Bazar günü günü, 29 noyabr 2026
     

Rusiya AB və NATO-ya qarşı blok yaratmağa başlayıb

Image


Dünya siyasi və iqtisadi səhnəsində baş verən proseslər bloklararası yeni savaşların başlanacağını istisna etmir. Məsələ burasındadır ki, Qərb və Rusiya arasında cərəyan edən son hadisələr gərgin xarakter aldıqca prosesə digər ölkələr də cəlb olunmaqdadır. Bu vaxta qədər isə Rusiyaya qarşı NATO və Avropa Birliyi blok şəklində fəal mübarizə aparırdı.
İndi isə görünən odur ki, eyni taktikadan Moskva da istifadə etmək istəyir və bu məqsədlə Avrasiya İqtisadi İttifaqını daha tez formalaşdıraraq onun sıralarına yeni dövlətlər daxil etməyi düşünür. Qeyd olunan xüsusda Rusiya Federasiyası Dövlət Dumasının spikeri Sergey Narışkın bir sıra maraqlı açıqlamalar verib. S.Narışkın iddia edir ki, dünyanın təxminən 40 ölkəsi Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasını yaratmaq arzusunu ifadə edib. O, Müstəqil Dövlətlər Birliyinin (MBD) beş dövlətinin Avrasiya İqtisadi İttifaqının xeyrinə seçim etdiyini xatırladıb: "Dünyanın təxminən 40 ölkəsi Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət zonasını yaratmaq arzusunu ifadə edib. Eyni zamanda, bizim bəzi partnyorlarımız xarici təzyiq altında Avrasiya İqtisadi ittifaqında bərabər hüquqlu iştirakdan imtina edirlər. Amma geosiyasi seçim istənilən dövlətin suveren hüququdur". Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birləşməsidir və 29 may 2014-cü ildə Gömrük İttifaqının əsasında yaradılıb. 2015-ci il 1 yanvar tarixindən fəaliyyətə başlayacaq ittifaqın tərkibinə Rusiya, Qazaxıstan, Belarus və Ermənistan daxildir. Qırğızıstan isə may ayında quruma üzvlük üzrə tədbirlər planını imzalayıb. Moskva qurumun sıralarına yeni dövlətlər də daxil etməyi düşünür. Bu sırada ilk növbədə İranın, Çinin, bəzi digər Asiya ölkələrinin, hətta Suriya və Türkiyənin də adı hallanır. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya hüquq bərabərliyinin və qarşılıqlı qazancların əldə edilməsi üçün qurumda istənilən əməkdaşlığa hazırdır: "Biz Çin, Hindistan, postsovet məkanı ölkələri ilə inteqrasiya layihələri reallaşdıracağıq. Avrasiya İqtisadi İttifaqı artıq yaradılır. Ona artıq yeni ölkələr maraq göstərir və üzvlük tərkibi genişlənəcək. Proses uzun vaxt aparacaq, amma mən əminəm ki, tezliklə bizim inteqrasiyamızın müsbət nəticələri hiss olunmağa başlayacaq". Lavrov Avrasiya Ittifaqının yeni güc mərkəzi olacağını vurğulayıb.
O da iddia olunur ki, Avrasiya Ittifaqı əməkdaşlığın yeni mərhələsidir. İnteqrasiyanın əvvəlki mərhələlərindən fərqli olaraq, Avrasiya İttifaqı mümkün ən güclü iqtisadi inteqrasiya olan ümumi ticarət, pul və büdcə siyasəti yaratmaq məqsədi daşıyır. Lakin burada müəyyən çətinliklər də var. Bu sırada Rusiya, Belarus və Qazaxıstanda ən nəzərəçarpan çətinlik iqtisadi artımdakı ləngimədir. İqtisadçıların fikrincə, 2014-cü ildə ümumi daxili məhsul artımı bu ölkələrdə sadəcə 0.3-0.5 faiz təşkil edəcək. Bu, durğunluğa bərabərdir. Bu şərtlərlə ölkələr arasında tədavül də azalır. Rusiya prezidentinin sözçüsü Sergey Qlazyevin sözlərinə görə, son iki ildə Gömrük İttifaqı çərçivəsində ticarət faktiki olaraq durğunluğa uğrayıb. Eyni zamanda, ikitərəfli investisiyaların həcmində də azalma müşahidə edilib. Nəhayət, daha bir əhəmiyyətli faktor, yaradılmış ittifaqın bütün üzvləri üçün vacib ticarət müttəfiqi olan Ukraynadakı geosiyasi gərginlikdir. Əlavə olaraq, Avrasiya İttifaqına qoşulma ehtimalı olan ölkələrdəki ictimai rəy sorğuları əməkdaşlıq ideyasına dəstəyin azaldığını göstərir. Xüsusilə Qırğızıstanda son illər ərzində bu dəstək ciddi şəkildə azalıb. Buna baxmayaraq, aparılan ən son sorğulara görə, inteqrasiya tərəfdarlarının sayı sorğu iştirakçılarının təxminən yarısını təşkil edir. Lakin Kreml istənilən halda bu ittifaqı yaratmaqda israrlılıdr. Avrasiya Ittifaqını yaranması isə Rusiyanın Qərbə müqavimət gücünü artıracaq. Bu vəziyyətdə Qərb Ukrayna ilə əməkdaşlığı gücləndirməyi düşünür. Hətta Ukraynanın NATO-ya daxil edilməsi də mümkün sayılır. Belə bir vaxtda Kiyevdə mətbuat konfransı keçirən Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin NATO-ya girmək perspektivindən danışıb: "NATO-ya girib-girməmək Ukrayna xalqının müstəsna hüququdur. Biz NATO-nun tələblərinə cavab vermək üçün kriteriyalar hazırlamışıq. Bu istiqamətdə nəzərdə tutulan işlər başa çatandan sonra Ukrayna xalqı NATO-ya girib-girməmək məsələsini referendumda həll edə bilər". Bundan əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskvaya Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağı barədə yüz faizli təminat vermək gərəkdir. İndilikdə, Kremlin təzyiqlərinə baxmayaraq, Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalayıb və Qərbə, o cümlədən NATO-ya sıx inteqrasiya kursu seçib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ