Azərbaycanın son iki yüz ildəki durumunu dəyişdiniz – məşhur “91-lərdən” Prezidentə yeni müraciət…

img

Bakıdan professor, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, “91-lərin” və YAP Siyasi Şuranın üzvü Şahlar Əsgərov da Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz tariximizin şərəfli səhifəsini yazır, ermənilərin “Qarabağ nağılına” nöqtə qoymaqdadır. Siz, hərb, informasiya və diplomatiya cəbhələrində qələbələr qazanaraq tarixi ədaləti bərpa edirsiniz. Siz, böyük Müəllim kimi, dünyaya haqq-ədalət dərsi verdiniz.

Bu tarix dərsinin müddəaları çox möhtəşəmdir:

• “30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şeyi başa saldıq”;

• “Biz BMT TŞ-nın qətnamələrini təkbaşına yerinə yetirdik”.

...İki yüz il öncə Azərbaycan bu regionda baş verən bütün olayların idarə edən tərəfi, ermənilər isə passiv tərəfi olmuşdurlar. 1800-cü ildən etibarən, siyasi himayədarlıq səbəbindən ermənilər bölgədə cərəyan edən hadisələrin aktiv, biz isə idarə olunan, passiv tərəfinə çevrilmişdik.

Lakin, 27 sentyabr tarixindən etibarən Siz, Azərbaycanın son iki yüz ildəki durumunu dəyişdirdiniz və dediniz: “Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır”. Beləliklə, tarixi ədalətsizliyi bərpa etdiniz. Azərbaycanı bölgədə gedən olayların idarə edən tərəfinə, erməniləri isə idarə olunan tərəfinə çevirdiniz. Əlavə olaraq dediniz: “Biz Azərbaycan xalqının qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik”. Başımızı ucaltdınız, məğlub xalqı məğrur etdiniz. İnanıram ki, müəllifi olduğunuz yeni reallıq həm də dünyanın nizamına təsir edəcəkdir!

... 50 yaşımda itirdiyim Kəlbəcəri, 80 yaşımda mənə qaytardınız. Birinci vitse-prezident hörmətli Mehriban xanımın: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" sözləri ilə desək, Qarabağın dilbər güşəsi olan Kəlbəcər torpağını öpmək mənə də nəsib olsun!

Cənab Prezident, tariximizi şərəfləndirdiniz, mümkün olmayanları mümkün edirsiniz. Qarabağı Azərbaycana qaytardınız.

Allah Sizi və ailənizi qorusun! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Baki-xeber.com

Son xəbərlər