Azər Paşa Nemətov Prezidentə müraciət etdi - Siz Azərbaycanın qalib ölkə olması üçün...

img

“Sizi - vətəninin təəssübünü çəkən görkəmli dövlət xadimini, düşmənin bağrına od salan müzəffər ordumuzun Ali Baş Komandanını, fədakar Azərbaycan övladını doğma Qarabağımızın işğalçılardan azad edilməsi münasibətilə ölkəmizin çoxsaylı teatr ictimaiyyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin ulu öndərimiz Heydər Əliyevin müstəqil dövlətimizin inkişafı naminə qoyduğu ideyaları layiqincə davam etdirməyiniz, ölkəmizdə bütün sahələr üzrə aparılan islahatlar, əldə olunan uğurlu nəticələr xalqın öz dövlət başçısına inamını daha da artırdı və bu gün tarixi qələbəmizin uğurlu təminatı oldu.

Vətənimiz uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak edən, silahlı qüvvələrimizin bütün şəxsi heyətinin mübarizliyi sayəsində əldə etdiyimiz qalibiyyət müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna bir daha möhkəm əminlik yaratdı.

...Tarixi qələbəmiz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, işğaldan azad olan torpaqlarımızın dirçəlişi və doğma Azərbaycanımızın yüksəlişi naminə şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Allah şəhidlərimizə rəhmət eləsin. Allah yaralı əsgərlərimizə şəfa versin. Allah Sizi - Azərbaycanın qalib ölkə, azərbaycanlıların qalib millət olması üçün bütün qüvvə və bacarığını sərf edən Ali Baş Komandanımızı və başçılıq etdiyiniz ordumuzu qorusun.

Yaşasın Azərbaycan! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”

Bunu Bakıdan Xalq artisti, professor Azər Paşa Nemətov Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər