Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan və qardaş Türkiyə diasporlarının daha sıx bütövləşmə perspektivi açıldı...

Image


Azərbaycan 44 günlük Vətən müharibəsinə keçirdiyi möhtəşəm hərbi paradı ilə  son nidanı qoydu. İndiyə qədər Bakının Azadlıq meydanında bir neçə belə hərbi parad keçirilib, ancaq “Zəfər paradı”nı biz ilk dəfə idi ki, qeyd edirdik. Bu anları yaşamaqdan böyük xoşbəxtlik ola bilməz. Ən qürurverici amillərdən biri isə paradı qəbul edənlərin sırasında qardaş Türkiyənin prezidentinin olması idi. İki qardaş ölkənin başçısının birlikdə Zəfər bayramını qeyd etməsi həm də bütün dünyaya vacib bir mesaj oldu ki, bizim biriliyimiz sarsılmaz və əbədidir. Bunu ölkə başçılarının paradla bağlı etdikləri çıxışlardan da görmək mümkündür.

Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib

Azərbaycan Prezidenti İlham Əliyev paraddakı çıxışında deyib ki, bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür: “Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür”. Dövlət başçısı qeyd edib ki, Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib: “Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə maneə olmasın. Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb. Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi. Onu göstərdi ki, Azərbaycan öz haqlı davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı. Bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”.

“Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil...”

Eyni dəstək fikirlərini Türkiyənin dövlət başçısı da ifadə edib: “Beləliklə qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq qoyduğu arzusunu da yerinə yetirdi. Qarabağı Ana Vətənə qovuşduran Azərbaycan Ordusunun hərbçilərini təbrik edirəm. Bu Zəfər gününüzdə sizlərlə birlikdə olmaqdan böyük bəxtiyarlıq duyuruq”.

“Zəfər paradı”ndakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyir: “Azərbaycanın həm hərbi, həm diplomatiya meydanında əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri əziz qardaşım İlham Əliyevə məxsusdur. İnşallah, Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə Azərbaycanın apardığı mübarizəyə əvvəlcədən bütün qurum və təşkilatları ilə dəstək verib, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub. Biz özümüz hər zaman mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutduq. Qarabağı 30 il boyunca sinəmizə yara etdik. Bu yaranın sağalmasının sevincini bölüşmək, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün sizlərləyik.

Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edə bilmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Əsir Xarıbülbül artıq azaddır və daha parlaq açacaq”.

Prezidenti bildirib ki, Köndələn çay artıq daha gur axacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər artıq daha güclü çıxacaq:

“Bu gün Azərbaycanın böyük şairi Əhməd Cavadın, Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igid ərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün bütün Türk dünyası üçün zəfər və qürur günüdür. Qarabağ Azərbaycandır. Qarabağ artıq ana vətəni ilə qovuşub, 30 illik həsrət sona çatıb. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları daha yaşana biləcək hala gətirmək üçün mübarizə aparmaqdır”.

Azərbaycan  bütünlükdə türkdilli dövlətlərin əməkdaşlıq mərkəzinə çevrilib

Bu birliyin  dərin əsasları var. Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə  soydaşlarımızın  həmrəyliyini təmin edən ulu öndər Heydər Əliyev bu təşəbbüsü  ilə Türk dünyası birliyinin də təməlini qoydu.  Sonrakı illərdə keçirilən Dünya Azərbaycanlılarının qurultayları, Türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı  (Ankara),  Bakıda təşkil olunan Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu, Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq,  qardaşlıq və əməkdaşlıq qurultayı türkdilli dövlətlər arasındakı münasibətləri  gücləndirdi, soy-kökü eyni mənbədən qaynaqlanan, oxşar  mədəniyyətə, tarixə  malik ölkələri bir məqsəd naminə birləşdirdi.

 Müxtəlif vaxtlarda  keçirilməsinə baxmayaraq ölkəmizdə təşkil olunan tədbirlər sübut etdi ki,  Azərbaycan bütünlükdə türkdilli dövlətlərin əməkdaşlıq mərkəzinə çevrilib. Ölkəmizin türk dünyası  birliyindəki  həlledici rolu artır, vahid məqsəd, amal uğrunda görülən işlər yeni keyfiyyət mərhələsinə qədəm qoyur.  Türkdilli Dövlətlər Birliyinin  yaradılmasının zəruri, elmi,  ideoloji, hüquqi əsaslarının əks olunduğu konsepsiya da bu tədbirlərdə irəli sürülən təkliflər əsasında formalaşdı. Türkdilli dövlətlər arasında münasibətlərin yüksələn xətlə inkişafı, KİV-lər arasında əlaqələrin qurulması, ümumi maraq və mənafelər naminə fəaliyyətin zərurətə çevrilməsi kimi amillər zamanın tələbi kimi aktuallaşdı.

Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündə daha mühüm məsələlər müzakirə olundu

2008-ci ildə Bakıda təşkil olunan Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin VII iclası bir sıra mühüm nəticələri ilə yadda qaldı. Respublikamızda təşkil olunan Türkdilli Ölkələrin Parlament Assambleyasının I Sammiti isə ümumtürk birliyinin məqsədyönlü strategiya əsasında inkişafının istiqamətləri baxımından səmərəli oldu. Sammitin Bakı Bəyannaməsində qeyd olunduğu kimi, dost və qardaş türk xalqlarının parlament məclisi ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin genişlənməsi baxımından önəmlidir. Türkdilli  ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündə  daha mühüm məsələlər müzakirə olundu. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan dövlət başçılarının, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavininin iştirak etdiyi həmin Zirvə görüşündə  imzalanmış Naxçıvan Bəyannaməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması  təklif olundu. Zirvə toplantısında əlaqələrin daha geniş coğrafiyada genişlənməsinə çalışan lider kimi çıxış edərək,  türkdilli dövlətlərin birliyini zəruri edən amilləri diqqətə çatdıran Prezident İlham Əliyevin “Biz bilirik ki,  beynəlxalq müstəvidə  öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi  işlərlə  möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha güclü olacaqdır” proqram xarakterli sözləri bütün iştirakçılar tərəfindən dəstəkləndi.

 İllərlə davam edən əzmkarlıq, milli-mənəvi yaxınlıq,  beynəlxalq münasibətlərə təsir imkanlarının genişlənməsi bu  birliyi möhkəmləndirdi, dünya siyasətinə təsir imkanlarını artırdı. Xalqlar arasındakı fikir birliyi qlobal siyasi, iqtisadi məsələlərin həllində təsdini tapdı. Təbii ki, bu birlikdə Azərbaycan-Türkiyə əməkdaşlığı özünəməxsus əhəmiyyəti ilə seçilir.

Türkiyədə Azərbaycan prospektinin və Qarabağ məhəlləsinin açılışı olub

 Təbiidir ki, bunu vacib edən amillərdən biri də diasporlarımızın birgə fəaliyyətidir. Bütün dünyada biz bu vəhdəti görürük. Bunun daha da dərinləşməsi üçün hansı addımlar atılmalıdır?

Hazırda Türkiyədə məhz diaspor fəaliyyətini əhatə edən layihə icra edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu birliyin vacibliyini biz daim vurğulamışıq: “Hətta bu istiqamətdə əməli fəaliyyət də ortaya qoymuşuq. Çoxları elə bilir ki, bizim dövlətlərimiz yaxındırsa, diasporların yaxınlaşmasına elə də zərurət yoxdur. Belə deyil. Biz bütün tədbirlərimizi demək olar ki, türk qardaşlarımızla birlikdə keçiririk.  Hazırda biz Azərbaycan dövlətinin Qarabağ cəbhəsində qazandığı zəfərin ardınca ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də bir sıra yaddaqalan layihələr həyata keçirik. Məhz bu layihəni Türkiyədə  və dünyada Azərbaycan həqiqətlərini dünyaya çatdıran Əsilsiz erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyi ilə birlikdə keçiririk. Həmin təşkilatın təşəbbüsü  və bizim də dəstəyimizlə Çaldıran Bələdiyyəsinin qərarı ilə Çaldıranda Azərbaycan prospektinin və Qarabağ məhəlləsinin açılışı olub.

“Laçından gətirilən torpağı onun məzarına tökdük”

Çaldıranın bələdiyyə başqanı, icra nümayəndəsi, AK partiya başqanı, eləcə də bütövlükdə Van əyalətinin Çaldıran rayonunun rəsmi şəxsləri bu tədbirdə iştirak edirdilər. Azərbaycan prospekti Çaldıranın əsas ana küçəsində yerləşir və oradan İpək yolu keçir. Bura Vanın qapısı adlandırılır. Bu layihənin gerçəkləşdirilməsi Beynəlxalq Diaspor Mərkəzinin və Əsilsiz Erməni İddialarına qarşı Mücadilə Dərnəyinin təşəbbüsü ilə keçən il Çaldıran Bələdiyyəsi ilə qərara alınıb. Keçən il  kürdlərin PKK-ya yaxın HDP partiyasının həmin prospektin “Ararat prospekti” adlandırılması ilə bağlı layihəsi vardı, ancaq biz HDP-nin bu planını pozduq, Van prospekti adlandırılan həmin prospekt Azərbaycan prospekti adlandırıldı. Bununla yanaşı biz İqdırda çox yaxşı görüşlər keçirdik. Kərbəlayi İsmayıl Çimənin məzarını ziyarət etdik, işğaldan azad olunmuş torpaqlardan Qarabağdan, (Şuşadan, Laçından, Kəlbəcərdən) gətirdiyimiz torpağı onun məzarına səpdik. Orada Soltan bəy Paşabəyoğlunun məzarını ziyarət etdik, Laçından gətirilən torpağı onun məzarına səpdik”.

“Cənubi Azərbaycandan olan soydaşlarımızdan ibarət diaspor təşkilatlarımızla da yaxın münasibətlər qurulsun”

İsmayıl Ağayevin sözlərinə görə, belə işlər Avropada da görülüb və bundan sonra da görmək niyyətindədilər: “Bizə qarşı xarici ölkələrdə ən fəal mübarizə aparan ermənilərdi. Əvvəl türk diasporu ilə koordinasiyalı fəaliyyət yox idi. Hazırda buna bir çox ölkələrdə nail olunub. Mən istərdim ki, Cənubi Azərbaycandan olan soydaşlarımızdan ibarət diaspor təşkilatlarımızla da yaxın münasibətlər qurulsun, gələcək birgə fəaliyyətimizlə bağlı addımlar atılsın”.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ