Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dolayı diplomatiya: Türkiyənin Ermənistanla üçüncü sərhəd qapısı planı - TƏHLİL
Tarix: 24.11.2014 / 17:00
Bölmə: Siyasət
Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələ başlayır. Bu mərhələni şərtləndirən əsas amil qondarma "erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Ankaranın məruz qaldığı psixoloji təzyiqlərdir. 2015 ərəfəsində təzyiqlərin artacağını proqnozlaşdıra bilməyən və buna qarşı A, B, C planları olmadığı təəssüratı yaranan Türkiyə nəticədə Ermənistanla münasibətlərdə malik olduğu mövqeləri bir-bir əldən verməkdədir.
Ankaranın bu məsələdə əlində olan kartlar sərhədlərin bağlı olması, diplomatik münasibətlərin qurulmaması, Sürix protokollarının məhz Ermənistanın imtinası səbəbilə həyata keçirilməməsinin qazandırdığı psixoloji üstünlük, müştərək tarixi komissiyanın yaradılması dair təşəbbüslərin İrəvan tərəfindən rədd edilməsinin gətirdiyi dividentdir.
Qondarma "erməni soyqırımı” iddialarına qarşı Türkiyənin istifadə edə biləcəyi başqa obyektiv resurslar da var ki, onlardan biri Anadoluda ermənilərin türklərə qarşı törətdiyi soyqırımının nəticəsi olan kütləvi məzarlıqların açılması, ASALA terror təşkilatının törətdiyi cinayətlərdən və Xocalı soyqırımı faktından dünya miqyasında Ermənistana qarşı təbliğatda istifadə olunmasıdır. Təəssüf ki, ötən illər ərzində bu resurslardan istifadə olunmayıb, əksinə təslimçi mövqe tutan Türkiyənin Ermənistanla sərhədlərin açılması ilə bağlı təzyiqlərə boyun əydiyini təəssüflə izləməkdəyik.
Digər tərəfdən, Ankaradakı Ermənistan lobbisinin fəallaşması, ermənilərin Türkiyə siyasətinin ən dərinliklərinə belə nüfuz edə bilmək imkanı qazanması (Etyen Mahçupyanın baş nazirin baş müşaviri təyin olunması, Ankarada Ermənistanın maraqlarını lobbiləşdirmək məqsədilə silsilə tədbirlərin keçirilməsi, Ermənistanla sərhədlərin açılmasının zəruriliyi istiqamətində ictimai rəy formalaşdırılması prosesinin intensivləşməsi, bu prosesə Türkiyə-Ermənistan gizli danışıqlarının əsas iştirakçısı olan diplomatların (Ünal Çeviköz) cəlb olunması və s. gerçəkliyi var. Türkiyənin Ermənistan siyasətini təəssüf ki, uzaqgörən siyasətə əsaslanan obyektiv faktorlar deyil, qeyd etdiyimiz bu gerçəkliklər müəyyənləşdirməkdədir.
Situasiyanın analizi göstərir ki, Ankara Ermənistan sərhədlərinin açılması məsələsində üç faktoru əsas hesab edir:
a) Qərbin təzyiqləri,
b) Azərbaycanın maraqları ilə hesablaşma zərurəti,
c) Ermənistanla artan ticarət həcmi.
Əslində sonuncu obyektiv faktor sayıla bilməz, çünki Türkiyənin xarici ticarət dövriyyəsində Ermənistanın payı son dərəcə azdır. Ermənistanla qeyri-rəsmi ticarət Türkiyənin Qərbin təzyiqlərinə qarşı istifadə etdiyi "kozırdır” və Ankara təzyiqləri azaltmaq üçün bu amilin obyektiv faktor kimi qəbul olunmasında maraqlıdır. Türkiyə "de-yure” Ermənistanla sərhədləri bağlı saxlasa da, bu ölkə ilə üçüncü ölkə vasitəsilə ticarət əlaqələri qurub və Sürix protokollarının imzalanmasından keçən müddət ərzində iki ölkə arasında ticarətin həcmi nəzərəçarpacaq dərəcədə artıb.
Və qondarma "erməni soyqırımı”nın 100 illiyi ərəfəsində artan təzyiqləri neytrallaşdırmaq üçün Ankara "unikal” addım atır. Bu addım nədir və "unikallığı” nədən ibarətdir? Söhbət Gürcüstanla sərhəddə, Ərdəhan ərazisində yeni Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılmasından gedir. Bu keçid məntəqəsi əslində Ermənistanla sərhədlərin "de-fakto” açılması deməkdir. Çünki...
Türkiyədən Ermənistana yüklərin daşınması əsasən Gürcüstan sərhədindəki Sarp keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Bu məntəqədən keçən yük maşınları 264 kilometr məsafəni qət edərək Gürcüstan-Ermənistan sərhədində yerləşən Ninoçminda/Bavra keçid məntəqəsinə daxil olur, gömrük proseduralarını gerçəkləşdirdikdən sonra Ermənistan ərazisinə keçirlər. Bu, Türkiyə ilə Ermənistan arasında on milyon dollarlarla ölçülən ticarət dövriyyəsinin gerçəkləşdirildiyi əsas marşrutdur. Türkiyə-Gürcüstan sərhədində inşa olunan Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılışı Ermənistana yüklərin daşınmasını asanlaşdıracaq. Ermənistana yük aparan maşınlar Gürcüstan ərazisinə Sarpdan deyil, Çıldırdan daxil olacaq və 30 kilometr sonra Gürcüstan-Ermənistan sərhədindəki Ninoçminda/Bavra məntəqəsinə çatacaq. Beləliklə, Türkiyədən Ermənistana yüklərin daşınması marşrutu 8 dəfə (!) azalmış olur. Nəqliyyat xərclərinin azalması isə Ermənistana ixrac edilən malların maya dəyərinin azalması, alıcılıq qabiliyyəti aşağı olan ermənilərin daha ucuz türk malları ilə təmin olunması deməkdir. Ağır iqtisadi böhran yaşayan, qiymət artımından boğulan Ermənistan üçün bu, bir nəfəslikdir və havasızlıqdan boğulan Ermənistana bu nəfəsliyi açan təəssüf ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədir.
Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin inşası Ermənistanla sərhədlərin açılması məsələsində Ankaranın üzləşdiyi üç obyektiv faktoru neytrallaşdırmağa imkan verir.
Birincisi, Ankara Qərbə daxili və xarici faktorlar səbəbilə Doğukapı sərhəd məntəqəsini aça bilməsə də, faktiki eyni dəyərə sahib digər məntəqəni açmaqla Ermənistanla sərhədlərin açılmasında maraqlı olduğu mesajını verir.
İkincisi, Çıldır-Aktaş sərhəd keçid məntəqəsi Ermənistanla deyil, Gürcüstanla sərhəddə yerləşdiyinə görə Azərbaycana da birbaşa narazı qalmaq haqqı tanınmır. Türkiyə Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılmasını Sarp məntəqəsindən yük daşıma həcminin azaldılması məqsədi ilə əsaslandıra bilər. Ankaranın nəzərində heç nə dəyişmir: sərhədlər açılmayıb, diplomatik münasibətlər qurulmayıb, Azərbaycanın maraqları nəzərə alınmaqda davam edir, yeni məntəqənin açılmasının Ermənistanla birbaşa əlaqəsi yoxdur, əksinə bu, Gürcüstan və Azərbaycana, o cümlədən bu ölkələrdən Türkiyəyə yük daşıma həcmini artırmağa xidmət edir və s.
Üçüncüsü, Ermənistanla ticarət əlaqələri quran iş adamlarına dolayı dəstək verməklə onların İrəvanla ticarət əlaqələrini genişləndirmək niyyətini stimullaşdırır və ticarət dövriyyəsinin həcmini artımına nail olur (Türkiyə 100 illik ərəfəsində bu faktora da Qərbin təzyiqlərinə cavab amili kimi baxır).
Göründüyü kimi, verdiyi rəsmi bəyanatlara rəğmən Ankara "100 illik” xofundan qurtula bilməyib. Türkiyənin içindəki erməni lobbistləri məsələni Ermənistanın qələbəsi ilə bitirməyə iddialı görünürlər.
Türkiyə mediasının formalaşdırmaq istədiyi ictimai rəyin ana xəttini "Ankaranın alternativ yolu qalmayıb” fikri təşkil etsə də, əslində yeganə uğurlu və uzunmüddətli alternativin Azərbaycanın maraqlarını nəzərə almaq olduğunu Ankara kuluarlarında hər kəs bilir. Bu alternativə tapınmaq üçün yalnız bir şey tələb olunur - siyasi iradə nümayiş etdirmək və Ermənistanın Türkiyədə öz maraqlarını lobbiləşdirməyin qarşısını almaq (məhdudlaşdırmaq).
Çünki nə qədər acı gerçək olsa da, Türkiyədə hazırda Ermənistanın maraqlarını siyasət, ticarət və mediada müdafiə edən bir erməni lobbisi var. Təkcə baş nazir Əhməd Davudoğlunun baş müşavirinin milliyyətcə erməni Etyen Mahçupyan olması, Ermənistanla sərhədlərin açılmasının zəruriliyini önə çəkən "Möhürlü qapı” konfransının məhz bu şəxs (dövlət təmsilçisi) tərəfindən təşkili buna sadəcə bir misaldır.
Bir "təsadüf” də var, 2009-cu ildə SETA-nın (Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vakfının) fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistanla sərhədlərin açılmasının zəruriliyini əsaslandırmaq idi. SETA ölkə tarixində ilklərdən birinə imza atmış, Türkiyə-Ermənistan Çalıştayı deyə qapalı konfrans düzənləmiş, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikası”nın sabiq "xarici işlər naziri” Aşot Qulyanı konfransa dəvət etmiş və onu tədbirin rəsmi sənədlərində Dağlıq Qarabağın sabiq xarici işlər naziri kimi təqdim etmişdi.
Türkiyənin öz xarici siyasətində Azərbaycanın maraqlarını kənara atması deyə bir şey yoxdur, hər iki ölkə istisnasız olaraq bütün sahələrdə münasibətləri qarşılıqlı maraqlara əsasında inkişaf etdirirlər. Sadəcə, Türkiyədəki bəzi dairələr maraqların toqquşduğu bəzi nöqtələrdə (o nöqtələr ki, Azərbaycan üçün son dərəcə önəmlidir) Azərbaycanın maraqlarını dolayı yolla zərbə altına qoyur. Özəlliklə Ermənistan siyasəti, sərhədlərin açılması kimi məsələlərdə Azərbaycanın mövqeyinin nəzərə alınması son dərəcə vacibdir.
Türkiyənin regionda xüsusi çəkisini artıran, ona "enerji dövləti”, "Şərqlə Qərb arasında yük nəqli və enerji daşımalarında ən vacib ölkə statusu qazandıran layihələrin məhz Azərbaycan tərəfindən gerçəkləşdirilməsi gerçəyi heç zaman göz ardına vurulmamalıdır. Türkiyə Azərbaycanın gerçəkləşdirdiyi layihələr hesabına əldə etdiyi dividentlərdən təkcə regionda deyil, Yaxın Şərq, Avropa Birliyi və ABŞ-la münasibətlərdə yararlanır. Faktiki olaraq Türkiyənin nəzərində tərəzinin Azərbaycan gözü Ermənistan gözündən çox ağır gəlir, Ankaranın bu obyektiv faktoru nəzərdən qaçırmaması lazımdır. Ələlxüsus, Ermənistanla dolayı münasibətlər qurmağın tərəzidə balans deyil, disbalans yaradacağı gerçəkliyi Türkiyənin xarici siyasətində mütləq hesablanmalıdır.
Və mütləq nəzərə almaq lazımdır ki, Etyen Mahçupyan və Türkiyədəki digər erməni lobbistlərin iddia etdiyi kimi Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi deyil, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü qondarma "soyqırımı” iddialarıdır. Türkiyə bu gerçəyi qəbul etməyə və strateji əməkdaşlıq ruhuna uyğun olaraq "Ermənistanla bağlı məruz qaldığımız təzyiqlərin əsas səbəbi Azərbaycandır” tezisini rəsmi Bakıya qarşı istifadə etməməlidir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
Tarix: 28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
Tarix: 28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
Tarix: 28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
Tarix: 28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
Tarix: 28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
Tarix: 28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
Tarix: 28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ