Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Bu barədə baki-xeber.com-a Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Nazirlik bildirir ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil: "Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".