Jerom Lamber Makronun Qarabağ haqda açıqlamasını "gecikmiş çıxış" adlandırdı

img

Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ və ətraf rayonların beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləri olması barədə dediklərini Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber (Jérôme Lambert) "gecikmiş çıxış" adlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Lamber öz Facebook səhifəsində Makronun çıxışının videogörüntüsünü paylaşaraq yazıb:

"Nəhayət ki, dövlət başçısının dilindən formal etiraf. Mən bu barədə artıq neçə həftədir deyirdim. Dağlıq Qarabağ həqiqətən Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazidir. Emmanuel Makronun bu gecikmiş çıxışı fransız diplomatiyasının BMT qətnamələrinə səs verərkən daima tutduğu mövqeyə uyğundur".

Lamber beynəlxalq hüquqa söykənən mövqeyinin nəhayət qəbul edildiyini bildirib: "Mən bilirdim ki, mənim beynəlxlaq hüquqa söykənən mövqeyim nəhayət ki, qəbul ediləcək. İndi bu ədalətli əsaslar üzərində xalqlar arasında sülhə nail olunmalıdır. Fransa bunun üzərində işləyə bilər. Öz səviyyəmdə mən də həmişə arzuladığım kimi bu yönümdə çalışacağam".

Son xəbərlər