şənbə günü, 03 oktyabr 2026
     

Qarabağdakı Amaras məbədinə erməni iddiaları və Azərbaycanın dini-tarixi irsi... - FOTO

Image


Azərbaycanın maddi-mədəni, dini tarixi irsinə qarşı ermənilərin əsassız iddiaları səngimək bilmir, onlar hər gün meydana yeni bir sərsəm, heç bir əsası olmayan cəfəngiyyatlar atırlar. Müharibədə uduzduqdan sonra tarixi irs oğruları daha da quduzlaşıblar.

Qarabağda Azərbaycan xalqına aid alban-xristian abidələrinə, monastırlara, kilsələrə “erməni irsi” donu geydirməkdə davam edən ermənilər Kəlbəcərdəki Xudavəng monastırından sonra indi də Xocavənd ərazisində yerləşən və Qafqaz Albaniyası dövründən miras qalan, xristian-alban monastırı olan Amaras məbədinə iddia edirlər. Hətta o qədər quduzlaşıblar ki, onu beynəlxalq aləmə qədim “erməni irsi” kimi də təqdim edirlər.

Dəmir yumruğumuzla məhv edilmiş qondarma “Artsax”ın hələ də özünü “insan haqları üzrə müvəkkili” sayan Qeqam Stepanyan Beynəlxalq Mədəniyyət Günü münasibətilə Amaras monastırından dünyaya müraciət edib. O, öz şəxsi “Facebook” səhifəsində əsassız iddialar üzərində qurulan müraciətinin mətnini yerləşdirib. Separatçı dəstənin üzvü Stepanyan Amarasın “çoxəsrlik erməni irsi” olduğu barədə ağ yalanı ilə dünyanın başını qatmağa çalışıb və  “erməni irsi”ni qorumağı tələb edib.

  • “Bütün beynəlxalq sənədlərdə, bütün göstəricilərdə Amarasın Azərbaycan ərazisi olan Xocavənddə yerləşdiyi göstərilir”

Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılov baki-xeber.com-a bildirdi ki, Amaras məbədinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Amaras haqqında məlumat verən F.İsmayılovun sözlərinə görə, monastır kompleksi yeraltı hissədən, yaşayış və təsərrüfat tikililərindən və daşdan tikilmiş qala divarından ibarətdir. Plan baxımından məbəd düzbucaqlıdır (14x23 metr). Məbədin daxili sıra ilə iki-iki yerləşmiş dördnaxışlı sütunla üç nefə ayrılıb. “Məbədin ön hissəsi yaxşıca cilalanmış daş bloklarla üzlənib. Abidənin damı qoşaçatılıdır. Məbədin qərb hissəsində çadır örtüklü, altısütunlu kiçik zəng qülləciyi var. Monastırın həyəti iki qismə ayrılıb. Birinci hissədə (13x44 metr) təsərrüfat binaları və tövlələr yerləşir. İkinci həyətdə (44x55 metr) məbəd və onun ətrafında yaşayış tikililəri mövcuddur. Bu tikili Albaniya bazilikalarının yeni tipinin formalaşdığını göstərir. Bazilikanın ətrafında dördbucaq formalı 4 cinah qülləsi olan qala divarı tikilib. Amaras monastırı Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biridir. Bu monastırın özəlliyi ondan ibarət olub ki, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib. Həmçinin, Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olub. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir. Məbədin planı, IV əsrə aid qədim məbədin planını kiçik əlavələrlə təkrar edən X əsrə aid məbədin xüsusiyyətlərini saxlayıb. Belə olduğu halda, arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir”.

F.İsmayılovun sözlərinə görə, 1992-ci ildən Ermənistanın işğalı altında qalan bu abidə də erməni saxtakarlığı öz izini qoyub. 2000-ci ildə ermənilər təmir etmək bəhanəsi ilə abidənin memarlıq quruluşunda dəyişiklik etdilər. “Belə ki, abidənin üst yazıları dəyişdirildi, monastırın daxilindəki qəbir daşları yenilədilər. Abidənin ermənilərə   məxsusluğu barədə bir neçə yazılı daş və albanlara aid olmayan xaç nümunələri divarlara yerləşdirildi. İşğal altındakı abidələrin təmir edilməsi beynəlxalq hüquq və Cenevrə Konvensiyasının müvafiq müddəaları ilə ziddiyyət təşkil edir. Abidənin üzərində tətbiq edilən bu cinayət əməli elə ermənilərin özləri tərəfindən, yəni Ermənistanın məşhur “NEWS.am” saytında mütəmadi olaraq nümayiş etdirilir” - deyə qeyd edən F.İsmayılovun bildirdiyinə görə, son 30 ildə ermənilər bizim mədəni irsimizə öz “hüquqlarını tətbiq etməklə” o ərazilərdəki mədəni irsimizdən təcrid etmək siyasəti yürüdürlər. “Bunu uzun illərdir davam etdirirlər. Bu “ombudsman”ın niyyəti də, müraciəti də ona yönəlib ki, 44 günlük müharibədə qələbə qazanan Azərbaycana qarşı hansısa zərərli kampaniya aparılmasına, ziyanlı rəy yaradılmasına nail olunsun. Amma məsələ bundadır ki, “ombudsman”ın bu müraciətinin heç bir əsası yoxdur, bütün tarixi faktlar Amarasın da, digər alban xristian irsinə aid olan abidələrin də Azərbaycana məxsus olduğunu təsdiqləyir. Bütün beynəlxalq sənədlərdə, bütün göstəricilərdə Amarasın Azərbaycanın sərhədləri daxilində, Azərbaycan ərazisi olan Xocavənddə yerləşdiyi göstərilir. Amma burada bizim özümüzün çox böyük günahlarımız olub. Amarasın Azərbaycanın tarixi irsi olduğu danılmazdır, separatçının müraciəti əsassızdır. Bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Siz son 28 ildə heç eşitmişdinizmi ki, bizim ombudsman Qarabağın Azərbaycan irsi ilə bağlı hansısa bir məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırsın və beynəlxalq təşkilatlara, beynəlxalq aləmə müraciət etsin. Bizim ombudsman bu məsələni qaldırmayıb. Bu da onu göstərir ki, bizim ideoloji təbliğat məsələsində zəifliyimiz olub və bu təbliğat məsələsində ermənilərin aktivliyi nəzərə çarpıb. Ayın 15-də Fransada “Cənubi Qafqazın mədəni dəyərlərini qoruyaq” adlı simpozium keçirilirdi. Həmin simpoziuma mən də dəvət almışdım. Yəni burada istər ermənilər, istərsə də fransızlar, demək olar ki, Azərbaycan ərazilərinə müdaxilə edir, məhv edilmiş qondarma “Artsax respublikası” haqda danışırdılar, Qarabağ ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunmasını vurğulayırdılar. Düzdür, aprelin 16-da Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə həmin tədbirin təşkilatçılarına etiraz məktubu göndərdi. Yəni indinin özündə belə bizim bəzi dövlət məmurları beynəlxalq tədbirlərdə ötkəm danışa bilmirlər. Onların bəziləri azad edilmiş ərazilərimizdəki tarix-mədəniyyət abidələrinin sayını belə göstərməkdən çəkinirlər. Bu nədən irəli gəlir, anlamıram, bilmirəm” - deyə F.İsmayılov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ