26/11/2020 18:58
728 x 90

Putin Qarabağa dair bəyanatın mətninin müəlliflərini açıqladı - Niyə oxuyum ki, onsuz da özüm yazmışam

img

Dağlıq Qarabağa dair üçtərəfli bəyanat Rusiya, Ermənistan və Azərbaycan tərəfindən hazırlanıb, Moskva vasitəçi rolunu oynayıb. Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

"Rossiya 1" telekanalının "Moskva. Kreml. Putin” verilişinə müsahibəsində prezidentdən sözügedən sənədin müəllifi olub-olmadığı soruşulub.

"Üç müəllif, bu, tamamilə dəqiqdir. Mənim replikama gəlincə, imzalamadan sonra verdiyim açıqlama nəzərdə tutulub. Mətnin özünə gəldikdə isə, biz bunu üçlükdə etdik – mən, Prezident Əliyev və baş nazir Paşinyan. Başqa cür mümkün deyildi, çünki əslində, bu, iki tərəf arasında razılaşma idi", - deyə Putin bildirib.

"Rusiya yalnız vasitəçi rolunu yerinə yetirib və bu sənəd üzrə tərəflər arasında sülhün əldə olunması vəzifəsini üzərinə götürüb. Biz indi bu işlə məşğuluq. Odur ki, müəlliflər sözsüz ki, üç tərəfdir", - deyə o qeyd edib.

Putin bəyanatın mətnini imzalamazdan əvvəl köməkçisinin sənədi oxuması təklifinə “Niyə oxuyum ki, onsuz da özüm yazmışam” replikasını belə şərh edib.

Son xəbərlər