Hikmət Hacıyev xarici diplomatlarla Tərtərdədir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, diplomatik korpusun və beynəlxalq medianın nümayəndələri Tərtərdədir.
Trend-in məlumatına görə, diplomatlar burada Ermənistanın törətdiyi terror səhnələri ilə tanış olacaqlar.
Bundan əvvəl xarici diplomatlar Bərdədə olublar.