafdakı yaxşını, ağı, işığı, inkişafı, yanındakının uğurunu sinirə bilməyənlər!...

Neyniyirlər? – Öndə gedənlərin cərgəsinə can atmaq, faydalı bir işin qulpundan yapışmaq, yaxşı bir işə çiyin vermək, uğura sevinmək, qaranlığı aydınlatmaq əvəzinə, yazırlar, Hövsan aerasiya stansiyasının “ətrini” verən təhqir, təhniz, latayır, şər-böhtan yağdırırlar. Lap o “mənim olmayan, viranə qalsın” məsəlindəki kimi.

Nədən yazırlar? – Narazı qaldıqları, əllərinin çatmadığı hər şeydən!

Kimdən yazırlar? – Ortabab məmurundan tutmuş ən başda qərar tutanına qədər hamıdan!

Kim yazır? – iki eşşəyin arpasını bölə bilməyəndən başlamış ta ki aliminədək!

Özü də indi yaxşıdı, çox rahatdı, imzanı gizlətməyə, xətti dəyişməyə, uşağa yazdırmağa ehtiyac yoxdur; yum gözünü, aç ağzını, kimdən istəyirsən, necə istəyirsən, yaz, döşə, biabır elə. Heç Rza bəyin “cəridə”sinə də ehtiyac yoxdur. İnternetin canı sağ olsun, “feysbuk”-filan var.

İnformasiya texnologiyalarının inkişafının məhsulu olan sosial messencerlərin həyatımıza girməsi isə “samizdat” xiridarları üçün lap göydəndüşmə oldu. Sübh tezdən şalvarını əyninə keçirməmiş aç, tutaq ki, “feysbuk”u, min alaşa atını və çap köndələninə; ifraz elə içindəki hikkəni, yalan-böhtanı, çirkinliyi... onsuz da bu seqmentin kommunxozu-zadı da yoxdu ki, tökdüyün möhtəviyyatı süpürüb atsın.

Mövzu da ki, boldur. Çox uzağa getməyək, götürək elə bəzi “klaviatura qəhrəmanları”nın yazmaqdan çürüyünü çıxartdıqları Ali Attestasiya Komissiyası mövzusunu. Bəli, son vaxtlar mediologiyanın “vətəndaş jurnalistikası” adlandırdığı seqmentdə – sosial şəbəkədə AAK-la bağlı müxtəlif fikirlər səsləndirilir, onun fəaliyyəti, yaxud fəaliyyətsizliyi barədə “dürlü-dürlü” rəylər bildirilir, haqlı yaxud ədalətsiz qənaətlər tirajlanır.

Həzərat, desək ki, bu, ölkə gündəmini zəbt etmiş, ictimai auditoriyanın dilindən düşməyən, ölkənin iqtisadi-siyasi, sosiomədəni, humanitar inkişafının vazkeçilməz, təməl mövzusudur, bilmərrə yox!

Bəli, lazımdır, vacibdir, yüzlərlə tədqiqatçı, alim gözünü bu qurumun “iki dodağının” arasından çıxacaq sözə dikib.

Bəli, bu sahədə əməlli-başlı “intizar” problemi də yaşandı. Ancaq zərurət idi! Ölkə həyatının bütün tərəflərini, seqmentlərini ağuşuna almış islahat dalğası bu təşkilatdan yanmı keçməli idi? Məgər həmin binanın divarları arasında hansı korrupsiyanın, bürokratiyanın, dəstəbazlığın, ədalətsizliyin “qıy vurub, qanad saldığını” bilən yoxdumu? Heç şübhəsiz, bəzi-para ağzını “allah yoluna” qoyanlar var ki, bəlkə də onların işinə, bazarına yarıyırmış o cür dərəbəylik.

Ancaq bu gün həmin qurumu “gözünü yumub, ağzını açmaq” prinsipi ilə tənqid etmək, Rza bəy sayağı “dədələrinə od vurdum” əxlaqı ilə dilə-dişə salmaq, mənasız və auditoriyasız müzakirələrə mövzu pərçimləmək çirkin bir qərəzdən, məkrli oyunlardan xəbər verir.

Söhbətin istiqamətini niyə AAK mövzusuna yönəltdik?! Bu yaxınlarda sırf təsadüf nəticəsində “facebook”da bir nəfərin bəhsi gedən qurumla bağlı statusunu gördüm. Diqqətimi çəkdi və başladım “FB şəcərə”sini vərəqləməyə. Adamın rəsmi bir “AAKşünas” olduğu üzə çıxdı. Nəsrlə yazıb, nəzmə çəkib, ürəyi soyumayıb özünü həcvdə sınayıb, bəs eləməyib, “açıq məktub” ünvanlayıb. Kəsəsi, elə bil qədim yunanlar epistolyar janrı məhz bu “yuzer” üçün icad edibmişlər.

Maraqlandım, adam sıradan biri, diplomu gecikən zavallı, yaxud işi qaytarılmış hansısa narazı birisi olsa idi, bəlkə də yeri vardı, düşünərdin ki, bəs acıqlıdır, neynəsin, o da ürəyini bu cür boşaldır. Heyhat, adam qosqoca professor, alim, müəllim, keçmiş ittifaqın nüfuzlu bir ali məktəbinin məzunu, sahəsi üzrə nadir mütəxəssislərdən biri idi – Həbib Zərbalıyev!

Görünəni budur ki, hörmətli professor öz “FB” səhifəsini artilleriya batareyasına çevirib və dayanmadan AAK-ın mövqelərinə yaylım atəşi açır. Hədəfsə nə elmdir, nə də müdafiə gözləyən tədqiqatçılar, birbaşa qurumun sədri professor Famil Mustafayevdir. Statusların üslubu, müraciətin forması, atmacalardakı ədviyyatın tündlüyü, təhkiyədəki laüba və s. bunu sübut edir. Maraqlıdır, niyə, nə üçün? AAK sədri nə yeyib, nə içib ona verməyib ki, bu söz “kanonir”inin qəzəbinə tuş gəlib? Və ümumiyyətlə, nə isə verməlidirmi? Belə bir öhdəliyi varmı?

Biz Həbib Zərbalıyevin “FB” yaradıcılığının məhz Ali Attestasiya Komissiyası ilə bağlı “qol”u ilə yaxından tanış olduq. Dörd onilliyə yaxın peşəkar mətbuat təcrübəsi olan birisi kimi cəsarətlə söyləyə bilərəm ki, yazdıqları birə-bir müasir medianın bədxassəli şişinə çevrilmiş “reket jurnalistika”sı təsnifatına uyğun gəlir. Hər sətirdən qərəz, təmənna, qane edilməmiş tələb püskürür və püskürdükcə də adamın içindəki xıltı, pası, çürüyü qovub bayıra çıxarır. Dilçi alimin dilin mənfi enerjisi və leksik “xəzinəsi” ilə silahlanıb “vizavi”sinə saldırmasını, sözün qəhrini çəkəcək, urvatını, abır-həyasını qoruyacaq birisinin “söz hərəkəti qaydalarını” pozaraq “avtoş”luq eləməsini müşahidə etmək həqiqətən utancvericidir. Görəsən, hardandır bu müştəbehlik, kim verib ona bu ixtiyarı, bu səlahiyyəti? Hədəf seçdiyi şəxsin mədəniyyəti, ziyalılığı, həlimliyimi? Bunca etikadan kənar ifadə və replikaları, ürəkbulandıran atmacaları, hərzə-hədyan ifadələri nəinki alim, professor, ziyalı, heç “tolkuçka” alverçisi belə özünə yaraşdırmazdı. Amma Zərbalıyev yaraşdırır. Zərbəni zərbə dalınca endirir.

Bəs umacağı, qarnının ağrısı nədir, adamın? Yazdıqlarına inansaq, fədaidir, elmin “Danko”sudur, yanar ürəyini məşəl edib AAK-ın guya tədqiqatçıların üzünə bağladığı yolları işıqlandırmaqla məşğuldur. Bu yolla özünə həmfikir axtarır, bəlkə də qolunu gücləndirmək, AAK-ı daha “effektiv” üsullarla yola gətirmək məqsədilə gənc tədqiqatçıların çarəsiz durumundan sui-istifadə etməyə, ətrafına narazı “elektorat” toplamağa çalışır.

Mübahisə etmirik; professorun AAK-ın Əsasnaməsindəki bəzi müddəalarla, texniki məqamlarla bağlı söylədiyi fikirlərin bir qismi konstruktiv sayıla bilər, hətta bölüşürük də. Lakin həmin faydalı irad və tövsiyələrini ifadə edərkən belə müəllif tendensiyalı olduğunu gizlədə bilmir. Məsələn, bu il martın 17-də bir il əvvəl uzaq İndoneziyada qələmə aldığı uzun bir statusu – Açıq məktubu təkrar paylaşıb. Anlaşılan odur ki, Telman, Muğan, Rövşən isimli bir neçə alim AAK-ın fəaliyyəti ilə bağlı müsbət bir yazı yazıb və bu da onlara cavab verir: təbiri caizsə, “neprav” çıxarır, düz yolla yürümədiklərini söyləyir, “həyatı başa salır”, “likbez” dərsi keçir, hətta arada bir “düdəmeyi-hindi” gəlməkdən də özünü saxlaya bilmir. Hətta müəlliflərdən birini az qala şantaj da edir: “Sizin əsərlərinizə edilmiş (yaxud edilməmiş) istinadlarla bağlı internetdə apardığım axtarışlar isə heç bir nəticə vermədi”. Soruşan gərək ki, atam-qardaşım, məgər bu AAK mövzusu əmtəə-zaddır ki, inhisara alıb heç kimə fikrini yazmağa mafar verməyəsən?! Olmaya sən elmin “OBXSS”-i-zadısan ki, camaatın elmi fəaliyyətini ələkdən keçirəsən?

Allah-allah! Adamda özgüvənin olması pis şey deyil də, amma bu qədər ambisiya, “mənəm”lik səhhətə də ziyandır!

Ən pisi isə odur ki, sən demə, Həbib Zərbəliyev dava döydüyü AAK sədri ilə el-obalı imiş: “...bizim oxuduğumuz iki qonşu məktəbin...” Neynək, anlaşılandır! Əsil xain qonşuya, paxıl məktəb yoldaşına xas davranışdır – ellisinin uğuruna sevinmək, təəssübünü çəkmək əvəzinə, üstünə “çəllək dığırlatmaq”, badalaq gəlmək!

Etiraf edim, media təsərrüfatında ilk növbədə öz həmyerlilərindən hərzə-hədyan yazan jurnalistlərin bu əcaib hərəkəti məni həmişə təəccübləndirib. Səbəbini soruşanda da cavabları bu olub ki, əşşi, öz yerlimizdi, məhkəməyə-zada vermiyəcək ha! Təbii ki, bu cür kəmfürsətliyin, nadürüstlüyün arxasında gizlənən əsas məqsəd, bir qayda olaraq, andıra qalmış maraq, lənətə gəlmiş “gödən” davası olub.

Qəribədir, bir neçə min kilometr uzaqda yerləşən bir ölkədə belə Zərbalıyevə havanı, suyu, istirahəti haram eləyib, yerinə qor salan, yuxusunu ərşə çəkən aqressiyanın səbəbi nədir ki, qollarını çırmayıb girişib “FB”-yə, “Nə yemisən? - Turşulu aş! – döşəyir AAK-ın keçmiş rəhbərlikdən miras qalmış problemlərin ağırlığından təzə-təzə düzələn qəddinə.

Adamın Allahı olar, axı, Ali Attestasiya Komissiyası hələ heç “bismillah” eləyib düz-əməlli işə başlamayıb da ki, haqqında nələrisə iddia edə biləsən. Bir də ki, görünəni odur ki, daha əvvəlki “təşti-tabaq sınıb”, bazar bağlanıb, qapısına da yepyekə bir “İstanbul qıfılı” vurulub.

Professor yazır ki, “çıxışın mənə göndərilmiş fraqmentlərindən”... Belə bəlli olur ki, kimlərsə uzaq İndoneziyada da adama rahat oturmağa mafar vermir, təzə-tər “komplo”larla təchiz edir. Sanki bütöv bir şəbəkə qurulub, sindikat fəaliyyətdədir.

Evrika! Bəlkə “Zərbəliyev & K0”-nı rəncidə salan da elə budur – AAK-ın indiki fəaliyyətindəki şəffaflıq, ciddilik, məsuliyyət, ədalət, elmi etika, prinsipiallıq və s.?!

Məhz müraciət icabı, hörmətli professorun yaxınlarda qələmə aldığı təzə-tər opuslardan biri “Nağıl timsallı Ali Attestasiya Komissiyası” adlanır. Bəli-bəli, təəccüblənməyin, adamın AAK-la bağlı fundamental yaradıcılığı artıq multiddissiplinar xarakter alıb, şifahi xalq ədəbiyyatının janrları ilə də zənginləşib: bayatı var, ağı var, nanay, tapmaca, artıq nağıl da var, çox keçməz holavar, düzgü, tapmaca, dastan da yazar.

Gələk nağıla. Oxucularına “Cırtdan” nağılı danışan filoloq-alim Mirzə Cəlilin Novruzəlisindən, “İtqapan” kəndindən, “mina xəritəsi”ndən”, “maska”dan, “... alim olmaq istəyənlər ordusunun da Famil Müstafayevin onların yolunda basdırdığı "mina"ları "dron"larla partladıb AAK-yə elm bayrağını sancmaq fikrində” olduqlarından bir növ alleqorik şəkildə bəhs edir. Hətta arada, “Görək F.Mustafayevin zavodu (onun şəxsi zavodunu demirəm, elmə qarşı silah istehsal edən zavodunu nəzərdə tuturam) ...” kimi bir cümlə quraraq mövzuya dəxli olmayan mətləblərə sapand atır. Artıq bunun adı hər nədirsə, alimlik, ziyalılıq, obyektivlik deyil. Bir başqasının dilindən çıxsa idi, deyərdik ki, tərbiyəsizlikdir, mərifətsizlikdir, fatmanisəxalalıqdır, işgüzar nüfuza xələl gətirməkdir, nəhayət, kişiliyə yaraşmayan sifətdir! Zira, kişi olan kəs sübut edə bilməyəcəyi sözü qələt eliyib ağzına almaz.

Və nəhayət, ağlınca hamını qabağına qoyub dərs keçən müəllim nağıllara belə mehr salıbsa, bilməli idi ki, Cırtdanın nənəsi uşaqlara qovurğa verməmişdi, yağ yaxmacı vermişdi, yəni dürmək. Yox, bir popkorn, qamburger!

Yaxud müdafiəqabağı elmi seminardan AAK sədrinin təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı mühakimə nə qədər obyektivdir, nə qədər ağlabatandır? Bu nə xəstə təxəyyüldür, idbar zehniyyətdir, zərərli propaqandadır?!

Zərbalıyev yazır: “Famil Mustafayevin bircə eyhamı ilə bu doktorlardan biri, yaxud ikisi müxtəlif bəhanələrlə seminarın iclasına gəlmir. Bundan sonra iddiaçının qara günləri başlayır. ... bu, Famil Mustafayevin iddiaçılara qurduğu tələdir və onunla əlbir olan müəssisə rəhbərlərinin də işinə yarayır. Eyni hal dissertasiyaların müzakirəsini keçirən şuralarda da təkrar olunacaqdır”.

İnanmağı belə dəhşətlidir, ağlasığmazdır ki, bu cür sərsəm, reallıqla heç bir əlaqəsi olmayan, elmi ictimaiyyət arasında düşmənçilik, təfriqəçilik toxumu səpməyə hesablanmış zərərli fikirlər bir alimin, müəllimin, yaşlı-başlı adamın beynindən çıxır. Məgər ali məktəb və elmi-tədqiqat institutlarındakı çeminar, yaxud müdafiələri Famil Mustafayevmi təşkil edir? Yaxından-uzaqdan əlaqəsi belə yoxdur! Bu iş elmi müəssisələrin öz səlahiyyətindədir. Məgər AAK sədri müdafiə gözləyən yüzlərlə iddiaçının düşmənidirmi? Axı, niyə görə hamı birləşib müdafiə ərəfəsində olan iddiaçılara “badalaq gəlir”, bircə Həbib Zərbalıyev, əstağfirullah, Xızır peyğəmbər misalı, yetişib kömək etmək istəyir?!

Həbib Zərbalıyev və onun AAK mövzusunu saqqıza çevirmiş digər “AAKşünas” qələm yoldaşı, o da dilçi-professor İdris Abbasov elmi seminar və müdafiə mərhələlərinin texniki prosedurlarından bəhs edərkən unudurlar ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, eləcə də “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” AAK sədri Famil Mustafayev tərəfindən deyil, Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Qavramaq və dərk etməklə bağlı problemləri olan adamlar üçün kiçik bir izahat verək ki, həmin normativ sənədin altında ölkə Prezidenti cənab İlham Əliyevin imzası durur. Yaxşı, siz təvazökarlıq barədə bütün etik anlayışları görməzdən gəlib özünüzü Famil Mustafayevdən ağıllı saya bilərsiniz, əcəba, ölkə başçısındandamı?

Hə, bir də unutmamış, soruşa bilərsiniz ki, bu “Yarməmməd” söhbəti nə idi, atmısınız ortaya? Mirzə İbrahimovun “Böyük dayaq” romanı yadınızda olar. Ən azından filmini görmüsünüz. Yastı Salmanın, Kələntər lələşin fitvası ilə kolxoz sədri Rüstəm kişinin haqqında donosu donosa calayan Yarməmməd ifşa olunanda “raykom” katibinə “yazıçılığının” səbəbini belə izah edir: “Azarım var, yoldaş Aslan, yazmasam dura bilmirəm. Hərənin bir azarı olan kimi, mənim də var. Biri çaxır içir, biri qumar oynayır, o biri arvad ölüsüdür, mənimki də budur. Əlim geyişir: eşitdiyimi yazıb göndərirəm üzü yuxarı. Qoy yuxarılar yoxlasın, düz çıxar yaxşı, düz çıxmaz canınız sağ olsun. Kimdən nə gedir ki...”

Bəli, bu gün Azərbaycan elminin təmizliyinin, “milli maraqlarının” keşiyində duran Ali Attestasiya Komissiyasından yazanların məqsədi kimlərəsə kömək etmək deyil, əsla, fəaliyyətini yeni qayda və prinsiplər əsasında qurmuş bu quruma çirkab atmaqdır, ətrafında mənfi rəy yaratmaqdır. Unudurlar ki, inqilabları avantüristlər edir, hakimiyyətəsə bir qayda olaraq “ələkçinin qıl verənləri” yiyələnirlər.

P.S. Sonda maraqlı, həm də ibrətamiz bir məqama toxunmaq istərdik. Həbib Zərbalıyev AAK-la bağlı “əsərlərindən” birində riyaziyyatdan misal gətirərək yazır: “Pifaqor “4” sayını ilk kvadrat (2-nin kvadratı), ədalət simvolu kimi qəbul edirdi”. Və bir dəxilsiz remarkadan sonra həmin fikri rusca da ifadə edir: «Cогласно Пифагору, 4 – это справедливость, это первый квадрат, воздаяние равным за равное».

Biz böyük riyaziyyat alimi Əl-Xarəzmidən misal gətirəcəyik. İnsanın dəyəri ilə bağlı suala o belə cavab verir: “Əgər insanın əxlaqı varsa, bu, 1 rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, 1-in yanına sıfır da artır = 10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır = 100; əgər insan həm də əsil-nəcabətlidirsə, daha bir sıfır artır = 1000. Alınan rəqəmdən 1 (yəni, əxlaq) getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq. Deməli, hər şey insanın əxlaqından asılıdır”.

Həyatda da, elmdə də, yaradıcılıqda da əxlaq birinci şərtdir!

O ki, qaldı rusca tərcüməsinə, yaxşısı budur, “Leninin dilində” fransız yazıçısı Anatol Fransa aid bir müdrik kəlamı səsləndirim: «Дьявол столь необходим святым, как и Бог, ибо без искушений и соблазнов их жизнь была бы лишена всякой заслуги».

Xalid NİYAZOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ