çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Paşinyan təslimçilik qərarına görə məsuliyyəti müxalifətlə bölüşməyə çalışır, müxalifət onu günahlandırır

Image


Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə verdiyi açıqlamada bütün günahı müxalifətin üzərinə yıxmağa çalışıb. O bildirib ki,  parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb: “İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak edib. Müxalifəti əmin etdim ki, onların üzərinə heç bir məsuliyyət qoymayacağam. Sadəcə bu addımı atıram ki, xalqda ondan gizli nəsə bir şey etmək istədiyim barədə fikir yaranmasın”.

Onun sözlərinə görə, o vaxt açıq bəyanatla çıxış etsəydi, Azərbaycan təklif olunan ssenaridən imtina edərdi, Ermənistan tərəfi isə çətin vəziyyətə düşərdi. Buna görə də TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. Putin cavab verib ki, bu məsələləri səhərə qədər Əliyevlə müzakirə edib, nəticəsini Paşinyana deyəcək. Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşıdırlar. Baş nazir hesab edir ki, əslində, onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin  adından bəyan ediblər: "Lakin bütün bunlar önəmli deyildi, çünki mən artıq qərar qəbul etmişdim və işi axıra çatdırmaq istəyirdim".

Ertəsi gün Rusiya prezidenti, şərtləşdikləri kimi, zəng edib. O bildirib ki, Əliyev buna razıdır, lakin sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir, çünki Hadrut və Talış artıq Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaq:

"Beləliklə, atəşin dayandırılması mümkün olmadı, çünki mən dedim ki, Hadrutla razılaşsam belə, Şuşanın verilməsini təsəvvür edə bilmirəm. Rusiya Prezidenti təəccübləndi ki, mən nə üçün azərbaycanlıların qayıtmasının əleyhinəyəm. Mən öz arqumentlərimi təqdim edəndə o dedi ki, onlar məntiqlidir".

Ermənistan müxalifəti Paşinyanın bu açıqlamasına sərt reaksiya verib. Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 19 oktyabrda müharibənin dayandırılması üçün aparılan danışıqlarla bağlı açıqlamasına reaksiyasında Paşinyanı “həyasızcasına yalan danışmaqda” və “torpaqları satmaqda” ittiham edib: “12 oktyabrda mən Paşinyana təklif etdim ki, Putinə müharibəni dayandırmaq xahişi ilə müraciət etsin. Dedim ki, bu gün atəşkəs üçün təklif edilən şərtlər sabah olmaya bilər, müharibə davam etsə, əlavə ərazilər və insan itkisi olacaq. Ancaq bunu etmədi və xalqa yalan danışmağa başladı ki, guya biz qələbə qazanacağıq”.

Onun sözlərinə görə, 19-20 oktyabr danışıqlarında Paşinyan Rusiya liderinin təklifindən imtina edib və bu, Putin üçün anlaşılmaz idi: “Amma bu gün həyasızcasına yalandan deyir ki, Putin onun cavabını “məntiqli” adlandırıb”.  Bundan əlavə, Şarmazanov görüşdə Hadrut və Şuşa haqda heç bir müzakirə getmədiyini diqqətə çatdırıb.

Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan da Nikol Paşinyanın bəyanatına münasibətdə bildirib ki, baş nazir əvvəlki kimi xalqı aldadır: "Paşinyanın bu iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm".

Göründüyü kimi, Ermənistan hakimiyyəti və müxalifəti düçar olduqları məğlubiyyətin səbəbini bir-birində axtarır və buna görə də qarşılıqlı ittihamlarla çıxış edirlər. Bu vəziyyət nəyi deməyə əsas verir?

 “Bununla hər iki qüvvə Rusiyanın planına sadiq olduqlarını nümayiş etdirdiklərini bildirir ki, Moskva gələcəkdə onlara yaşıl işıq yandırsın”

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistandakı siyasi situasiya bunu tələb edir: “Qarşılıqlı ittihamlar əvvəl də vardı, ancaq hazırda  müharibədəki məğlubiyyətin fonunda daha da şiddətlənib. Paşinyanın dünənki çıxışı və ona erməni müxalifətinin verdiyi reaksiyalarda olduqca maraqlı olan yeni detallar nəzərə çarpdı. Müharibə dayandığı  vaxtda müxalifət Paşinyanı təslimçi sülhə imza atmaqda ittiham edirdi. İndi isə həm Paşinyan, həm də müxalifət bir-birini Rusiyanın təklifini gecikdirməkdə ittiham edir. Bu artıq o anlama gəlir ki, Ermənistan iqtidarı və müxalifəti  məğlubiyyətlə barışıb. Sadəcə, qarşılıqlı ittihamlarla kimin Rusiyaya xidmətdə asilik etdiyini gözə soxmaq istəyirlər. Onlar bilirlər ki, artıq Qarabağla bağlı nəyisə dəyişmək gücündə deyillər. Bu səbəbdən də, bütün ittihamlar Ermənistanda hakimiyyətin gələcək taleyinin müəyyənləşməsinə yönəlib. Bununla hər iki qüvvə Rusiyanın planına sadiq olduqlarını nümayiş etdirdiklərini bildirir ki, Moskva gələcəkdə onlara yaşıl işıq yandırsın. Bu, xarici auditoriya üçün nəzərdə tutulub. Bu polemikalarda hər iki tərəf həm də daxili auditoriyanı əla almaq istəyir və bununla məğlubiyyətin məsuliyyətini bir-birinin üzərinə atmağa çalışır”.

Ekspertin sözlərinə görə, situasiya göstərir ki, yaxın zamanlarda Ermənistandakı iqtidar-müxalifət münasibətləri daha qaynar fazaya keçəcək.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ