Türkiyənin Muğla şəhərindən Zayım Çil Prezident İlham Əliyevə müraciət etdi...

img

Müraciətimi Azərbaycan Ordusunun cəsarət və qəhrəmanlıq göstərərək Qarabağda qazandığı böyük Qələbəsini təbrik etməklə başlamaq istəyirəm.

Bu mübarək mübarizənizdə millət olaraq qiyamətə qədər Sizinlə bərabərik. Sizin qələbəniz həm də bizim qələbəmizdir. Türk millətləri igid əsgər kimi doğular, qəhrəman kimi ölərlər. Qarabağın azadlığı uğrunda şəhid olan qardaşlarıma rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.

Sizlərin başının uca olması bizi də çox qürurlandırdı. Maddi və mənəvi olaraq hər zaman yanınızdayıq. Mən şəxsən dövlət məmuru kimi bu şərəfə nail olmağa hazıram. Azərbaycan üçün biz canımızı fəda verəcək millətik.

Damarlarında eyni qan axan insanları yaxşı gündə də, çətin gündə də tək qoymarıq. Nə lazım olsa Azərbaycan üçün onu etməyə hazıram.

İnşallah, daim zəfər çalar, müzəffər olarsınız”.

Bunu Türkiyə Respublikasının Muğla şəhərindən Zayım Çil Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib.

Baki-xeber.com

Son xəbərlər