İsveçrəli parlamentarilərdən Azərbaycanın ərazi bütövlüyünə növbəti mühüm dəstək

img

Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi məqsədilə apardığı hərbi əməliyyatlar çərçivəsində ölkəmizin haqlı mövqeyinin İsveçrənin bütün siyasi təbəqələrinə çatdırılması Səfirliyin işində mühüm yer tutmuşdur. Həmin müddət ərzində İsveçrənin müxtəlif siyasi partiyaları və Federal Şuranın üzvləri ilə yaxından işlər aparılmış və nəticə etibarı ilə Şuranın bir çox üzvləri bu istiqamətdə rəsmi dəstəklərini diqqətə çatdırmışdırlar.

İsveçrəli parlamentarilər bu münaqişədə BMT Təhlükəsizlik Şurasının dört qətnaməsinin rəhbər tutulduğunu,son 30 ildə isə İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu səbəblə 10 noyabr tarixli razılaşmanın önəmini bir daha vurğulamışdırlar.

Bunlar arasında Federal Şuranın üzvləri xanım Claudia Fiedl, cənab Fabian Molina və cənab Josef Dittli xüsusi olaraq dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinivə nəticədə çoxlu sayda mülki şəxslərin yaralanaraq həlak olmasını ciddi narahatlıqla qarşılamış,Cenevrə Konvensiyasına istinadən, mülki insanların və şəhərlərin vurulmasını beynəlxalq əhəmiyyətli cinayət, mülki infrastrukturun dağıdılmasını isə qəbul edilməz olduğunu bildirmişdirlər. Onlar, yaranmış humanitar mənzərə qarşısında, İsveçrənin kömək məqsədi ilə cari ilin 20 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinə bir milyon İsveçrə Frankı dəyərində maliyyə töhfəsi etdiyini diqqətə çatdırmışdırlar.

Son xəbərlər