Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

img

Prezident İlham Əliyev Laçının iğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Baki-xeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib: "Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Son xəbərlər