Cümə günü, 09 oktyabr 2026
     

Beynəlxalq festivallara qatılan müasir iddialı Azərbaycan filmləri böyük siyahı imiş…

Image


Aydın Kazımzadə: “Bu filmlərin Azərbaycan kinosunu beynəlxalq festivallarda təmsil etməsi və mükafatlar qazanması ürəkaçan hadisədir”
Təranə Əlizadə: “Filmlərimizin qazandığı nailiyyətlər…”

 

2017-ci il Azərbaycan kinosunun həyatında fərqli bir il olub desək yanılmarıq. Əvvəlki illərdən fərqli olaraq ötən il Azərbaycan kinosu bir sıra uğurlara nail olub. Azərbaycan filmlərinin bölgələrdə, ayrı-ayrı müəssisələrdə nümayiş etdirilməsindən tutmuş, dünya ekranlarında göstərilməsinə qədər xeyli sayda yaddaqalan hadisələr yaşanıb.  

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və kino vasitəsi ilə milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması istiqamətində görülən işlərin nəticəsi olaraq filmlərimizin 2017-ci ildə beynəlxalq festivallarda iştirak siyahısı tərtib olunaraq yerləşdirilib. Filmlərimizin siyahısı ilə tanış olarkən qarşımıza böyük bir mənzərə açılır. Bir neçə il əvvələ qədər Azərbaycan kinosunun sərhədləri aşacağına çoxlarımız ümid etmirdik. Ancaq bu gün görülən tədbirlər nəticəsində filmlərimiz xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallara qatılaraq ödüllərə layiq görülüblər.

2017-ci ildə “Azərbaycanfilm”də kinorejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filmi Çexiyada keçirilən Karlovı Varı Beynəlxalq Film Festivalında, Qazaxıstanda keçirilən “Avrasiya” Beynəlxalq Film Festivalında iştirak edib, “Ən yaxşı kişi roluna görə” mükafatına, “Münsiflər heyətinin xüsusi mükafatı”na,  FIPRESCI (Beynəlxalq Kino Mətbuatı Federasiyası) tərəfindən “Xüsusi vurğulama” mükafatına layiq görülüb. “Nar bağı”, həmçinin, Hollandiyada keçirilən “Film by the Sea” Beynəlxalq Film Festivalında, ABŞ-da keçirilən Asiya Dünya Film Festivalında, ABŞ-da keçirilən 26-cı “Heartland” Film Festivalında, Almaniyada keçirilən Kottbus Film Festivalında, Hindistanda düzənlənən 22-ci “Kerala” Beynəlxalq Film Festivalında, Belarusda keçirilən  "Listapad" Minsk Beynəlxalq Film Festivalında “Ən yaxşı ssenari” mükafatına və “Ən yaxşı aktyor” diplomuna layiq görülüb. “Nar bağı”nın uğurları bununla bitmir. Film Estoniyada keçirilən 21-ci "Qaranlıq Gecələr" (PÖFF) Film Festivalında, Türkiyədə keçirilən Malatya Beynəlxalq Film Festivalında da "Ən yaxşı bədii film" mükafatına, eləcə də  Türkiyədə düzənlənən 5-ci Antakya Beynəlxalq Film Festivalıında “Ən yaxşı qadın roluna görə” mükafatına layiq görüüb. Film, həmçinin, Misirdə təşkil olunan 39-cu Qahirə Beynəlxalq Film Festivalında da iştirak edib. Avstraliyada düzənlənən Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyası (APSA)  mükafatının müsabiqəsində “Young Cinema Award” mükafatına layiq görülən filmlər sırasında “Nar bağı” da var.

Beynəlxalq festivallarda Azərbaycan kinosunu təmsil edən filmlər sırasında 2015-ci ildə  “Azərbaycanfilm”də istehsal edilən kinorejissor Mirbala Səlimin “Qırmızı bağ” filmi də var. Bu film Banqladeşdə keçirilən 15-ci Dəkkə Beynəlxalq Film Festivalında “Ən yaxşı bədii film”, Türkiyədə düzənlənən Trabzon Beynəlxalq Film Festivalında - "Ən yaxşı qadın roluna görə", "Ən yaxşı kişi roluna görə", “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb. “Qırmızı bağ” filmi, həmçinin, Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində), Bolqarıstanda keçirilən  9-cu Sofia MENAR Film Festivalında, Rusiyada keçirilən 30-cu “NİKA” Rusiya milli kinematoqrafiya mükafatı müsabiqəsində, Avstriyada düzənlənən “LET’S CEE” Beynəlxalq Film Festivalı; Çin – 4-cü İpək Yolu Beynəlxalq Film Festivalında işrtirak edib.

2016-cı ildə “Azərbaycanfilm”də çəkilən kinorejissor İlqar Safatın “İçəri Şəhər” filmi də 2017-ci ildə uğurlara imza atan filmlərimizdən olub. Belə ki, sözügedən film ABŞ-da keçirilən 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl Remi” mükafatına layiq görülüb. Bundan başqa, film “Ən yaxşı qadın rolu” və “Ən yaxşı ikinci plan kişi rolu” mükafatları da qazanıb.

Film, eyni zamanda, ABŞ-da keçirilən “SEE Fest” Beynəlxalq Film Festivalında, Kayman adalarında düzənlənən Kayman Beynəlxalq Film Festivalında, İspaniyada keçirilən Madrid Beynəlxalq Film Festivalında, Çində keçirilən 4-cü İpək Yolu Beynəlxalq Film Festivalında, Hindistanda keçirilən Pune Beynəlxalq Film, Yashwant Beynəlxalq Film, Benqaluru Beynəlxalq Film,  Kozhikode Beynəlxalq Film, Kottayam Beynəlxalq Film, Nilambur Beynəlxalq Film festivallarında, Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində) iştirak edib. .

2012-ci ildə “Azərbaycanfilm”də istehsal edilən kinorejissor Şamil Əliyevin “Çölçü” filmi də bir sıra beynəlxalq kino festivallarına qatılıb. “Çölçü” Kayman adalarında keçirilən Kayman  Beynəlxalq Film Festivalında, Hindistanda keçirilən Kəlküttə Beynəlxalq Kult Filmləri Festivalında iştirak edib, “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatına layiq görülüb. Sözügedən film, həmçinin, ABŞ-da keçirilən Çikaqo Beynəlxalq Art-haus Film Festivalında, Türkiyədə təşkil edilən Alanya Beynəlxalq Film Festivalında da (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində) iştirak edib.

Rejissor Rafiq Əliyev və Cavid Təvəkkülün 2015-ci ildə “Azərbaycanfilm”də çəkdiyi “Dərs” filmi isə Rusiyada keçirlən 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalında “Yeniyətmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diploma layiq görülüb.

“Dərs”, həmçinin,  Rusiyada keçirilən 11-ci “Səmimi qəlbdən” Beynəlxalq Ailə Filmləri Festivalında, Banqladeşdə keçirilən 15-ci Dəkkə Beynəlxalq Film Festivalında və Türkiyədə düzənlənən Trabzon Beynəlxalq Film Festivalında iştirak edib.

Kinorejissor Babək Şirinsifətin 2016-cı ildə “Azərbaycanfilm”də çəkdiyi “Üçüncü günün adamı” filmi isə Kanadada təşkil edilən Montreal Dünya Film Festivalında, Misirdə keçirlən 39-cu Qahirə Beynəlxalq Film Festivalında, Türkiyədə düzənlənən 5-ci Antakya Beynəlxalq Film Festivalında iştirak edib. Sonuncu festivalda “Ən yaxşı kişi roluna görə” mükafata layiq görülüb.

Amil Məmiyevin 2014-cü ildə “Azərbaycanfilm”də çəkdiyi “Qara bağ” filminin də uğurları yox deyil. Film Türkiyədə keçirilən “Hak-İŞ” Beynəlxalq Qısametrajlı Filmlər Festivalında “Ən yaxşı bədii film”, “Ən yaxşı kişi aktyor” mükafatlarına layiq görülüb.

Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi 2016-cı ildə “Azərbaycanfilm”də istehsal edilib. Bu film Hindistanda keçirilən 6-cı Dehli Beynəlxalq Film Festivalında, Türkiyədə təşkil edilən Alanya Beynəlxalq Film Festivalında (“Azərbaycan kinosu bu gün” proqramı çərçivəsində) iştirak edib.                                                         

2015-ci ildə “Azərbaycanfilm”də çəkilən “Hədiyyə” filmi də uğur qazanan filmlərimiz sırasındadır.  Emin Əfəndiyevin quruluş verdiyi film İtaliyada keçirilən  “Corti a Sud – Polla in Corto” Beynəlxalq Qısametrajlı Film Festivalında Azərbaycan kinosunu təmsil edib.

Anar Abbasovun 2015-ci ildə “Azərbaycanfilm”də çəkdiyi “Qonşu qadın” filmi isə Bolqarıstanda keçirilən 9-cu Sofia MENAR Film Festivalında iştirak edib.

Rüfət Həsənovun “Kədərim” filmi də beynəlxalq festivala qatılıb. 2015-ci ildə  “Azərbaycanfilm”də çəkilən film Bolqarıstanda keçirilən 9-cu Sofia MENAR Film Festivalında iştirak edib. Teymur İsmayılovun 2015-ci ildə “Azərbaycanfilm”də ekranlaşdırdığı “Yuxarıda və aşağıda” filmi Bolqarıstanda keçirilən 9-cu Sofia MENAR Film Festivalında, rejissor Cəfər Axundzadənin həmin ildə çəkdiyi “Dmitrov küçəsi 86” filmi də Bolqarıstanda düzənlənən 9-cu Sofia MENAR Film Festivalında iştirak edib. .

Məlum olduğu kimi, son bir neçə ildə çəkilən 13 Azərbaycan filmi 2017-ci il ərzində dünyanın 5 qitəsini əhatə edən 20 ölkədə keçirilən 38 beynəlxalq kino festivalında 51 dəfə iştirak edərək 20 mükafat qazanıb.

2017-ci ildə filmlərimizin beynəlxaq arenada Azərbaycanı uğurla təmsil etdiyini deyən kinoşünas Aydın Kazımzadə bizimlə söhbətində bildirdi ki, Azərbaycan kinosunun son bir ildə qazandığı uğurlar onu sevindirir. Kinoşünas qeyd etdi ki, son bir neçə ildə çəkilən filmlər həm məzmununa, həm rejissor işinə, həm də aktyor oyununa görə xeyli fərqlənir. Azərbaycan kinosunun dövlət dəstəyi ilə inkişaf etdiyini deyən A.Kazımzadə vurğuladı ki, bu filmlərin əksəriyyəti gənc kinematoqraflar tərəfindən çəkilib. “Bu filmlərin Azərbaycan kinosunu beynəlxalq festivallarda təmsil etməsi və mükafatlar qazanması ürəkaçan hadisədir. Kinomuz artıq inkişaf edir, yeni filmlər çəkilir. Düşünürəm ki, filmlərimizin qazandıqları uğurlar Azərbaycan kinosunun son illər əldə etdiyi nailiyyətlərdəndir. Son dövrlər çəkilən filmlərimizin nailiyyətləri hər kəsi sevindirməlidir” - deyə A.Kazımzadə bildirdi.

Kinoşünas Təranə Əlizadə də bizimlə söhbətində filmlərimizin uğurlarına müsbət yanaşdığını dedi. Onun sözlərinə görə, son dövrlər kinoya yeni simalar gəlib. Azərbaycan kinosunun tanınmış nümayəndələri ilə gənc nəslin ərsəyə gətirdi filmlərin beynəlxalq film festivallarına qatılaraq mükafatlar qazanması kinomuzun beynəlxalq aləmdə simasını nümayiş etdirir:  “2012-ci ildən başlayaraq çəkilən filmlərin xarici festivallara qatılmasını təqdir edirəm.  13 Azərbaycan filminin 2017-ci il ərzində dünyanın 5 qitəsini əhatə edən 20 ölkədə keçirilən 38 beynəlxalq kino festivalında 51 dəfə iştirak etməsi və 20 mükafat qazanması adi hal deyil. Bu böyük işdir. Uzun illər dünya üzünə çıxmaqda çətinlik çəkən kinomuz üçün bu gün yollar açılıb. Filmlərimizin qazandığı nailiyyətlər bütün kino ictimaiyyətini sevindirir. Əgər bu qədər filmimiz bir ildə belə nüfuzlu festivallara qatılıbsa, növbəti illərdə daha çox filmimiz festivallara qatılacaq. Çünki artıq kinematoqraflarımız dünya tamaşaçısının nə istədiyini bilirlər. O tamaşaçıların zövqünə, istəyinə uyğun filmlər çəkiləcəyinə inanıram”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ