Ermənistanın işğalçı, terrorçu silahlı birləşmələri Azərbaycan ərazilərini qəsb etdikdən sonra düşmən ölkənin siyasi rəhbərliyi guya ermənilərin bu ərazilərdə “qədim dövrdən” yaşadıqlarını “sübut etmək” üçün dünyanın müxtəlif yerlərindən, o cümlədən də Ermənistandan yarı zor, yarı xoş erməniləri bizim ərazilərimizə köçürərək, burada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib.
Atalarımızın belə bir misalı var: “Özgə atına minən tez düşər”. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi və üçtərəfli bəyanatın imzalanmasına, Ermənistanın kapitulyasiyasına nail oldu.
Artıq bu sənəddən irəli gələrək, ilkin olaraq, Kəlbəcərə sonradan köçürülən və Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin qurbanı olan ermənilər buranı tərk edirlər. Onlarla bərabər işğalçı ölkənin silahlı birləşmələri də Kəlbəcəri tərk edirlər.
Kəlbəcərdən gəldikləri yerlərə qayıdan ermənilər bütün nə varsa aparır, apara bilmədiklərini isə dağıdır, od vurub yandırırlar. Onlar o qədər vəhşiləşiblər ki, apara bilmədikləri atların, eşşəklərin başlarını kəsirlər. Bundan başqa, ağacları kəsirlər, meşələrə od vururlar. Bütün bunlar dünyada analoqu olmayan erməni vəhşiliyinin, erməni barbarlığının qabarıq göstəricisidir. Oxucularımız bağışlasınlar, hətta ermənilər evlərdən, idarələrdən unitazları da söküb aparırlar. Görün, bu toplum nə qədər vəhşi, nə qədər barbar, nə qədər acgözdür ki, unitaza belə tamah salırlar. Hətta sosial şəbəkələrdə belə bir video da yayılıb - köçən erməni ailələrindən birinin başı unitaz, “var-dövlət” toplamağa o qədər qarışıb ki, azyaşlı övladını unudub Kəlbəcərdə qoyublar. Bu toplum üçün müqəddəs heç nə yoxdur, ona görə də övladını belə topladığı cır-cındırlara qurban verirlər.
“Kəlbəcərdən köçüb gedən ermənilərin barbar davranışları vəhşiliyin son həddidir”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanata əsasən, qrafik üzrə erməni işğalçıları Kəlbəcərdən, Laçından, Ağdamdan dekabrın 1-nə qədər çıxmalıdır: “Bilirsiniz ki, birinci noyabrın 15-nə qədər Kəlbəcərdəki ermənilər çıxarılmalı idi. Ermənistan tərəfi bizə müraciət edərək müddətin 10 gün də uzadılmasını xahiş edib. Ermənilər Kəlbəcəri tərk edərkən burada hər cür vəhşiliklər, barbarlıqlar törədiblər. Bu gün də o vəhşiliklərini davam etdirirlər. Bu hadisələrə qədər də biz erməni vəhşiliklərinin, abidələrimizə qarşı törətdikləri vandalizmin şahidi olmuşuq. Biz bunu yaxşı bilirik. Bu səbəbdən də Ermənistan işğal dövründə heç bir xarici nümayəndəlikləri, ekspert qruplarını işğal altında saxladığı Azərbaycan torpaqlarına buraxmırdı. Ermənilər Kəlbəcərlə yanaşı, Ağdamda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və başqa yerlərimizdə böyük vəhşiliklər törədiblər.
Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse prezidenti Mehriban Əliyeva Füzuli və Cəbrayılda olublar. Səfər zamanı Prezident özü şəxsən dedi ki, Füzulidə və Cəbrayılda erməni vandalları hər şeyi dağıdıblar. Onların arasında isə ən çox dağılan Ağdamdır. 30 il idi ki, ermənilər Azərbaycanın işğal altında saxladıqları ərazilərini dağıdıb tari-mar ediblər. Ermənilər həmçinin də Kəlbəcərdə eyni vəhşilikləri törədir, meşələri talayır, ağacları kəsib daşıyır, sonra isə yandırır, evlərə, inzibati obyektlərə od vurur, hətta təbii sərvətlərimizi də talan edirlər. Kəlbəcərdə və Zəngilandakı qızıl yataqlarını ermənilər 30 il qanunsuz olaraq istismar ediblər. Ermənilər bu gün Kəlbəcərdə etdikləri vəhşilikləri heç cür gizlədə bilmirlər, bütün cinayət əməllərini xarici medianın, beynəlxalq aləmin gözləri qarşısında edirlər. Bunu orada olan Rusiya sülhyaratma qüvvələri də, beynəlxalq təşkilatlar da görürlər. Siz fikir versəniz görərsiniz ki, ermənilərin üzü Ermənistana doğru gedən maşınlarının içləri Kəlbəcər meşələrindən qırılıb aparılan ağaclarla doludur. Eyni zamanda, alban kilsələrinin elementlərini də daşıyıb aparıblar. Son məlumatlara görə, artıq Rusiyanın sülhyaratma qüvvələri o kilsələrin mühafizəsini öz üzərlərinə götürüblər ki, ermənilər bundan sonra oranı talamasınlar. Kəlbəcərdən köçən ermənilərin törətdikləri vəhşiliklər nəinki ekoloji terrordur, birmənalı olaraq, insanlara qarşı yönəlmiş bir cinayətdir. Bunlar öz yerində. Görün, ermənilər nə qədər vəhşiləşib, barbarlaşıblar ki, apara bilmədikləri atın, eşşəyin başını kəsir, heyvanları tövlələrə yığıb diri-diri yandırırlar ki, Azərbaycana qalmasın. Kəlbəcərdən köçüb gedən ermənilərin barbar davranışları vəhşiliyin son həddidir”.
Ş.Ağayev qeyd etdi ki, beynəlxalq təşkilatlar isə erməni vəhşiliyini görsələr də, yenə də susurlar. Onun sözlərinə görə, bir heyvanı öldürüb xəzindən kürk tikən ermənilərin vəhşiliyinə heyvanların beynəlxalq müdafiəsini həyata keçirən təşkilatlar və heyvanları müdafiə edən “Hollivud” ulduzları da göz yumurlar. “Onlardan biri də Pamela Andersondur, o və başqaları niyə buna etiraz etmirlər, niyə səslərini çıxarmırlar? Heyvanlara qarşı qəddar davranışlar erməni vəhşiliyinin nə əvvəli, nə də sonudur, onlar daim bu cinayətlə məşğul olublar. Bu onların xarakteri, psixologiyası, mentalitetidir. Amma dünya birliyi erməni vəhşiliyinə səsini qaldırmalıdır. Beynəlxalq təşkilatlar nəhayət ki, belə vəhşiliklər törədən bir toplumu müdafiə etməkdən imtina etməlidir. Amma ermənilərə qarşı heç bir təzyiq vasitəsindən istifadə olunmur? Onlar bu cəzasızlıqları görüb yenidən cinayətlər edirlər. Beynəlxalq aləm tərəfindən bunların qarşısı alınmalıdır” - deyə Ş.Ağayev vurğuladı.
İradə SARIYEVA