Erməni etirazçıların baş nazirə sualı - Paşinyan, niyə torpaqları dərhal qaytarmadın?

img

Ermənistanda Qarabağ müharibəsindəki məğlubiyyət və kapitulyasiyanın imzalanması ilə əlaqədar etirazlar hələ də davam edir. Trend-in məlumatına görə, rusiyalı bloger Aleksey Romanov Ermənistanda hadisə yerindən reportaj hazırlayıb.

Etiraçılardan biri Ermənistanın müharibəni dərhal dayandırmalı olduğunu hesab etdiyini deyib: “Paşinyan, niyə torpaqları Azərbaycana müharibə başlayan kimi, birinci-ikinci günlərdə qaytarmadın?! Niyə dərhal qaytarmadın. Deyirlər ki, 2 min nəfər ölüb. Elə deyil, 3-4 min 18-20 yaşlı oğullar ölüb. O, torpaqları dərhal verməli idi”.

Son xəbərlər