Cümə günü, 09 oktyabr 2026
     

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Image


Leyla Məmmədəliyeva: “Tarixi romanların “Sinifdənxaric oxu” kimi çap edilməsi vacibdir”
Qiymət Məhərrəmli: “Bu romanlar ayrıca “Sinifdənxaric oxu” kitabları kimi çap edilərsə, bu, tariximizin təbliğatına təkan olar”

 

Tarixi roman dünyada çox böyük maraqla oxunan əsərlər sırasında yer tutur. Elə bir kitabsevər tapılmaz ki, o, tarixi romanları mütaliə etməkdən yan qaça. Tarixi hadisələri, prosesləri, tarixi şəxsiyyətləri daha yaxından tanımaq, araşdırıb öyrənmək baxımından tarixi romanların yeri əvəzsizdir.

Məlumdur ki, tariximizi ancaq tarix kitablarından öyrənmirik, eyni zamanda tarixi roman janrında yazılan əsərlər də bizə tariximiz haqqında ətraflı bilgilər verir.

Qeyd edək ki, tarixi şəxsiyyətlərlə, onların həyat və fəaliyyətinin təsviri ilə bağlı olan romanlar tarixi roman adlanır. Azərbaycanda tarixi roman janrının maraqlı nümunələri sayılan  Məmməd Səid Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatdan bəhs edən “Dumanlı Təbriz”, Yusif Vəzir Çəmənzəminlinin Molla Pənah Vaqifdən bəhs edən “İki od arasında” (yaxud “Qan içində”), İsa Hüseynovun İmadəddin Nəsimidən bəhs edən “Məhşər” əsərləri tarixi roman janrının ən dəyərli nümunələridir. Tarixi romanların gənc nəslə çatdırılması sahəsində sözsüz ki, müəyyən boşluqlar var. Həm əvvəlki dövrdə yazılan, həm də hazırda qələmə alınan tarixi romanların təbliğ edilməsi üçün müxtəlif yollar aranır, təkliflər irəli sürülür. Məlum olduğu kimi, son illər müxtəlif nəşriyyat və mətbəələr Azərbaycan ədəbiyyatına mənsub olan tarixi romanların çapını həyata keçirirlər. Bu olduqca müsbət hadisədir. Lakin əsas məsələ tarixi romanları gənclərə sevdirmək, bu əsərləri onların stolüstü kitabına çevirməkdir. Azərbaycan ədəbiyyatının maraqlı nümunələrindən olan tarixi romanların təbliğ edilməsi bizi tariximizə qaytarır.

Mütəxəssislərə görə, istər Sovet illərində, istərsə də müstəqillik dövründə yaradılan tarixi romanlar Azərbaycanın tarixi şəxsiyyətlərinin, dövlətçilik tarixinin, mədəniyyətinin, milli ideologiyasının təlqin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Hətta bəzi mütəxəssislər təklif edirlər ki, həm klassik, həm də çağdaş tarixi romanlar “Sinifdənxaric oxu” kimi çap edilməlidir. Bu fikirdə olanlar hesab edirlər ki, son illər yaranan tarixi romanların gənclərə çatdırılması, onların diqqətinin bu əsərlərə yönəldilməsi baxımından əsərlərin “Sinifdənxaric oxu” seriyasında nəşr edilməsi zəruridir.

Ədəbiyyatşünas Leyla Məmmədəliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra tariximizə, tarixi şəxsiyyətlərimizə yeni baxış formalaşıb. Onun sözlərinə görə, biz bu gün tariximizə yenidən qayıdıb tarixi şəxsiyyətlərimizi onların özlərinə layiq təbliğ etməyə başlamışıq: “Tarixi romanlar olduqca əhəmiyyətlidir. Gənclərdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında, tarixi şəxsiyyətlərimizin tanıdılmasında, dövlətçilik tariximizin öyrədilməsində tarixi romanların yeri əvəzsizdir. Tarixi romanlar imkan verir ki, vaxtilə tarix kitablarında bizdən gizlədilən hadisələrlə tanış olaq. Bəzən deyirlər ki, bədii əsər tarixi necə əks etdirə bilər? Tarixi roman faktları bir qədər bədiiləşdirərək insanlara çatdırır. Deyim ki, tarixi tarix kitabından öyrənərkən çətin qavrayırıq, ancaq onu bədii əsərdən oxuyanda faktlar asanlıqla yadımızda qalır. Tarixi romanları gənc nəslə sevdirmək vacibdir. Onlar tariximizin formalaşmasında, dövlətçiliyimizin inkişafında rolu olan şəxsiyyətləri tanımalıdırlar. Bu baxımdan tarixi romanların “Sinifdənxaric oxu” kimi çap edilməsi vacibdir. Bu gün “Sinifdənxaric oxu” nümunələrinə o qədər qondarma hekayələr, şeirlər salırlar ki, adam oxumaq istəmir. Ancaq bu seriyadan olan kitablar sırasında tarixi romanlar da çap edilsə, bunun daha böyük əhəmiyyəti ola bilər.

Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Bakı-1501” və digər tarixi romanlarının “Sinifdən xaric oxu” kimi çap edilməsi çox müsbət olardı. İnandırım sizi, bu kitaba məktəblilər, yeniyetmələr böyük maraq göstərərlər. Eləcə də Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, İsa Hüseynovun (Muğanna) “Məhşər”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, ”Çaldıran döyüşü”, Elçinin “Mahmud və Məryəm”, Əlisa Nicatın “Qızılbaşlar” romanları “Sinifdənxaric oxu” seriyasında çap edilməlidir. Deyim ki, Əzizə Cəfərzadənin “Bakı-1501”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, Əlisa Nicatın “Qızılbaşlar” əsərləri Şah İsmayıl Xətai mövzusunda yazılan əsərlərdir. Bu əsərlərdə Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarixi hadisələr, eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti, sərkərdəliyi ön plana çıxıb. Yazıçılar Şah İsmayıl Xətai obrazını, həm vətəninin mövcud vəziyyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edirlər. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunur. Bu romanlar, həmçinin, Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərir. Mən bir böyük dövlət xadimi, tarixi şəxsiyyət, ədib haqqında yazılan əsərlərdən danışdım. Bu əsərlər gənc nəslə çatdırılmalıdır. Azərbaycan tarixinin elə hadisələri var ki, onların bədii dillə ifadə edilməsi daha yaxşıdır”.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də bizimlə söhbətində qeyd etdi ki, tarixi romanların “Sinifdənxaric oxu” seriyasından çap edilməsi vacibdir. O hesab edir ki, bu gün əsasən çağdaş tarixi romanların təbliğatına ehtiyac var. Sovet illərində yazılan tarixi romanların əksəriyyəti orta nəsil və yaşlı nəsil oxucularına tanışdır, müasir yazarların çoxunu isə oxucular elə də tanımırlar: “Sovet dövründə yaranan tarixi romanların kifayət qədər təbliği vardı. Əsasən də bu romanlardan hissələr “Ədəbiyyat müntəxabatı” kitablarına salınırdı. Bu baxımdan yuxarı sinif şagirdlərinin, eləcə də tələbələrin bu əsərlərdən xəbəri olurdu. Bu gün isə tarixi romanların təbliği sahəsində bir qədər boşluq var. Hesab edirəm ki, bu gün müasir dövrdə yaranan tarixi romanların geniş təbliğinə ehtiyac var. Bu gün çox istedadlı tarixi roman müəllifləri var. İllər əvvəl tanınmış yazıçımız Aqil Abbasın “Batmanqılınc” tarixi romanı vardı, o roman əl-əl gəzirdi. Bu gün o roman da “Sinifdənxaric oxu” kimi çap edilməlidir. Daha sonra çağdaş tarixi romançılığımızda yazıçı Yunus Oğuzun əsərləri maraqlıdır. Yazıçının “Atilla” pyesi, “Nadir Şah”, “Təhmasib Şah”, “Əmir Teymur zirvəyə doğru”, “Əmir Teymur dünyanın hakimi”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz”, yazıçı Elçin Hüseynbəylinin “Şah Abbas” tarixi romanları “Sinifdənxaric oxu” kimi çap edilməlidir. Özü də çalışmaq lazımdır ki, bu kitablar respublikanın uşaq kitabxanalarına və məktəb kitabxanalarına verilsin. Hesab edirəm ki, belə olarsa, uşaqlar o kitabları asanlıqla əldə edib oxuya bilər”.

Q.Məhərrəmli hesab edir ki, çağdaş tarixi romanlar bizi tariximizə yenidən qaytarır. Bu tarixi romanların azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynadığını deyən Q.Məhərrəmlinin sözlərinə görə, tarixi romanlar təbliğ edilməlidir: “Son dövrlər yazılan tarixi romanlarla müasir tarixi romanlar arasında fərqlər böyükdür. Birincilərdə qeyri-ixtiyari olaraq sovet ruhu duyulur, ikincilərdə isə daha çox tariximizin milli maraqlar, dövlətçilik, azərbaycançılıq nöqteyi-nəzərdən öyrənilməsi diqqəti çəkir. Müasir tarixi romanların daha əhatəli şəkildə təbliğatına böyük ehtiyac var. Bu romanlar ayrıca “Sinifdənxaric oxu” kitabları kimi çap edilərsə, bu, tariximizin təbliğatına təkan olar”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ