Laçını tərk edən ermənilər apara bilmədikləri mal-heyvanı da işgəncə ilə öldürüblər…

img

Dekabrın 1-nə qədər Laçını tərk edən ermənilər ekoloji və kütləvi terror törətməkdən çəkinməyiblər. Sosial şəbəkələrdə erməni vandallığının daha bir görüntüsü yayılıb. Görüntülərdə işğalçı ermənilər apara bilmədikləri heyvanları öldürür və hətta bunun fotolarını da paylaşırlar.

Qeyd edək ki, beynəlxalq qanunvericiliyə əsasən, ev heyvanlarını işgəncə ilə öldürmək cinayət sayılır.

  • Aytəkin Kamranqızı: “Ermənilərin ev heyvanlarını işgəncə verərək öldürməsi beynəlxalq  qanunlara əsasən, cinayət hesab olunur”

Sosioloq Aytəkin Kamranqızı bildird ki, ermənilərin ev heyvanlarını işgəncə verərək öldürməsi  beynəlxalq qanunlara əsasən, cinayət hesab olunur. Bu faktlar üzrə cinayət işləri açılmalıdır: “Laçın rayonunda ermənilər evlərə od vurub, ətraf əraziləri yararsız vəziyyətə salıblar. Öz mülkiyyətləri ilə istədikləri kimi davrana bilərlər. Amma bu, heyvanlara işgəncə verməklə müşayiət olunursa, cinayət hesab edilir. Qanunvericiliyə görə, heyvanlara işgəncə vermək olmaz”.

  • Adil Qeybulla: “Su hövzələrinin, qidaların zəhərlənməsi, meyitlərin, heyvan cəsədlərinin orada qalması bəzi infeksiyalara səbəb olur, epidemiya təhlükəsi yaradır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, atılmış heyvan cəmdəkləri epidemiya təhlükəsi yaradır: “Onlar vəhşi millətdirlər, buna bütün dünya şahid olub. İndi bunu bir daha nümayiş etdirdilər. Onlar insanlıqdan məhrum olmuş millətdirlər. Hazırda orada olan ən böyük problemlərdən biri minalanmış sahələrdir. Ən böyük narahatlıq bununla bağlıdır. Amma bununla yanaşı, bəzi su hövzələrinin, qidaların zəhərlənməsi, meyitlərin, heyvan cəsədlərinin orada qalması bəzi infeksiyalara səbəb olur, epidemiya təhlükəsi yaradır. Əlbəttə, bunlar da zamanla qaydasına salınacaq. Orada dezinfeksiya işləri mütləq aparılacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər