Rusiya XİN rəhbəri: "Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar"

img

Ümid edirik ki, Rusiya ilə birlikdə Minsk qrupunun həmsədrləri məsələlərin həllinə qoşulacaqlar. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Rusiya XİN rəhbəri bildirib: "Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir".

Son xəbərlər