Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ermənistan yeni vətəndaş müharibəsinin bir addımlığında...

Image


Siyasi müstəvidə Ermənistanda rəqiblərini sıradan çıxarmaq üçün baş nazir Nikol Paşinyanın inzibati resurslardan daha çox istifadə etməsi ölkədə artıq böyük hiddət doğurur. Narazılıq yaradan məqamlardan biri də budur ki, Paşinyan ona qarşı genişmiqyaslı etiraz aksiyaları təşkil etmək istəyən rəqiblərinin bu niyyətinin üzərindən, fövqəladə vəziyyət rejimini əsas gətirərək, xətt çəkir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan elan etdiyi fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir. Nikol Paşinyan bunun səbəblərini belə izah edir:“Biz başa düşürük ki, ölkədə fövqəladə vəziyyət rejimini sonsuza qədər uzada bilmərik. Amma ölkədəki epidemioloji vəziyyəti də nəzərə almalıyıq. Balanslaşdırılmış qərar qəbul etməliyik. Vəziyyət onu göstərir ki, biz fövqəladə vəziyyət rejimini dördüncü dəfə və ən azı, daha bir ay uzatmalıyıq”.

Paşinyan bildirib ki, Ermənistan hakimiyyətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejimi iyulun 13-də başa çatır. Ölkədəki epidemioloji vəziyyət isə ağır olaraq qalır. Qeyd edək ki, hazırda Ermənistanda 30 minə yaxın koronavirus xəstəsi var. 500 nəfər isə pandemiyanın qurbanı olub. Pandemiyaya qarşı mübarizənin zəif təşkil edilməsi və bu durumda ölkənin daha çarəsiz duruma düşməsi Paşinyan iqtidarından narazılığı artırır. Bu durumda Paşinyana müxalif olanlar onu elə aksiyalar yolu ilə devirməyi düşünür. Bu baş verersə, Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçukun fikrincə, Paşinyan iqtidarının sonu çatacaq:“Erməni ictimaiyyəti dağılıb, məxməri deyilən inqilab baş tutmadı. İnqilabın əvəzinə ölkədə sosial böhran və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur. Nikol Paşinyan bu prosesi dayandırmaq iqtidarında deyil, çünki onun pozitiv inkişaf proqramı yoxdur. Ona görə də o, mütəmadi olaraq “günahkar” və siyasi hücümlar üçün obyekt axtarışındadır. Paşinyanın davamçıları, tərəfdaşları və deyərdim ki, fanatları onun kimi hərəkət edirlər. Öz aralarından başqa hər yerdə günahkar axtarırlar. Nümunə olaraq deyim ki, onlar tərəfindən mənim şəxsi ünvanıma da hücumlar güclənib”. Siyasi ekspert nəzərə çatdırıb ki, Ermənistan ictimaiyyətinin Paşinyana sualları get-gedə artmaqdadır: “Mən erməni mətbuatına yetərincə müsahibə verirəm, onların da Paşinyanın ünvanına get-gedə sualları çoxalır. Bütün bunlar isə Nikol Paşinyanın tərəfdarlarını daha da qıcıqlandırır. Mən həmişə cərəyan edən hadisənin obyektiv şəklini verirəm. Onu inkar etmək çətindir. Baş nazirin davamçılarının isə bunu etməyə arqumentləri yoxdur. Qeyd etmək istərdim ki, Paşinyanın fədakar tərəfdaşlarının sayı günü-gündən azalmaqdadır. Onlar başa düşür ki, yaxın zamanda erməni ictimaiyyəti onlara qarşı da ağır ittihamlar irəli sürəcək. Ona görə də onların hücumları hər gün daha da kəskin olur. Bu, alova oxşayır və bu mənim xoşuma gəlir. Çünki məhz bu formatda düzgün baxış ortaya çıxarır və möhkəmlənir”. Rusiyanın tanınmış siyasi eksperti qeyd edib ki, ermənilər onu hədələyir:“Paşinyanın fanatları məni birbaşa hədələyirlər. Mənim Ermənistan mətbuatına və Azərbaycan mətbuatına müsahibələrimdən sonra bu hücumlar daha da artır. Bu isə zəiflik əlamətidir. Qeyd edim ki, Azərbaycan mətbuatı erməni ictimaiyyəti tərəfindən diqqətlə izlənir, oxunur və mətbuatdan sitatlar gətirilir”. Ekspert Paşinyan tərəfdarlarına da müraciət edib: “Mənim mövqeyimi zəiflətmək və məhv etmək istəyirsinizsə, bunu açıq şəkildə etmək lazımdır. Bu hədəf üçün mən hətta birgə "dəyirmi masa"da çıxış etməyə razıyam. Budur əsl siyasət. Amma yuxarıda deyildiyi kimi, mənim mövqeyimə qarşı real arqumentlər yoxdur”.

Hazırda ağır sosial durum da sürətlə Paşinyanın əleyhinə işləyir. 2018-ci ildən indiyə qədər ölkədə işsizlik 20 faizə yaxınlaşıb. Bu rəsmi rəqəmlərdir, qeyri-rəsmi rəqəmlərə görə, əhalinin yarısı yoxsul vəziyyətdədir. Əhalinin 50 faizə qədəri ya evsizdir, ya da şərti mənzillərdə yaşayır. Hər ailənin orta gəliri 40 min dram, təxminən 85 dollardır. Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır. Əhali sürətlə Ermənistanı tərk edir. Ermənistan Statistika Komitəsinin 2019-cu ildə açıqladığı rəqəmlərə görə, son 10 ildə ermənilərin sayı 3,8 faiz, işçi qüvvəsinin sayı 17,7 faiz, məşğul əhalinin sayı isə 21,3 faiz azalıb. Bu, 2008-2018-ci illərdə Ermənistan əhalisinin 118,1 min, işçi qüvvəsinin 250,1 min, məşğul əhalinin isə 252,3 min azalması deməkdir. Bununla yanaşı, ölüm göstəricisi doğum göstəricisini üstələyir. Cari ildə də rəqəmlər yalnız mənfi istiqamətdə olacaq. Koronavirus pandemiyası isə Ermənistan iqtisadiyyatını tamamilə alt-üst etdi və  Nikol Paşinyan etiraf edir ki, yoluxma sayına görə ölkəsi dünyada ilk sıralardadır. Məhz bu vəziyyətdə Paşinyana qarşı fövqəladə vəziyyət rejimində belə aksiyaların başlaması qaçılmaz sayılır.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ