Bu möhtəşəm birliyə ancaq zəfər yaraşır – bir qrup Xocalı gənci Prezident İlham Əliyevə yazdı...

img

“Biz Xocalı rayonundan olan bir qrup məcburi köçkün gənclərik. Bildiririk ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan quldur dəstələri tərəfindən hücumun qarşısını alaraq Sizin komandanlığınız altında əks-hücum həyata keçirən silahlı qüvvələrimizin parlaq qələbəsindən qürur hissi keçiririk.

Azad olunan torpaqlarımızın hər qarışı bizim üçün çox dəyərli, çox əzizdir. Xalqımızın hər bir nümayəndəsi kimi, biz xocalılılar, xüsusən Xocalı rayon gəncləri Sizə güvənir və Sizin ətrafınızda sıx birləşərək işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün hər an əmrinizdəyik.

...Sizin komandanlığınız və siyasi rəhbərliyiniz altında xalqımız bəlkə də tarixdə misli görünməmiş birlik nümayiş etdirir. Bu möhtəşəm birliyə ancaq zəfər yaraşır. Biz gənclər Sizin rəhbərliyiniz altında qələbə qazanacağımıza tam əmin idik, çünki yolumuz haqq yolu, davamız haqq davasıdır. Vətən uğrunda keçirilən hərbi əməliyyatlarda hər biri qəhrəmanlıq dastanı yazan şəhidlərimiz və qazilərimiz var. Torpaqlarımız işğaldan azad olunandan sonra şəhidlərimizin qanı yerdə qalmadı. Biz birlikdə güclüyük! Tanrı Sizi və xalqımızı qorusun!”

Bunu Prezident İlham Əliyevə müraciətlərində Ağcakənd qəsəbəsində yaşayan, Xocalı rayonundan olan gənclər qeyd ediblər.

Baki-xeber.com

Son xəbərlər