29/11/2020 20:28
728 x 90

Ermənistanın cinayətlərilə bağlı 27 senytabrdan bu günə qədər 45 cinayət işi başlanıb

img

Ermənistanın törətdiyi cinayətlərə görə senytabrın 27-dən bu günə qədər 45 cinayət işi başladılıb.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Tərtər şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hər bir faktla bağlı prokurorluq əməkdaşları işlər aparır. Bu cinayətlərə görə, Ermənistanın hərbi siyasi rəhbərliyi məsuliyyət daşıyır: "Bir daha sizi əmin etmək istəyirəm ki, tarixdə həmişə belə cinayətləri törədənlər cəzasını alıb. Ermənistan hərbi-siyasi rəhbərliyi də tezliklə cəzasını alacaq".

Son xəbərlər