Ermənistan Rusiya sülhməramlıları üzərində təxribat oyunları planlayır - hədəf Azərbaycanı Rusiya ilə toqquşdurmaqdır

Arzuxan Əlizadə: “Ermənilərin terrorçu keçmişini nəzərə alsaq, bu risqi heç vaxt gözardı etmək olmaz”

img

Erməni mediasında, sosial şəbəkələrdə Qarabağdakı Rusiya sülhməramlılarına üstüörtülü hücumlar təşkil etməyə yönəlik çağırışlar səslənir ki, sonra bunda Azərbaycanı günahlandırsınlar. Bu minvalla Rusiyanın “DQR-in müstəqilliyini” tanıması üçün Abxaziya ssenarisindən istifadə etməyi təklif edirlər: “Şəhid paltarını geyinirik və gedib günahsız rusları öldürürük”.

Onların məntiqinə görə, bu vəziyyətdə rəsmi Moskvanı Azərbaycana qarşı qoymaq mümkün olacaq. Ermənilər çirkin hədəfləri naminə onların təhlükəsizliyini təmin etməyə çağırılan Rusiya sülhməramlılarını qətlə yetirməyə hazırdırlar. Hər halda, canlarını qurtardıqlarına görə ermənilərin verdikləri çörəyi dadmadan əvvəl rusiyalı sülhməramlılar 100 dəfə düşünməlidirlər. Şübhəsiz ki, erməni təxribatçılar bu təklifi qəbul edə və həyata keçirməyə tələsə bilərlər. Ancaq çətin ki, bu plan işə yarasın. Çünki bu haldan sonra istintaq aparan Rusiya hüquq-mühafizə orqanları cinayətin təşkilatçılarını tez tapacaqlar və İrəvan vəziyyətdən çıxmaq üçün daha böyük yalan uydurmalı olacaq. Erməni istifadəçilərinin alçaqlığına başqa bir nümunə isə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərini yetərincə minalamadıqlarına təəssüflənmələridir. Qeyd edirlər ki, hər yer minalanmalı idi.

Görünən odur ki, ermənilər bu kimi məkrli təxribatları törətmək barədə düşünürlər. Bu isə onu deməyə əsas verir ki, biz bu kimi təxribatlara hər zaman hazır olmalıyıq. İmkan verməməliyik ki, onların bu təxribatları baş tutsun.

  • “Sözügedən məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları...”

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ermənilərdən nə desən gözləmək olar: “Onlar tərəfindən Rusiya sülhməramlılarına yönəlik bu cür təxribat ola bilər. Bununla onlar istəyəcəklər ki, Qarabağda böyük skandal yaransın və Rusiya bunun qarşılığında Azərbaycana yönəlik radikal addımlar atsın. Ermənilərin mənfur və terrorçu xislətini nəzərə alsaq, belə bir risq var. O üzdən, buna son dərəcə diqqətli yanaşmalıyıq. Hesab edirəm ki, sözügedən məsələ ilə bağlı Rusiyanın müvafiq qurumları məlumatlandırılmalıdırlar. Cünki onlar dinc oturmayacaqlar. Düzdür, bu heç də o demək deyil ki, onların təxribatı istədikləri kimi baş tutacaq. Ancaq biz bir an belə ayıq-sayıqlığımızı əldən verməməliyik. Hər zaman nəzərə almalıyıq ki, çox məkrli və mənfur düşmənlə üz-üzəyik. Məsələ ondadır ki, ermənilər 2-ci Qarabağ müharibəsində yaşadıqları məğlubiyyəti həzm etmək istəmirlər. Müxtəlif vasitələrlə onun təsirlərini azaltmağa çalışırlar. Fransa Senatının bədnam qərarı və digər məsələlər bunun tərkib hissəsidir. Bütün bunlarla yanaşı, ermənilərin terrorçu keçmişini nəzərə alsaq, bu risqi heç vaxt gözardı etmək olmaz. Bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, ermənilər Rusiya sülhməramlılarının Qarabağda olmasının azərbaycanlıların o qədər də ürəyincə olmamasının fərqindədirlər. Ermənilərin əlində böyük media resurslarının olduğunu nəzərə alsaq, sabah belə bir təxribat olsa, o zaman onlar bunu “məharətlə” spekulyasiya edəcəklər. Bu baxımdan bütün bu ehtimallara son dərəcə ciddi yanaşmalıyıq”.

Partiya sədri onu da qeyd etdi ki, ermənilərə etibar olmadığına görə diqqətli olmalıyıq.

Vidadi ORDAHALLI

Son xəbərlər