Kəlbəcərin 24 min hektarlıq meşə fondunun mühüm hissəsini ermənilər məhv edib - Prezident bu cinayətin də əvəzsiz qalmayacağına söz verdi

Telman Zeynalov: “Qarabağdakı meşələr regionun iqliminin tarazlığını qoruyan ən mühüm amillərdəndir”

img

Qürurverici haldır ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfəri Azərbaycan Ordusunun bölmələrinin noyabrın 25-də Kəlbəcər rayonuna daxil olması ilə davam edir. Ağdamdan sonra “Azərbaycanın ikinci Qobustanı” adlandırılan Kəlbəcər kimi mühüm və strateji əhəmiyyətli, o cümlədən, çətin relyefə malik bir rayonun bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın şanlı uğurudur.

 

Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Bu rayon həm yeraltı, həm də yerüstü sərvətlərlə olduqca zəngindir. Rayonda 24 min hektar meşə ərazisi var. Ancaq mənfur ermənilər Kəlbəcəri tərk edərkən meşələri məhv ediblər.

Noyabrın 25-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib ki, bu, böyük sərvətimizdir: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldurlar, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Ermənilər Kəlbəcərdə meşə ərazisini məhv etməklə ekoloji terror törədirlər. Buna görə işğalçı ölkə beynəlxalq məhkəmədə cavab verməli olacaq.

  • “Beynəlxalq məhkəmə onları meşələrin bərpası üçün təzminat ödəməyə məcbur edə bilər”

Ekoloq Telman Zeynalov bildirdi ki, ermənilər terror törətməkdən çəkinmirlər: “Bunlar elə bir millətdirlər ki, cansız olan əşyanı, daşı, torpağı da incitməkdən zövq alırlar. Qarabağı tərk edən ermənilər ağacları qırır, meşələri yandırırlar. Beynəlxalq məhkəmə onları meşələrin bərpası üçün təzminat ödəməyə məcbur edə bilər. Çünki işğal altında olan ərazilərdə yaşı yüzdən çox olan ağaclar, nadir bitkilər var. Azərbaycan müharibədən sonra meşələri bərpa edəcək. Çünki Qarabağdakı meşələr regionun iqliminin tarazlığını qoruyan mühüm amillərdəndir”.

Günel CƏLİLOVA

Son xəbərlər