Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycana zəfər yaraşır

Image


Dekabr ayının 10-da paytaxt Bakımızın Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi! Əslində bu paradı bütün dünyaya haqqın, ədalətin hər zaman və bütün hallarda qalib olduğunun nümayişi adlandırmaq olar. Əlbəttə ki, əgər bu ədalətin arxasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik və qətiyyətli Ali Baş Komandan və Müzəfər Azərbaycan Ordusu kimi qüdrətli bir ordu durarsa.

Azərbaycan son 30 il ərzində öz əzəli haqqının təmin edilməsinə, tarixi torpaqlarının işğaldan azad olunmasına və ərazi bütövlüyünün bərpasına sülh yolu ilə nail olmaq üçün bütün mümkün olan imkanları sınadı. Bu illər ərzində ən mötəbər beynəlxalq təşkilatlar, dünyanın ən nüfuzlu dövlətləri tərəfindən təklif olunan bütün variantlar nəzərdən keçirildi. Vasitəçilər təyin edildi, müzakirələr aparıldı. Lakin sonda məlum oldu ki, bütün bu cəhdlər sən demə Azərbaycanın öz ərazilərinin işğalı faktı ilə barışacağı günə qədər münaqişəni dondurmaq və son nəticədə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq məqsədini güdürmüş. Amma bu xain planın tərtibatçıları əvvəldən yanlış yolda olduqlarını dərk etməli idilər. Çünki, Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən açıq və birmənalı şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik.

Həmçinin 30 il ərzində bütün nüfuzlu beynəlxalq təşkilatlar süni surətdə yaradılmış Ermənistan-Azərbaycan dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mövcud olmadığını iddia edirdilər. Bu iddia bir tərəfdən Azərbaycana heç bir halda hərbi əməliyyatlara başlamaq imkanı verilməyəcəyi barədə bir mesaj, eyni zamanda da erməni təcavüzünü təqdir edən bir dəstək göstərisi idi. Amma bu iddianın müəllifi olan ermənipərəst qüvvələr yenə də yanılmışdılar. Azərbaycan Prezidenti hər zaman deyirdi ki, münaqişənin hərbi yolla həlli variantı var və əgər lazım gələrsə biz məhz bu yolla öz ərazilərimizi işğaldan azad edəcəyik. 1993-cü ildən bəri, xüsusilə də son 17 il ərzində Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və diplomatik müstəvilərdə tam üstünlüyünü təmin etmək üçün gərgin iş aparıldı, bütün lazımi tədbirlər həyata keçirildi. Əlbəttə ki, hərbi üstünlüyün əldə olunması üçün müasir, güclü ordu quruculuğu işləri dövlətimizin başçısı tərəfindən xüsusi diqqət mərkəzinə alındı və bu istiqamətdə indiyədək misli görünməmiş nailiyyətlər əldə olundu. Artıq XXI əsrin ilk onilliyinin sonlarında Azərbaycan Cənubi Qafqaz regionunda şəriksiz lider dövlət kimi çıxış edirdi
Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bu reallıqları dərk edə bilmədi və bununla da özünün süqutunu hazırlamış oldu. 2020-ci ilin sentyabr ayının 27-də ermənilərin törətdikləri növbəti təxribata cavab olaraq Azərbaycan düşməni sülhə məcburetmə məqsədilə hərbi əməliyyatlara başladı. Şanlı Azərbaycan Ordusunun cəmi 44 gün davam edən zəfər yürüşü hər kəsin gözünü açdı, ağlını başına gətirdi. Bütün dünya gördü ki, Azərbaycan həqiqətən öz ərazilərinin işğalı ilə barışmadı. Bütün dünya inandı ki, bu münaqişənin həqiqətən də hərbi yolla həlli variantı mövcud imiş. Və bütün dünya bildi ki, bu fikirləri uzun illər boyunca yalnız mötəbər kürsülərdən səsləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin lazım olduğu an həmin həqiqətləri döyüş meydanından da keçirərək hər kəsə qəbul etdirə biləcək qədər dönməz qətiyyəti və yenilməz iradəsi var!

Bu gün Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı həmçinin Azərbaycan – Türkiyə qardaşlığının da daha bir nümayişi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın iştirak etmələri bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etmiş oldu.

Etiraf etmək lazımdır ki, hansısa bir ölkədə keçirilən hərbi paradda qənimət kimi ələ keçirilmiş hərbi texnikaların nümayiş etdirilməsinə bəlkə də indiyədək çox nadir hallarda rast olunub. Amma Azərbaycanın Qələbəsi şərəfinə keçirilən Zəfər paradının əsas özəlliklərindən biri də bu oldu. Paradın gedişində 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi Şanlı Azərbaycan Ordusunun gücünü-qüdrətini göstərdiyi kimi, düşməndən ələ keçirlmiş hərbi qənimətlərin bir qisminin nümayişi də işğalçı erməni ordusunun darmadağın edilməsinin əyani sübutu oldu.
Bəli, indi biz əsl qalib ölkəyik! Bizim qüdrətli Ordumuz və bu ordunu şanlı qələbələrə aparan Müzəffər Ali Baş Komandanımız var!

Azərbaycana zəfər yaraşır! Yaşasın Azərbaycan!

Səttar MÖHBALIYEV
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ