Daşkənddən Muydinov Adaşalı Prezident İlham Əliyevə məktub yazdı - 1904-1905-ci illər rus-yapon müharibəsində...

img

Özbəkistan Respublikasının Daşkənd şəhərinin Yunusabad rayonundan Özbəkistan Respublikasının vətəndaşı Muydinov Adaşali də Prezident İlham Əliyevə müraciət edib:

“İcazə verin, qardaş Azərbaycan xalqını öz ərazilərinin – çox çətinliklə sinə gərmiş müqəddəs torpaqlarının işğalçılardan azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsində qazandığı Böyük Zəfər münasibətilə səmimi qəlbdən təbrik edim.

Bu Zəfər bütün xalqın birlik və yenilməzliyinin, savaş meydanında Azərbaycan döyüşçülərinin fədakarlığının, bu azadlıq müharibəsinin vaxtının, strategiya və taktikasının düzgün seçilməsinin, eləcə də ölkəyə rasional siyasi-hərbi rəhbərliyin nəticəsidir. Sizin Böyük Qələbəniz yadelli işğalçıların təcavüzünə məruz qalmış digər xalqlara da ilham verəcəkdir, necə ki, 1904-1905-ci illər rus-yapon müharibəsində Yaponiyanın qələbəsi Hindistan xalqını mübarizəyə ruhlandırmışdı.

Bu Qələbə həm də sübut etdi ki, Sizin rəhbərliyiniz altında həqiqi mənada suveren dövlət olan Azərbaycan kənar təzyiqlərə məruz qalmış digər ölkələrə nümunə göstərir.

İşğaldan azad edilmiş Qarabağda hər kəsin dinc və təhlükəsiz yaşamasına təminat veriləcəyini Sizin bəyan etməyiniz bundan sonra regionda insanların dağıdıcılıqla deyil, yalnız qurub-yaratmaqla məşğul olacaqlarının təminatıdır. Bununla belə, ümidvaram ki, əzabkeş azərbaycanlı qardaşlarımız ehtiyatı əldən verməyəcək, “zirehli qatarı ehtiyat yolda, barıtı isə quru” saxlayacaqlar”.

Baki-xeber.com

Son xəbərlər