Bu günü 30 il gözlədik – Moskvadan Verdiyevlər ailəsi Azərbaycan Prezidentinə yazdı...

img

Rusiya Federasiyasının Moskva şəhərindən Verdiyev Tarix Əliqulu oğlu, Verdiyeva Kəmalə Tofiq qızı, Verdiyeva Yaqut Tarix qızı Prezident İlham Əliyevə müraciət edib.

“Biz – Moskvada yaşayan azərbaycanlılar Sizin diplomatik, sərkərdəlik məharətinizlə və sadəcə, insani keyfiyyətlərinizlə qürur duyuruq. Sizin müxtəlif dillərdə verdiyiniz müsahibələrdə, işğal edilmiş torpaqlarımızın azad olunması yolunda Azərbaycanın ədalətli mövqeyini necə əsaslandırdığınızı görəndə sözlə ifadəsi çətin olan bir iftixar hissi keçiririk. Ordu ilə xalqın birliyi sayəsində cəmi 44 gün ərzində əldə edilmiş böyük uğurlara görə Sizə təşəkkür edirik. Biz bu günü 30 ilə yaxın gözləmişdik. Hörmətli İlham Heydər oğlu, biz Sizə möhkəm cansağlığı arzulayırıq. Çox sağ olun ki, Azərbaycanın bütün ərazisində tam suverenliyin bərpası uğrunda başladığınız bu müqəddəs savaşı uğurla başa çatdırdınız” - deyə müraciət müəllifləri qeyd edir.

Baki-xeber.com

Son xəbərlər