Türkiyəli hərbi istehkamçılar Azərbaycanda... Müdafiə Nazirliyi məlumat yaydı

img

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən baki-xeber.com-a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb: "Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk".

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə minaaxtarma əməliyyatına başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə isə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, minaaxtaran qruplar həm əraziləri minalardan təmizləyəcək, həm də Azərbaycan Ordusuna təlimlər keçəcək.

Son xəbərlər