Cümə axşamı günü, 10 iyul 2025
     

Azərbaycanın azad edilmiş rayonlarla bağlı siyasəti beynəlxalq hədəfləri dəqiq vurur - Ağdam əgər erməni şəhəri idisə...

Image

Azad olunmuş rayon və kəndlərimizin ermənilər tərəfindən vandalcasına dağıdılması, Ağdamda, Füzulidə, başqa rayonlarımızda, yaşayış məntəqələrimizdə daşın daş üstdə qalmaması bütün dünyaya erməni vəhşiliyinin bir görküdür. Azərbaycanın azad edilmiş rayonlarına ən müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar, media mənsubları səfərlər edir, bu acı mənzərəni gözləri ilə görürlər.  

İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli “Twiter” hesabında Ağdamdan şəkillər paylaşıb. “Trend”in məlumatına görə, paylaşımda deyilir: “Mən Ağdamın qalıqlarına səfər edirəm. Sual verirəm: əgər Ermənistan buranı öz ərazisi hesab edirdisə, niyə buranı darmadağın edib?”

Ermənistanin törətdiyi vandalizmə beynəlxalq aləm artıq öz yanaşmasını sərgiləməyə və qiymət verməyə  başlayıb. Azərbaycanın azad edilmiş rayonlarla bağlı yürütdüyü siyasət, gördüyü işlər artıq diqqəti çəkir və siyasətimiz beynəlxalq hədəfləri dəqiq vurur.

  • “Azərbaycan öz hədəfinə çatmaqdadır, bundan sonra digər ölkələrin dövlət rəsmiləri tərəfindən də bu reallıq düzgün qiymətləndiriləcək”

Əslən Ağdamdan olan və Ağdam dəhşətlərini gözləri ilə görüb yaşayan “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hesab edir ki, Azərbaycanın azad edilmiş rayonlarla bağlı siyasəti beynəlxalq aləmdə öz təsirli rolunu oynayır və reaksiyalar yaradır. “Təbii ki, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədrinin bu cür haqlı sualla beynəlxalq aləmə müraciət etməsi Azərbaycanın azad edilmiş ərazilərinin ermənilər tərəfindən dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Komissiya sədrinin bu açıqlaması ermənilər tərəfindən dağıdılaraq, viran edilərək daşı daş üstündə qoyulmayan Ağdamın ermənilər tərəfindən dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılmasından xəbər verir. Biz istərdik ki, nəinki İtaliya Senatı, bütövlükdə, dünyanın aparıcı dövlətləri, Fransa da, Almaniya da, İngiltərə də daxil olmaqla, Avropanın digər ölkələri bu reallığı düzgün qiymətləndirsinlər. Azərbaycan nə istəyir? Azərbaycan heç bir tarixi, heç bir faktı saxtalaşdırmır və eyni zamanda, xaricdən azad edilmiş rayonlara səfər edənlərə heç bir təbliğat aparmır, onlar hər şeyi öz gözləri ilə görürlər. Söhbət bölgəyə səfər edən yüksək vəzifəli şəxslərin, KİV nümayəndələrinin səfərlərindən gedir. Xaricdən gələn yüksək vəzifəli şəxsləri, o cümlədən də KİV-i azad edilmiş rayonlarımıza aparırıq və onlara, sadəcə, faktları göstəririk.   Kimliyindən asılı olmayaraq, hər bir vicdanlı insan bu faktlara düzgün qiymət verir. Fakt budur ki, Ermənistan Ağdamı viran qoyub. Təkcə Ağdamı yox, bütün işğal olunmuş əraziləri darmadağın edib. Biz 30 ildir bu sualı qoyurduq ki, erməni bu torpağın “sahibi” idisə və burada yaşamaq istəyirdisə, onda nə üçün bu torpaqları viran qoyub? 30 ilə yaxın torpaqlarımız ermənilərin əsarəti altında olub və bu müddətdə ermənilər bu torpaqdan istifadə edə bilərdilər, amma etməyiblər, onu dağıdıblar. Bu, vəhşilik, faşist təfəkkürünün göstəricisidir”.

Ş.Ağayevin sözlərinə görə, Ermənistanın yürütdüyü siyasət, ideologiyası faşizmə xidmət edib, bunu dəyişdirmək mümkün deyil. Müsahibimiz qeyd etdi ki, 30 illik işğal və işğaldan azad edilmiş torpaqlarımıza “miras” qalmış vandalizm aktları ermənilərin olduqları yeri viran qoymasıdır. “Təbii ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas məqsədi beynəlxalq aləmin diqqətini erməni vandalizminə, faşist təfəkkürlü ermənilərin dağıtdığı ərazilərimizə cəlb etmək və baş verənlərin düzgün qiymətləndirilməsinə nail olmaq olub. Komissiya sədrinin “Twitter” hesabından dünyaya verdiyi mesaj da göstərir ki, Azərbaycan öz hədəfinə çatmaqdadır, bundan sonra digər ölkələrin dövlət rəsmiləri tərəfindən də bu reallıq düzgün qiymətləndiriləcək. Azərbaycan indi UNESCO-ya müraciət göndərib və qurumun nümayəndələrini bura dəvət edib. UNESCO nümayəndələri də gəlib baş verənlərə obyektiv tarixi qiymət verəcəklər. Yenə də deyirəm, Azərbaycan heç bir hadisəni saxtalaşdırmır və saxtalaşdırılmasını istəmir, sadəcə olaraq, beynəlxalq aləmin erməni vandalizminə, faşizminə düzgün qiymət verməsini istəyir. İstəyir ki, dünya reallığı olduğu kimi qiymətləndirsin” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910