29/11/2020 21:19
728 x 90

30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib

img

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib. Trend-in məlumatına görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib: "Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi".

Son xəbərlər