Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb.
Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də etdiyi paylaşımda bildirib.