Bazar günü günü, 29 noyabr 2026
     

Müsavatın ümumrespublika müşavirəsində qalmaqal: İsa Qəmbər Arif Hacılının əleyhdarlarına qapını göstərdi

Image


Bu gün Müsavat Partiyasının ümumrespublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, müşavirədə çıxış edən partiyanın başqanı Arif Hacılı bildirib ki, partiyanın VIII qurultayından sonra partiya rəhbərliyi bir çox rayon təşkilatı ilə görüş keçirib, partiyanın qarşısında duran vəzifələr və qurultaydan sonra ortaya çıxan problemlər müzakirə olunub: "Onlar da bununla bağlı bəyanat qəbul edib, partiya rəhbərliyinin mövqeyini dəstəkləyiblər”.
O, ölkədə keçiriləcək bələdiyyə seçkilərindən də danışaraq, partiyada seçki ilə bağlı qərar qəbul edildiyini xatırladıb. A. Hacılı qeyd edib ki, Müsavat Partiyasının üzvlərinə seçkilərdə iştirakla bağlı sərbəstlik verilib və ayrı-ayrı yerlərdə üzvlər öz namizədliklərini irəli sürüblər. Onun sözlərinə görə, partiyanın üzvlük vəsiqələri dəyişdiriləcək və yeniləri ilə əvəz olunacaq. A. Hacılı qeyd edib ki, qurultaydan narazı qalanların irəli sürdüyü təkliflər partiyada geniş diskussiya olunub: "Müsavat Partiyası Nizamnaməyə uyğun fəaliyyət göstərir. Partiyanın qurultayında Nizamnamənin bütün tələblərinə əməl olundu. Seçki prosesi, şəffaf, alternativ qaydada keçdi. Rəhbərliyin seçkilərə heç bir təzyiqi olmadı. Təəssüf ki, partiyanın bəzi üzvləri təqdim etdiyi arayışın nəticələrini gözləmədən partiyanın qurultayını tənqid etdilər”.
O, başqanlığa sabiq namizəd Səxavət Əlisoyun da ittihamlarına cavab verib, onun partiyadan çıxarılma səbəbini açıqlayıb: "Başqanlığa namizəd olmuş Səxavət Əlisoy mənim saxtakarlıqla seçildiyimi və seçkilərin də saxtakarlıq şəraitində keçirildiyini iddia edib. Nizamnaməyə zidd davranaraq, partiya strukturlarının qərarlarına məhəl qoymayıb. Müsavat Partiyasının qurultayının legitimliyinin şübhə altına almağa heç bir əsas yoxdur. Bu proseslər durdurulmalıdır. Qeyri-müəyyənliyə son qoyulmalıdır”.
A. Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun qurultay ərəfəsindəki pozuntularla bağlı Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışdakı iddialara da münasibətini bildirib: "Arayışda göstərilir ki, qurultayda saxtakarlıq deyil, ədalətsizlik olub. Bu arayış MNTK tərəfindən araşdırılıb və cavab verilib. Ancaq mən bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Burada iddia olunur ki, qurultaydan əvvəl partiyanın rayon təşkilatları qeyri-qanuni olaraq buraxılıb. Ancaq bu, belə deyil. Bir neçə rayon təşkilatının sədri vəfat etdiyindən Divanın qərarı ilə yeni sədr təyin olunub. Başqa bir iddia var ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində Arif Hacılının adamları çox olub. Halbuki Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi təşkil ediləndə mən həbsxanada olmuşam. Belə olan halda mən komitəyə necə təsir göstərə bilərdim? Belə qeyri-ciddi məsələləri qaldırmaq Müsavat üzvlərinin mənafeyinə ziddir”.
Müsavat başqanının müavini Elman Fəttah isə çıxışında partiyadaxili məsələlərdən danışıb. O qeyd edib ki, partiyada bütün qərarlar kiminsə təsiri ilə deyil, konsensus yolu ilə qəbul olunub: "Başqanlığa və ya partiya strukturlarına namizəd olan heç kəsə təzyiq, aqressiya olmayıb. Yalnız müəyyən məsələlər sosial şəbəkələrdə qaldırılıb. Seçkidən sonra da bəzən haqsız ittihamlara cavab vermişik. Partiyanın bütün üzvləri bilməlidir ki, Müsavat əleyhinə olan qüvvələrin sistemli şəkildə qarayaxma kampaniyası aparması partiyanın parçalanmasına gətirib çıxara bilər”.
Başqanlığa sabiq namizəd Tural Abbaslı isə çıxışında qeyd edib ki, Müsavat üzvləri bir-birinə qarşı emosional davranmamalıdır: "Qurultayın nəticələri ilə bağlı bizim etirazımız yoxdur. Ancaq mən haqsız yerə təhqir olunan insanlardan biriyəm. İndi biz bir-birimizə qarşı vuruşuruq. Mənim iradım Müsavat rəhbərliyinədir. Çünki qalib tərəf səbirli olmalıdır. Bu şəraitdə Nizamnaməni pozanlara qarşı tədbirlərin görülməsinin əleyhinəyəm. Biz fraksiya yaradaraq öz sözümüzü deməliyik. Mən rəhbərliyin siyasətini bəyənmirəmsə, fraksiya yaradaraq sözümü deyəcəyəm”.
Başqanlığa sabiq namizəd Qubad İbadoğlu isə qeyd edib ki, Müsavatın bu günə gəlməsinin bir neçə səbəbi var. O, Müsavatda daxili demokratiyanın olmadığını vurğulayıb: "Müsavat dəyişməlidir. Qurultaydan qabaqkı Müsavat İsa Qəmbərlə bağlı idi. Müsavatın indiki dönəmi isə İsa Qəmbərin xarizması ilə idarə olunan deyil. Müsavatdakı keçid dövrü onu göstərdi ki, partiyada daxili demokratiya problemi var. Müsavatçılar Azərbaycanı demokratik görmək üçün ilk növbədə partiyadaxili demokratiyadan başlamalıdır. Təəssüflər olsun ki, idarəetmədə aqressiya önə çıxdı, bəzi müsavatçılar partiyadan çıxarıldı. Qərarlar birtərəfli oldu. MNTK-nın apardığı müzakirələr, verdiyi qərarlar Müsavatda daxili ziddiyyətlərin artmasına səbəb oldu. Kamil Xəlilbəyli sosial şəbəkələrdə təhqir olunduğu halda, partiyadan çıxarıldı”.
Bundan sonra Q. İbadoğlunun çıxışına yerdən replikalar atılıb, zalda qalmaqal yaranıb.
Q. İbadoğlu çıxışına davam edərək qeyd edib ki, Müsavat rayon təşkilatlarının qəbul etdiyi bəyanatlar partiyanın parçalanmasına xidmət edir: "Gedənləri xəyanətkar adlandırmaq təhqirə bərabərdir. Arif Hacılının ailə üzvləri mənim əleyhimə qalxıb. Vaqif Hacıbəylinin sosial şəbəkələrdə yazdığı fikirlərin əksəriyyəti mənim əleyhimə yönəlib. MNTK tərəf ola bilməz. Sevinc Hüseynova tərəfə çevrilib. Hesab edirəm ki, Müsavat Partiyası demokratik üsulla idarə olunmalıdır. Arif Hacılı İsa Qəmbər deyil”.
Qubad İbadoğlu özünün təkliflər paketini də açıqlayıb. O təklif edib ki, MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın, partiyadan çıxarılanlar Müsavata qaytarılsın və partiya Nizamnaməsi nəzərə alınaraq, növbədənkənar qurultay çağırılsın.
Müsavat Məclisinin üzvü İkram İsrafil isə çıxışında Q. İbadoğlu və tərəfdarlarını Müsavat əleyhinə fəaliyyət göstərməməyə çağırıb. O qeyd edib ki, Q. İbadoğlunun tərəfdarları İsa Qəmbərin əleyhinə yönəlmiş fikirləri dəstəkləyir ki, onlardan biri də Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədlidir.
Bundan sonra zalda "ar olsun” şüarları səsləndirilib. Tura Abbaslı isə zalda şüar səsləndirənlərlə bağlı MNTK tərəfindən tədbir görülməsini tələb edib.
Ellada Məmmədli isə İ. İsrafilin çıxışına etiraz edərək, onu mövqesiz adlandırıb. E. Məmmədli bildirib ki, İ. İsrafil artıq ikinci dəfədir, onu təhqir edir: "Mən İsa Qəmbərlə artıq 25 ildir, eyni yoldayam. Mən fikrimdə müstəqil biriyəm, başqaları kimi qul deyiləm. Bu gün mənim siyasi tələblərimi ödəyən lider kimi Qubad İbadoğlunu görürəm. Bunun üçün məni öldürməlisiniz? Biz düşmənik? Nə demək istəyirsiniz, biz partiyadan gedək? Mənə hədə gəlməyin. Bu hədələrin miqyası olmalıdır. Burada ancaq mənim əleyhimə olan insanlar çıxışa yazılıb”.
E. Məmmədlinin "Burada olanların əksəriyyəti Müsavatçı deyil, kənardan gəlmədir” ifadəsi isə zalda yenidən qışqırıqlara, qalmaqala səbəb olub.
Müsavat başqanının müavini Nüşabə Sadıqlı isə çıxışında qeyd edib ki, A. Hacılını da dəstəkləyənlərə qarşı kampaniya aparılır. O, E. Məmmədlini nəzərdə tutaraq, Müsavat rəhbərliyini ittiham etməməyə çağırıb: "Siz Arif Hacılını dəstəkləyənləri niyə təhqir edirsiniz? Niyə qəbul etmirsiniz? Mən Müsavat daxilində fraksiya yaradanlara da etiraz edirəm. Qubad İbadoğlu pozuntuları qurultayda tribunada deməli idi. Qurultaydan sonra bunu demək lazım deyildi”.
Q. İbadoğlu isə yerindən qalxaraq, "Orda desəydim, vəziyyət bundan da pis olardı” - deyə etiraz edib.
Bundan sonra zalda yenidən "qurultay saxta keçib” iddiaları səsləndirilib.
A. Hacılı bir daha çıxış edərək, kimsə ilə görüşdən imtina etməsi barədə iddiaların əsassız olduğunu vurğulayıb: "Mən hər zaman bildirmişəm ki, hər kəslə dialoqa hazıram. Mən heç vaxt heç kimin arxasında gizlənməmişəm. Ancaq mənim əleyhimə həmişə kampaniya aparılıb. Heç kəs mənə qarşı çox ciddi təhqir və böhtanlarına görə partiyadan azad edilməyib. Ancaq hər hansı bir xanıma, onun ailə üzvlərinə qarşı təhqir və böhtan olan yerdə Nizamnamə qaydaları nəzərə alınmalıdır. Burda haqlı olaraq deyildi ki, Arif Hacılı İsa Qəmbər deyil. Mən bilirəm ki, mənim başqanlığımı qəbul etməyən müəyyən insanlar var. Ancaq bu o demək deyil ki, partiya daxilində qarşıdurma yaranmalıdır. Müsavat vahid komanda olmalıdır. Bunun üçün bizim imkanlarımız genişdir”.
Daha sonra Müsavatın sabiq başqanı İsa Qəmbər partiyada yaranmış vəziyyətlə bağlı çıxış edib: "Biz qurultay sonrası araqarışdıranlarla üzbəüz qalmışıq. Mən oktyabrın 11-də Məclisdə çıxış edərkən bu məsələyə toxunmuşam. Mənim mövqeyim dəyişməyib. Həmin vaxtdan bu günə kimi bu məsələlərlə bağlı çıxış etməmişəm, yalnız bir cümlə yazmışam. Narazıların bir qrupu deyir ki, seçkinin nəticələrindən narazı deyillər, ancaq partiyadaxili demokratiya olmalıdır. Ən böyük qismi isə deyir ki, seçkilərdə ədalət prinsipi pozulub. Ən kiçik qrupu isə saxtakarlığın olduğunu bəyan edib. Kimlərinsə partiyanı saxtakarlıqda ittiham etməsini necə normal qəbul edə bilərik? Hakimiyyət üçün Müsavatın saxtakarlıqda ittiham olunmasından gözəl nə ola bilər? Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavat arasındadır. Biz söz azadlığından danışırıq, bəziləri isə söyüş azadlığı istəyir. Bu şəkildə bizə demokratiya dərsi keçməyə cəhd edirlər”.
O, partiya daxilində fraksiya yaratmaq istəyənlərə də cavab verib: "Hər birimiz Müsavata daxil olanda Nizamnamənin tələblərini yerinə yetirəcəyimiz barədə öhdəlik götürmüşük. Partiyanın strukturlarına legitim qurum yaradıla bilməz. Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf Mərkəzi Nəzarət-Təftiş Komissiyası tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar”.
Qubad İbadoğlu isə buna etiraz edərək: "Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır” - deyə sual ünvanlayıb.
İ. Qəmbər səsini ucaldaraq, "sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy. "Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır” deyə bir şey yoxdur”.
Q. İbadoğlu İ. Qəmbərə "Niyə əsəbləşirsiz?" deyib. A. Hacılı isə Q. İbadoğluna yerdən danışmamağı məsləhət görüb.
İ. Qəmbər çıxışına davam edərək, hər şeyin aydın göründüyünü bildirib. O, yeni qurultay tələbinin partiyanın əleyhinə yönəldiyini vurğulayıb: "Narazıların fəaliyyətləri gec, ya tez, Nizamnamə ilə ziddiyyət təşkil edəcək. Hər kəs nə istədiyini ayrı şəkildə müəyyənləşdirsin. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. Cəhd edə bilərsiniz, bacarın görək necə olacaq? Amma Nizamnamə hallarının pozulması baş verərsə, bunun qarşısı alınacaq. Partiyanı hədələmək, xəyanətdir. Bunun adı yoxdur. Mən Müsavat Partiyasının seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.
Bundan sonra zalda yenidən qalmaqal yaranıb, yerdən "İsa Qəmbər qurultay iştirakçılarına təzyiq edib” şüarları səsləndirilib.
İ. Qəmbər isə əsəbi halda "bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mən təzyiq etsəydim, Arif Hacılı 228 yox, 350 səs toplayardı”.
Bununla da, toplantı başa çatıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü – gəmilərdə yanğın başladı...

29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi – İrandan Vaşinqton və Təl-Əvivə mesaj...

29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ