Qazaxıstandan general-mayor Şahin Nəsibov Prezident İlham Əliyevə yazdı...

“Müzəffər Ali Baş Komandan olaraq torpaqlarımızı işğaldan azad etmək üçün həyata keçirdiyiniz müqəddəs savaş və qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Milli Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları düşmən işğalından azad etməklə qələbə qazandı. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu məsuliyyətli, eyni zamanda şərəfli günlərdə Qazaxıstandakı soydaşlarımız və ümumiyyətlə, dünya azərbaycanlıları bütün varlığı ilə Ali Baş Komandanımızın, ordumuzun yanındadır. Sizinlə və bu müqəddəs savaşda döyüşən əsgər və zabitlərimizlə fəxr edirik. Vətən uğrunda canını fəda edən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Siz bir daha beynəlxalq aləmə sübut etdiniz ki, Azərbaycan dövləti bu torpaqların həqiqi sahibidir. Şükürlər olsun ki, Sizin qətiyyətiniz sayəsində bu haqq savaşında Azərbaycan qalib gəldi. Siz xaricdəki soydaşlarımıza tövsiyə etmisiniz ki, mütərəqqi yenilikləri Azərbaycana gətirsinlər. Mən də buna uyğun olaraq fəaliyyət göstərirəm. Düşünürəm ki, Azərbaycanımızın iqtisadi yüksəlişi əksər ölkəyə nümunə olacaq. Mən Azərbaycanın gələcəyini parlaq görürəm. Hər zaman Vətənimin adının yüksəklərdə olmasını arzulayıram. Allah Sizi, Azərbaycan xalqını və qəhrəman ordumuzu qorusun. Bu Qələbə münasibətilə Ali Baş Komandan olaraq Sizi, ordumuzu və dünya azərbaycanlılarını bir daha ürəkdən təbrik edirik!”
Bu fikirləri Qazaxıstan Respublikasının Nur-Sultan şəhərindən “Qazaxıstan Milli Kənd Təsərrüfatı Palatası” Hüquqi Şəxslər və Fərdi Sahibkarlar Birliyinin prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin general-mayoru Şahin Nəsibov Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com