Almaniyanın Bonn şəhərindən İlham Əliyevə müraciət olundu – Siz xalqın fəxrisiniz...

img

“Biz, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar ölkəmizdə baş verən son siyasi və hərbi prosesləri, Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı qanı və canı bahasına necə işğaldan azad etməsini qürur hissi ilə yaxından izlədik.

Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsində Ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi mənfur erməni işğalçılarından azad etdi, müstəqil Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunur. Bu mübarizədə biz, hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, bununla fəxr etməlidir.

Düşmənin hərbi əməliyyatlardan kənarda yerləşən Gəncə şəhərinə və onun dinc əhalisinə edilən raket zərbələrini şiddətlə qınayırıq. Heç bir insani çərçivəyə sığmayan bu hərəkətlər düşmənin zəifliyinin əlamətidir. Gəncə əhalisinə və xalqımıza səbir diləyirik.

...Sizin siyasi və hərbi iradəniz, xalqımızın birliyi və Ordumuzun əzmkarlığı sayəsində müstəqil Azərbaycanımızın üçrəngli bayrağı tezliklə Qarabağımızın mərkəzi Xankəndi şəhərində dalğalanacaq, regionda sülh və əmin-amanlıq bərpa olunacaq və Azərbaycan xalqı Sizin adınızı tarixə qızıl hərflərlə yazacaqdır. Siz xalqımızın fəxrisiniz.

Tanrı Sizi və xalqımızı qorusun!

Allah ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!”

Bunu Prezident İlham Əliyevə müraciətində Almaniya Federativ Respublikasının Bonn səhərindən Ramil Teymurov vurğulayıb.

Baki-xeber.com

Son xəbərlər